Cüdo üzrə Azərbaycan millisinin Dünya turunun ümumi sıralamasında mövqeyi zəifləyib.
Prosport.Az xəbər verir ki, cədvəldə “Böyük Dəbilqə”, Qran-pri və digər yüksək səviyyəli yarışlarda il ərzində çıxış edən komandaların nəticələri yer alıb.
Mövsümün əvvəlində Azərbaycan komandası 2 qızıl, 2 gümüş və 5 bürünc olmaqla, 9 mükafat qazanıb.
Cüdoçularımız Avstriya Qran-prisində iştirak etmədikləri, Tbilisidə keçirilən “Böyük Dəbilqə”də mükafat qazana bilmədiyindən, Azərbaycan Dünya Turunun ümumi reytinq cədvəlində 6-cı yerdən 8-ci yerə enib.
Qeyd edək ki, Yaponiya 1-ci (20-15-16), neytral idmançılar 2-ci (9-6-9) və Fransa 3-cü yerdə (7-7-15) qərarlaşıb.