Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
        Futbol
    "Belarusla matçda ehtiyatda qaldığım üçün bir az əsəbi idim" – Mahir Emreli
    25.03.2025 14:26:23

    Azərbaycan millisi yoldaşlıq görüşündəki rəqibi Belarus yığması ilə sonuncu dəfə 2022-ci ilin iyun ayında qarşılaşıb. UEFA Millətlər Liqası çərçivəsində “Liv Bona Dea Arena”da baş tutan oyunda meydana sonradan daxil olan Mahir Emreli 1 qol və 1 məhsuldar ötürmə ilə komandamızın 2:0 hesablı qələbəsində önəmli pay sahibi olub.

    Hazırda Almaniyanın “Nürnberq” klubunun formasını geyinən 27 yaşlı hücumçu AFFA-nın mətbuat xidmətinin suallarını cavablandırıb.

    Prosport.Az xəbər verir ki, o həm 3 il əvvəlki matçı xatırlayıb, həm də millinin qarşıdakı oyunları barədə danışıb.

    – Almaniyada işləriniz necə gedir? “Nürnberq”ə və 2-ci Bundesliqaya tam uyğunlaşa bilmisiniz?
    – Hər şey çox yaxşıdır. Mövsümün əvvəlindəki təlim-məşq toplanışında iştirak edə bilməmişdim. Amma qış hazırlığında kollektivlə birgə oldum. Bir-birimizə daha yaxşı uyğunlaşmaq imkanımız yarandı. Oyundan-oyuna artırmaq və komandama daha faydalı olmaq istəyirəm.

    – Baş məşqçi Miroslav Kloze öz dövrünün ən güclü hücumçularından biri olub. Ön xətt oyunçusu kimi, ondan öyrəndiyiniz hansısa xüsusiyyət var?
    – Onunla fərdi məşqlər də edirik. Müxtəlif məqamlara toxunur, təcrübəsini bizimlə bölüşür. Bunun da faydalarını oyunlarda görürük. Kloze ilə işləmək çox xoşdur. Hücumçuya xüsusi həzz verir, hər məşqdə, iclasda, fərdi söhbətdə baş məşqçidən nələrsə öyrənməyə çalışırıq.

    – 2-ci Bundesliqa daha əvvəl çıxış etdiyiniz liqalardan nə ilə fərqlənir?
    – Burada intensivlik, fiziki göstəricilər və rəqabət böyükdür. Polşa və Xorvatiyada olanda həmin ölkələrin çempion komandalarında çıxış edirdim. Rəqiblər istər-istəməz bizə qarşı qapanırdılar, oyuna dominantlıq edirdik. Amma burada digərindən aşkar üstün komanda yoxdur. Hər bir komanda öz oyununu göstərməyə çalışır və matçlarda kifayət qədər qol imkanı əldə edir. 2-ci Bundesliqada, xüsusən də, topsuz olduğun zaman nizam-intizama çox önəm verirlər. Bu da mənim üçün yeni haldır. Çünki əvvəlki klublarım çempionatın ən yaxşısı olduğundan, topsuz oyuna o qədər də fikir vermirdim. Burada taktiki sxemə, intizama ayaq uydurmalısan və məşqçinin xüsusən topsuz olduğun zaman verdiyi tapşırıqları yerinə yetirməlisən.

    – Polşa, Xorvatiya, Türkiyə və Almaniyada legioner həyatı yaşamısınız. Ölkə xaricində oynamaq necə hissdir, azərbaycanlı həmkarlarınıza nəyi tövsiyə edərdiniz?
    – Hər bir futbolçu üçün xeyirlisi nədirsə, o da olsun. Kiminsə legioner həyatı yaşamaq arzusu varsa, çəkinmədən bunu reallaşdırsın, düşünməsin ki, xaricdə mədəniyyət fərqlidir. Özlərini bu yöndə inkişaf etdirsinlər, ən önəmlisi inansınlar. Azərbaycan çempionatında yaxşı çıxış edən oyunçular var ki, orada özlərini daha rahat hiss edirlər. Ancaq xaricə getmək arzusu ilə yaşayan uşaqlar əllərinə belə fürsət düşən kimi, düşünmədən dəyərləndirsin. Ən azı özlərini yoxlasınlar. Sonra peşmanlıq çəkməsinlər ki, şans düşdü, istifadə etmədim. Ümid edirəm ki, futbolçularımız daha yaxşı klublarda çıxış edəcək.

    – Millimiz bu gün Belarus yığması ilə yoldaşlıq görüşü keçirəcək. Tanış rəqiblə növbəti duel nə kimi fayda verə bilər?
    – Millidə olduğum zaman oyunun rəsmi və ya yoldaşlıq görüşü xarakterli olması arasında fərq qoymuram. Düzdür, yoldaşlıq matçlarında bəzi taktiki sxemlər, oyunçular sınaqdan keçirilir. Buna baxmayaraq, özümüzü yaxşı tərəfdən göstərməyə çalışmalıyıq. Xüsusən də, Belarus kimi “dişimizə” görə olan komandalar önünə qələbə üçün çıxmaq vacibdir. Belə qarşılaşmaların necə fayda verəcəyini isə rəsmi oyunlarda görəcəyik. Ümid edirəm ki, həmin görüşlərdən maksimum yararlanar, xalqımız üçün yaxşı futbol nümayiş etdirər və onların üzünü güldürərik. Bütün istəyimiz sırf bu yöndədir. Əlbəttə ki, uğur qazandığın zaman tarixə düşürsən və biz də bunun üçün çalışırıq. Əlimizdən gələni edəcəyik.

    – 2022-ci ildə UEFA Millətlər Liqası çərçivəsində Belarus seçməsini Bakıda 2:0 hesabı ilə məğlub etdiyimiz qarşılaşmada qollardan birinin müəllifi olmusunuz. Həmin matçı necə xatırlayırsınız?
    – Həmin görüşü yaxşı xatırlayıram. İlk dəqiqələrdən ehtiyatda qaldığım üçün bir az əsəbi, narazı idim. Etik çərçivədə, futbolçunun hörmətsizlik etmədən bu cür narazılığı normaldır. Amma sonradan meydana daxil olaraq, qol vurdum və digər qolun məhsuldar ötürməsini verdim. Vurduğum qol gözəl alınmışdı. Ümid edirəm ki, millinin heyətində belə qollar daha çox vuraram. Həmin ana qədər 5 matç idi ki, nə qol vura, nə də qələbə qazana bilirdik. Belarusla qarşılaşmadan sonra yüksəlişə keçdik, ardıcıl 5 oyunda qələbə qazandıq.

    – Bu il DÇ-2026-nın seçmə mərhələsində mübarizə aparacağıq. Ukrayna, İslandiya və Fransanın yer aldığı qrupda nəyə ümid etmək olar?
    – Rəqiblərin gücü bəllidir. Belə komandalar önündə xəyal qurmağa ehtiyac yoxdur. Sadəcə, düzgün hazırlaşıb, meydana qələbə üçün çıxmalıyıq. Futbolda qalibiyyət də var, məğlubiyyət də. Ancaq bəzən necə uduzmağın da vacib olur. Elə olur ki, canını dişinə sıxıb mübarizə aparırsan, yaxşı oyun sərgiləyirsən, amma sonda məğlub olursan. Bu, haradasa bağışlana bilər. Bizdə insanların futbol anlayışı gündən-günə yaxşılaşır. Məsələn, Slovakiyaya məğlubiyyətə baxmayaraq, matçdan sonra pozitiv şərhlər yazılırdı. Rəqibləri təhlil edib, hər birinə qarşı doğru hazırlaşmalıyıq. Keyfiyyət fərqi də öz sözünü deyəcək. Düşünürəm ki, sensasiya edəcəyimiz matçlar olacaq. Hər oyuna çıxanda buna inanmaq və baş məşqçinin tapşırıqlarını doğru yerinə yetirmək lazımdır. Bunu bacarsaq, istənilən uğurlu nəticəyə ümid edə bilərik.

    Digər idman növləri

    Ülviyyə Fətəliyeva: "İspaniya üzərində qələbədən sonra inam yarandı" - MÜSAHİBƏ

    27.11.2025 16:18:24
    Müsahibə

    İslamiadanın ikiqat qalibi: "Qazandığım medallar göstərir ki, daim inkişafda, düzgün yoldayam" - MÜSAHİBƏ

    26.11.2025 10:39:12
    Futbol

    Emin Mahmudov: "Neftçi"nin oyunu bərbaddır, biabırçılıqdır, faciədir" - MÜSAHİBƏ

    24.11.2025 15:16:08
    Müsahibə

    Ayxan Abbasov: "O, öz seçimini edib, danışmağa dəyməz" - MÜSAHİBƏ

    20.11.2025 16:43:10
    Müsahibə

    İslamiadanın dördqat mükafatçısı: "İndi Los-Anceles Olimpiadasına real məqsəd kimi baxıram" - MÜSAHİBƏ

    19.11.2025 14:56:52
    Müsahibə

    "Qarabağ"ın qapıçısı: "Sevgilimin və itimin yanımda olmasını istəyərdim" - MÜSAHİBƏ

    18.11.2025 10:40:47
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Kamandan oxatanlarımız Çitada 120 min pul qazandı – FOTOLAR

    7.12.2025 17:28:01

    "Ola bilsin, yanvarda rəhbərliklə bu haqda danışaq" – Füzuli Məmmədov

    7.12.2025 17:27:46

    "Meydança ağır idi, yağış üzümüzə baxdı" – "Şamaxı"nın baş məşqçisi

    7.12.2025 17:23:46

    Qız basketbol millimiz Belarusu qalib, oğlanlarımız məğlub tərk edir

    7.12.2025 17:12:35

    "Xəzər Lənkəran" qayıdır? – AFFA-nın baş katibi cənubda

    7.12.2025 16:32:15

    Misli Premyer Liqası: "Şamaxı"dan səfər qələbəsi – VİDEO

    7.12.2025 15:57:02

    "Qarabağ"ın ÇL-dəki rəqibi baş məşqçini bu əfsanə ilə əvəzləmək istəyir

    7.12.2025 14:25:24

    "Karvan-Yevlax" – "Şamaxı": HEYƏTLƏR

    7.12.2025 13:01:59

    "Yarışa psixoloji hazır deyildim" – Avropa çempionumuz

    7.12.2025 12:18:57

    Azərbaycanda sabiq nazir idman obyektinə direktor təyin olunub – EKSKLÜZİV

    7.12.2025 11:57:32

    Nazim Sadıxov UFC-də ilk dəfə məğlub oldu – VİDEO

    7.12.2025 10:44:26

    AFFA prezidenti Ravşan İrmatovla görüşdü

    6.12.2025 23:37:53

    Cüdo üzrə Azərbaycan çempionatında fərdi mübarizə yekunlaşdı – FOTOLAR

    6.12.2025 20:45:31

    Tanınmış idmançımız vitse-prezident seçildi – FOTOLAR

    6.12.2025 20:00:41

    "Hakimə yüngül təzyiq göstərirdim" – Rəşad Sadıqov

    6.12.2025 19:38:23
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved