Azərbaycanın cüdoçuları aprelin 5-6-da Çexiyanın Teplitse şəhərində kadetlər arasında keçiriləcək Avropa Kubokunda mübarizə aparacaq.
Prosport.Az xəbər verir ki, heyətdə 33 idmançı (17 oğlan və 16 qız) yer alacaq.
İdmançılarımız ümumilikdə 16 çəki dərəcəsində mübarizə aparacaqlar.
Almaniya 112 cüdoçu ilə yarışda ən böyük heyətə malik olacaq.
Ümumilikdə Avropa Kubokunda 38 ölkənin cüdoçuları çıxış edəcək.

