Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Cüdo
    Millimizdən sabiq cüdoçusu İlqar Rəhimovun rəhbəri olduğu beynəlxalq qurumda
    25.03.2025 15:48:03

    Cüdo üzrə Azərbaycan millisində karyerasını başa vuran Səid Mollayi yeni işə başlayıb.

    Prosport.Az xəbər verir ki, 2018-ci il dünya çempionu və 2020-ci il Olimpiya Oyunlarının gümüş mükafatçısı hazırda paralimpiyaçılar arasında Dünya kubokunun keçirildiyi Tbilisidədir.

    Mollayi Beynəlxalq Gözdən Əlillər İdman Federasiyası (IBSA) və Beynəlxalq Cüdo Federasiyasının (IJF) birgə işçi komitəsinə yeni qoşulub.

    O, IJF saytına müsahibəsində yeni məqsədləri, ambisiyaları və beynəlxalq cüdo ailəsinə vermək istədiyi və verə biləcəkləri barədə danışıb: "Burada IJF əməkdaşı kimi cüdo ailəmlə və həmçinin IBSA ilə birlikdəyəm. Burada olmaqdan çox məmnunam. Ümumiyyətlə isə, Almaniyada yaşayıram və cüdoda çalışıram. Cüdo mənim həyatımdır. İşləməkdən, xüsusilə gənclərlə çalışmaqdan zövq alıram. Onlara bildiklərimi öyrətmək xoşuma gəlir və onlar da öyrənmək istəyir. Gənclərlə işləmək mənə rahatdır, cüdoda çalışdığıma görə də xoşbəxtəm".

    Mollayi paralel olaraq IJF Akademiyasına da baş çəkir: “Hər gün işləyirəm və praktiki dərslərə başlamazdan əvvəl hər həftə imtahanım olur. Çox maraqlıdır və mən çox şey öyrənirəm. Çox xoşuma gəlir".

    O, əlavə edib ki, paralimpiya sahəsində də işləmək təcrübəsi var: "Paracüdo ilə əlaqəm uzun illərdir. Vaxtilə Almaniyanın IBSA komandası ilə çalışmışam, lakin bu daimi iş deyildi. Yalnız kömək etmək üçün orada idim. Tbilisi – IBSA/IJF birgə işçi komitəsinin yeni üzvü kimi ilk rəsmi tədbirimdir. Paracüdonu növbəti səviyyəyə necə çıxara biləcəyimizi görmək üçün IBSA ilə çalışmağı səbirsizliklə gözləyirəm. Ümumiyyətlə, söhbət cüdodan gedir və ən vacibi də budur. IJF və IBSA arasında çoxlu oxşarlıqlar var. Bəzi fərqlər də var. Lakin bizdə cüdo kimi ortaq dil var və mənim IBSA ailəsinə gətirmək istədiyim də budur. Hazırda öyrənmək, kəşf etmək, anlamaq üçün buradayam. Bu ilk addımdır. İnanıram ki, bildiklərimi və bu idman növündəki həyatımda yaşadıqlarımı aşılaya biləcəyəm”.

    Səid Mollayi yeni işində özünü çox xoş hiss etdiyini də vurğulayıb: "Bu, cüdonun sehridir: eyni dildə danışırıq. İnanıram ki, növbəti illərdə biz paracüdonu daha yüksək səviyyəyə qaldıra biləcəyik. İndi təcrübə qazansam, təşkilatlarımız arasında körpü yaratmaq üçün əlimdən gələni edəcəyəm. Gürcüstanda olanları gördüm, paralimpiya və dünya medalçıları çox idi. Belə yüksək səviyyəni görmək çox xoşdur. Son illər paracüdonun keyfiyyəti artıq xeyli yaxşılaşıb. İnkişafa davam etmək lazımdır və mən də buna öz töhfəmi verməkdən məmnun olaram. Həmçinin demək istəyirəm ki, bu illər ərzində mənə dəstək olan cüdo ailəsinə həmişə minnətdar olacağam”.

    Qeyd edək ki, IBSA-nın prezidenti Azərbaycan Milli Paralimpiya Komitəsinin sabiq rəhbəri İlqar Rəhimovdur. 

    Cüdo

    Cüdoçularımız Asiya Açıq Turnirinə 8 medalla başladılar

    17.10.2026 20:40:29
    Cüdo

    Prezident 4 idmançını təltif etdi - ADLAR

    16.10.2026 14:41:34
    Cüdo

    Cüdo millimizin Asiya Açıq Turniri üçün heyəti bilindi

    15.10.2026 16:45:28
    Cüdo

    ABŞ səfirliyi cüdo millimizi təbrik etdi

    13.10.2026 18:48:47
    Cüdo

    Marius Vizerdən Azərbaycana dünya çempionatı təşəkkürü

    13.10.2026 17:51:33
    Cüdo

    Cüdo üzrə Bakı mundialı daha bir tarixi nəticə ilə yadda qalıb

    13.10.2026 16:09:39
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Qalatasaray"ın keçmiş prezidenti Bakıya gəlir

    18.10.2026 23:17:21

    "Oyunçular hətta onlardan nə tələb etdiyimi tam anlamır" – "Sumqayıt"ın baş məşqçisi

    18.10.2026 23:03:25

    Karateçilərimiz dünya çempionatını 5 medalla başa vurdular

    18.10.2026 22:59:47

    "Müdafiədə etibarlı oynadıq" - Konstantinos Vasiliadis

    18.10.2026 22:42:10

    "O, dünyada ən ucuz və ən keyfiyyətli legionerdir" – Azər Məmmədov

    18.10.2026 21:38:45

    "Məğlub olsaydıq belə, buradan mənfi enerji ilə ayrılmayacaqdım" – Rəşad Sadıqov

    18.10.2026 21:35:23

    Gəncədə "qonşu"ların dueli sülhlə bitdi - VİDEO

    18.10.2026 20:31:10

    "Neftçi"dən rahat qələbə

    18.10.2026 20:20:39

    Naxçıvan klubunun baş məşqçisi: "Sabah"la oyun da çətin olacaq"

    18.10.2026 19:45:56

    "Toparlanmalıyıq..." - Gəncə klubunun məşqçisi

    18.10.2026 19:11:07

    "İmişli"yə gəlməzdən öncə Starkovla məsləhətləşmişdim" – Ervin Perkon

    18.10.2026 18:28:11

    "Kəpəz" - "Zirə" - HEYƏTLƏR

    18.10.2026 18:03:32

    "İmişli" layiqli qələbə qazandı" – Qurban Berdiyev

    18.10.2026 17:47:41

    "İmişli" "Turan Tovuz"u əliboş göndərdi - VİDEO

    18.10.2026 17:06:12

    Naxçıvan klubu avrokubokda çıxış edən komandanı məğlub etdi

    18.10.2026 17:05:13
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved