Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Azərbaycanda son 20 ildə əcnəbilər işləyib, amma nəticə yoxdur" – Yeqor Xvalko
    25.03.2025 12:12:41

    Azərbaycan və Belarus milli komandalarının yoldaşlıq görüşü ərəfəsində “Kəpəz”ın kapitanı, belaruslu müdafiəçi Yeqor Xvalko ölkəsinin mətbuatına müsahibə verib.

    Prosport.Az xəbər verir ki, o, qarşılaşmanı dəyərləndirib.

    – Hazırda Azərbaycan futbolunda ən tanınmış şəxs milli komandanın portuqaliyalı baş məşqçisi Fernandu Santuşdur...
    – Ümumiyyətlə, Azərbaycanda əksər futbol adamlarının Santuşa münasibətinin yaxşı olmamasının səbəbi onların əcnəbi məşqçilərin uğur qazanacaqlarına şübhə ilə yanaşmalarıdır. Bilirlər ki, xaricdən gələnlərin maaşları xeyli yüksəkdir. Çoxları deyir ki, milliyə yerli mütəxəssis təyin edin, qoy, bir müddət işləsin və görək, bəlkə öz məşqçilərimizlə daha yaxşı olur. Son 20 ildə azərbaycanlı mütəxəssislər, demək olar ki, milli komandaya rəhbərlik etməyib, əsasən, əcnəbilər işləyib. Amma heç bir nəticə də yoxdur. Buna görə də çoxları yerli məşqçilərdən birinin komandanı çalışdırmasını istəyir.

    Santuşun komandaya hansı futbolu aşıladığını söyləmək çətindir. Millətlər Liqasının 6 matçında çox zəif çıxış ediblər. Heyətdə yeni adlar var. Bu oyunlar üçün də komandaya bir neçə yeni oyunçu cəlb olunub, onlardan bəziləri debüt edə bilər. Yalnız komandamızla oyundan sonra müəyyən nəticələr çıxarmaq mümkün olacaq. Aşağı-yuxarı bərabər səviyyəli rəqiblər qarşılaşacaq. Bunun fonunda Santuşun hansı oyun modelini aşılamaq istədiyi bəlli olacaq. Axı, komanda İsveç millisinə 0:6 hesabı ilə uduzanda onun hansı futbolu görmək istədiyini söyləmək çətindir...

    – Belarusla oyuna böyük maraq var?
    – Məsələn, Belarusun və ya Azərbaycanın daha güclü olması barədə söhbətlər yoxdur. Çoxları sadəcə deyirlər: “Bizə qələbə lazımdır”. Çünki komanda Millətlər Liqasında 6 qələbəsiz oyun keçirib. Uğurlu nəticələr əldə etməmələri bir yana, həm də az qol vururlar. Ona görə də hamı qələbə gözləyir. Gördüklərimə əsasən, Haiti yığması ilə oyuna maraq az idi. Belarusla matça azarkeşlərin marağının necə olacağını bilmirəm. Komandalar kiçik qəsəbə olan Masazırda oynayacaq. Düşünürəm ki, 6 minə yaxın azarkeş gəlsə, çox yaxşı olar.

    Qeyd edək ki, Azərbaycan – Belarus yoldaşlıq matçı bu gün "Bank Respublika Arena"da keçiriləcək və saat 21:45-də başlayacaq. Yığmamız 3 gün əvvəl Sumqayıtda Haitiyə 0:3 hesabı ilə uduzub, rəqibimiz isə səfərdə Tacikistan yığmasına qalib gəlib – 5:0.

    Futbol

    "Neftçi"nin sabiq prezidenti Macarıstana gedir

    20.10.2026 12:52:52
    Futbol

    "Sabah"ın gəncləri ilk xal axtarışında

    20.10.2026 11:16:27
    Futbol

    U-15 dünya çempionatının ilk iştirakçısı Bakıya gəldi - FOTOLAR

    20.10.2026 10:56:39
    Futbol

    Çempionlar Liqası: "Sabah" Almaniya nəhənginə qarşı

    20.10.2026 10:00:00
    Futbol

    Millimizin üzvü Azərbaycana qayıtmaq istəyir

    19.10.2026 23:54:18
    Futbol

    Toral Bayramov oynadı, "Bursaspor" liderlə xaı fərqini azaltdı

    19.10.2026 23:17:23
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Neftçi"nin sabiq prezidenti Macarıstana gedir

    20.10.2026 12:52:52

    Rəşad Nəbiyev dünya çempionatında iştirak edən cüdoçularla görüşdü

    20.10.2026 12:16:58

    "Sabah"ın gəncləri ilk xal axtarışında

    20.10.2026 11:16:27

    U-15 dünya çempionatının ilk iştirakçısı Bakıya gəldi - FOTOLAR

    20.10.2026 10:56:39

    "Turan" Çempionlar Liqasında mübarizəyə başlayır

    20.10.2026 10:24:06

    Çempionlar Liqası: "Sabah" Almaniya nəhənginə qarşı

    20.10.2026 10:00:00

    Millimizin üzvü Azərbaycana qayıtmaq istəyir

    19.10.2026 23:54:18

    Toral Bayramov oynadı, "Bursaspor" liderlə xaı fərqini azaltdı

    19.10.2026 23:17:23

    Azərbaycanın 2 taekvondçusu Qətərdə döyüşəcək

    19.10.2026 22:41:13

    "Rəqib bizim səhvlərimizdən 18 xal qazandı" - Tahir Baxşıyev

    19.10.2026 22:15:29

    "2-ci hissədə yaxşı oynamadıq" - "Sabah"ın baş məşqçisi

    19.10.2026 21:40:31

    Azərbaycanı Avropa çempionatında 17 cüdoçu təmsil edəcək - ADLAR

    19.10.2026 21:12:30

    Gəncədə qaliblər müəyyənləşdi

    19.10.2026 20:51:33

    "Sabah" bu dəfə də qalib gəldi

    19.10.2026 20:47:19

    Akim Zedadka: "Oyundan zövq almaq istəyirik"

    19.10.2026 20:38:42
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved