Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Müsahibə
    "Qarabağ"ın sabiq futbolçusu Haiti millisinin təhlükəli futbolçularını açıqladı
    22.03.2025 13:27:35

    "Qarabağ", "Neftçi" və "Zirə"nin sabiq futbolçusu Vild-Donald Qerye Azərbaycan – Haiti oyunu öncəsi AFFA-nın rəsmi saytına müsahibə verib.

    Prosport.Az həmin müsahibəni təqdim edir:

    – Azərbaycan və Haiti milliləri arasında keçiriləcək yoldaşlıq oyunu barədə nə deyə bilərsiniz?
    – Çox sevinirəm ki, millimiz mənə doğma olan Azərbaycan kollektivi ilə qarşılaşacaq. Bizim çox yaxşı futbolçularımız var. İndiki məqamda demək olmaz ki, hansı komanda güclü, hansı zəifdir. Maraqlı oyun alınacağına şübhə etmirəm. Matçın hansı axarda keçəcəyini, necə nəticələnəcəyini təxmin etmək çətindir. Azərbaycan millisi qələbə qazanmaq istəyirsə, çox çalışmalı olacaq. Çünki Haiti yığması heç də zəif deyil. Hər iki komandaya uğurlar arzulayıram. Onların ifasında maraqlı oyun izləmək istəyirəm. İnanıram ki, azarkeşlər həmin matçdan zövq alacaq. O ki qaldı hansı komandaya azarkeşlik edəcəyimə, hər iki komandanı dəstəkləyəcəyəm. Çünki Haiti də, Azərbaycan da mənim evimdir. Kim qalib gəlsə, onun da uğuruna sevinəcəyəm.

    – Hər iki komanda DÇ-2026-nın seçmə mərhələsinə hazırlaşır. Bu oyun həm Azərbaycan, həm də Haiti millisinə nə dərəcədə fayda verəcək?
    – Fikrimcə, bu qarşılaşmanın Azərbaycan və Haiti yığmalarına faydası böyük olacaq. Qarşıdakı rəsmi oyunlara – dünya çempionatının seçmə mərhələsinə hazırlıq baxımından komandalar uğurlu rəqib seçib.

    – Azərbaycanda “Qarabağ”, “Neftçi” və “Zirə”də çıxış etmisiniz. Haiti millisinin heyətində Azərbaycana qarşı oynamaq şansınız olmadığı üçün təəssüflənmirsiniz?
    – Buna görə çox təəssüflənirəm. Hətta deyərdim ki, indi millidə olmadığım üçün peşmanam. Yığmada olduğum vaxtlarda Azərbaycana qarşı oynamaq şansım yaranmamışdı. Bu komandalar arasında yoldaşlıq görüşünün keçirilməsi üçün vaxtilə cəhdlər etmişəm. Ancaq bu, çox çətin prosesdir. Qarşıdakı matçda da iştirak edə bilməyəcəyim üçün məyusam.

    – Oyunu izləmək üçün Azərbaycana gəlməyi planlaşdırmırsınız?
    – Təəssüf ki, həmin görüşü Azərbaycanda izləyə bilməyəcəyəm. Buna görə məyusam. Matçı stadiondan izləyənlər arasında olmağı çox istərdim. Şərhçi və ya qonaq qismində ora gəlmək gözəl olardı. Çünki Azərbaycana qayıtmaq mənim arzularımdan biridir. “Qarabağ” klubu inkişafımda böyük rol oynayıb. Həmçinin “Neftçi” və “Zirə”yə, onların azarkeşlərinə də təşəkkürümü bildirirəm. Azərbaycanda bir dəfə ilin ən yaxşı əcnəbi futbolçusu seçilmişəm. Karyeramın ən gözəl anlarını “Qarabağ”da yaşamışam. Orada qazandığımız uğurlar möhtəşəm idi. Futbolçu kimi böyüməyimdə töhfəsi olan Qurban Qurbanova da buradan salamımı göndərirəm. Azərbaycana fərqli mentalitetdən gəlmişdim, xasiyyətimdə də bəzi nöqsanlar var idi. Bu səbəbdən Qurban müəllim ora uyğunlaşmağım üçün mənə güzəştlər etdi. Onun tələbkarlığı həyatımda çox şeyi dəyişdi. Bir neçə dəfə intizamsızlıq etsəm də, baş məşqçi məni bağışlamışdı. Qurban Qurbanov bizə ata kimi idi. Səhvlərimə göz yumurdu, mənə çox dəstək olurdu.

    – Azərbaycana gələn ilk haitili futbolçulardan birisiniz. Ölkəmizlə bağlı xatirələriniz necədir?
    – Azərbaycanda gözəl günlər keçirdim, çox xoşbəxt idim. Orada olduğum illər ərzində heç vaxt nə bir təhlükə, nə də irqçiliklə rastlaşdım. Bu oyunda da feyr-pleyə yüksək səviyyədə əməl olunacağına əminəm. Çünki Azərbaycan xalqından, oradakı azarkeşlərdən daim sevgi, xoş münasibət görmüşəm. Məni darıxmağa qoymurdular. Onların bu rəftarını heç vaxt unutmaram. Azərbaycan daim mənim qəlbimdədir. Əminəm ki, Azərbaycan xalqı, futbol azarkeşləri və yerli federasiya bizim futbolçuları yaxşı şəkildə qarşılayacaq. Bu, əsl dostluq oyunu olacaq. Azərbaycan barədə ancaq xoş sözlər deyə bilərəm. Övladım orada dünyaya göz açıb, qonaqpərvər və müasir ölkədir. Azərbaycanda beynəlxalq oyunlar zamanı meydanda və ondan kənarda xoşagəlməz hadisələr yaşanmır. Bu dəfə də neqativ heç nə olmayacaq. Hətta indidən deyə bilərəm ki, haitili futbolçular orada özlərini öz evlərindəki kimi hiss edəcək. Bunu onların özlərinə də demişəm. Gözəl ölkəyə gedəcəkləri barədə futbolçularımızı məlumatlandırmışam.

    – Haiti millisi 2023-cü ilin oktyabrından bəri məğlub olmayıb. Komandanızın yüksəlişdə olması millimizin işini çətinləşdirə bilər?
    – Razıyam ki, Haiti millisi hazırda yaxşı formadadır. Ancaq düşünürəm ki, daha yaxşı ola bilərlər. Çünki potensialları bundan da uğurlu nəticələr əldə etməyə imkan verir. Uzun müddətdir ki, müsbət nəticələr qazanırlar, yüksəlişdədirlər. Oyun zamanı bunu özünüz də görəcəksiniz. Əlbəttə ki, Azərbaycan millisi də mübarizə aparacaq, asanlıqla təslim olmayacaq.

    – Azərbaycan millisinin baş məşqçisi tanınmış portuqaliyalı mütəxəssis Fernandu Santuşdur. Sizcə, o, millimizə uğur qazandıra bilər?
    – Fernandu Santuşu çox gözəl tanıyıram. O, dünya futbolunda sözünü demiş mütəxəssislərdəndir, uğurlu fəaliyyətini uzun illərdir ki, həsədlə izləyirik. Onun Azərbaycan millisinə də xeyir verəcəyinə şübhə etmirəm. Sadəcə, bunun üçün zamana ehtiyac var.

    – Haiti yığmasının heyətində hansı futbolçuları millimiz üçün daha təhlükəli hesab edirsiniz?
    – Haiti millisi Frontdi Pyero kimi təhlükəli hücumçuya sahibdir. Düşünürəm ki, komandanız ona qarşı diqqətli olmalıdırlar. O, yüksək səviyyəli futbolçudur, millinin aparıcı üzvlərindən biridir. AEK klubunun heyətində Yunanıstanda çox yaxşı çıxış edir. Həmçinin Rikardo Ade də çox təcrübəli oyunçudur. O isə Ekvador çempionatındakı çıxışı ilə diqqət çəkir. Fiziki cəhətdən çox güclüdür. Onu bu göstəricilərinə görə “Qarabağ”dakı Kevin Medina ilə müqayisə edə bilərəm. Adeni hətta bir neçə il əvvəl “Qarabağ”a məsləhət görmüşdüm. Orta sahədə yer alan Denli Jan Jakın da adını çəkə bilərəm. Gənc və istedadlı futbolçudur, yarımmüdafiə xəttində önəmli işlər görür. Bir sözlə, Haitinin heyətində çox yaxşı futbolçular var. Gənclər və təcrübəlilərdən ibarət möhkəm kollektiv formalaşıb. Azərbaycanlı futbol azarkeşləri də bunun canlı şahidi olacaq. Bəlkə də, bəziləri millimizin potensialının aşağı olduğunu düşünür. Ancaq Haiti yığmasının nəyə qadir olduğunu özünüz görəcəksiniz. Təbi ki, Azərbaycan millisi də keyfiyyətli, rəqibə problemlər yaradacaq futbolçulara sahibdir.

    Futbol

    "Sabah"a vura bilməyimiz qolları "Fənərbağça"ya saxladıq" - Lukaş Provod

    14.10.2026 15:13:56
    Futbol

    "Məqsədimiz hər oyunda 3 xal qazanmaqdır" - Hayderson Hurtado

    12.10.2026 19:17:07
    Cüdo

    "Kindzerskayanın niyyəti ciddidirsə, özü ilə söhbət edərik" – Rəşad Rəsullu

    12.10.2026 17:44:31
    Müsahibə

    "Dünya Kubokunun Bakıda keçirilməsi yalnız bu il üçün nəzərdə tutulmuşdu" – Baş katib

    10.10.2026 10:46:15
    Cüdo

    "Ömər özü dünya çempionu olmaq istəyirdi" – Onun qohumu Fərhad Rəcəbli

    9.10.2026 15:42:46
    Müsahibə

    "Düşünürdüm ki, atamı sevindirim" – İlk dəfə dünya 3-cüsü olan Murad Fətiyev

    8.10.2026 19:50:12
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Neftçi"nin sabiq prezidenti Macarıstana gedir

    20.10.2026 12:52:52

    Rəşad Nəbiyev dünya çempionatında iştirak edən cüdoçularla görüşdü

    20.10.2026 12:16:58

    "Sabah"ın gəncləri ilk xal axtarışında

    20.10.2026 11:16:27

    U-15 dünya çempionatının ilk iştirakçısı Bakıya gəldi - FOTOLAR

    20.10.2026 10:56:39

    "Turan" Çempionlar Liqasında mübarizəyə başlayır

    20.10.2026 10:24:06

    Çempionlar Liqası: "Sabah" Almaniya nəhənginə qarşı

    20.10.2026 10:00:00

    Millimizin üzvü Azərbaycana qayıtmaq istəyir

    19.10.2026 23:54:18

    Toral Bayramov oynadı, "Bursaspor" liderlə xaı fərqini azaltdı

    19.10.2026 23:17:23

    Azərbaycanın 2 taekvondçusu Qətərdə döyüşəcək

    19.10.2026 22:41:13

    "Rəqib bizim səhvlərimizdən 18 xal qazandı" - Tahir Baxşıyev

    19.10.2026 22:15:29

    "2-ci hissədə yaxşı oynamadıq" - "Sabah"ın baş məşqçisi

    19.10.2026 21:40:31

    Azərbaycanı Avropa çempionatında 17 cüdoçu təmsil edəcək - ADLAR

    19.10.2026 21:12:30

    Gəncədə qaliblər müəyyənləşdi

    19.10.2026 20:51:33

    "Sabah" bu dəfə də qalib gəldi

    19.10.2026 20:47:19

    Akim Zedadka: "Oyundan zövq almaq istəyirik"

    19.10.2026 20:38:42
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved