Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Formula-1"i Bakıda izləmək xoş olardı" – Sloveniyanın tarixinə düşmüş futbolçu
    18.03.2025 15:18:16

    Ötən ilin sonlarında Sloveniyanın "Maribor" klubunun idman direktorunun köməkçisi Markus Tavaris Bakıda səfərdə oldu.

    "Maribor"un əfsanəsi sayılan (2008-2022-ci illərdə Sloveniya çempionatında 436 oyuna 159 qol vurub – red.), "Qəbələ"yə UEFA Avropa Liqasında vurduğu qollarla da tanıdığımız braziliyalı Prosport.Az-a müsahibə verib.   

    – Bilirik ki, dekabrda "Araz-Naxçıvan"ın braziliyalı hücumçusu Felipi Sentusun dəvəti ilə Bakıya gəlmişdiniz. Hətta həmin komandanın "Sabah"la keçirdiyi oyunu da canlı izləmişdiniz. Çempionatımız haqda nə deyə bilərsiniz? 
    – Son illərdə inanıram ki, Azərbaycan çempionatındakı rəqabət böyüyüb. Biz görürük ki, Azərbaycan klubları Avropa yarışlarında yaxşı oynayır. Dostum Felipi Sentus da ölkənizdə heyrətamiz çıxış edir. O, çoxlu qollar vurur. Çempionatın bombardirlərindən biri olduğunu, məhsuldar ötürmələrinin olduğunu bilirəm. Azərbaycan çempionatını ona görə bəyənirəm ki, çoxlu keyfiyyətli əcnəbi orada oynayır.

    – Siz Bakıda olduğunuz müddətdə "Qarabağ" Akademiyasının oyununu da izlədiniz...
    – Bəli. Orada yaxşı istedadı olan və yüksək səviyyədə oynaya biləcək futbolçular gördüm. İnanıram ki, klublar infrastruktura daha çox sərmayə yatırsalar, gələcəkdə Azərbaycan futbolu Avropada adından söz etdirə bilər. Akademiyanın oyununa məni dostum, "Qarabağ" Akademiyasının idman direktoru (menecer Nail Kərimovu nəzərdə tutur – red.) dəvət etmişdi. Onu Avropa Klublar Assosiasiyasının (ECA) gənclərlə işçi qrupundan tanıyıram. Ola bilsin ki, gələcəkdə "Maribor"la "Qarabağ" arasında oyunçu mübadiləsi baş versin. "Maribor"dan da "Qarabağ"a futbolçu keçə bilər.

    – Bakını isə öz həyat yoldaşınızla birgə gəzdiniz. İçərişəhərdə – Qız Qalasında, Zəfər Parkında oldunuz. Şəhər hansı təəssüratla yadınızda qaldı?
    – Şəhəriniz möhtəşəmdir, təmizdir. Gözəl binalar var. Azərbaycan tarixinə aid tikililər də göz oxşayır. Həyat yoldaşımla muzeyə də baş çəkdik. Çox mehriban ölkədir. Ola bilsin ki, bir gün yenidən Bakıya qayıdım. "Formula-1"i Bakıda izləmək xoş olardı. Zəfər Parkında olanda Felipi mənə buranın önəmini, niyə salındığını da izah etdi.

    – İlk dəfə 2016-cı ildə Bakıda olmuşdunuz. UEFA Avropa Liqasının pley-off mərhələsi üçün "Maribor"un futbolçusu kimi "Qəbələ"yə qarşı oynamağa gəlmişdiniz...
    – Bəli, çətin oyun alınmışdı. Biz yaxşı oynamışdıq. Ancaq qalib gələ bilməmişdik. Süni örtüklü meydançada oynamaq bizim üçün çətin idi (18 avqust 2016-cı ildə keçirilmiş həmin matç ovaxtkı "Dalğa Arena", indiki "Liv Bona Dea Arena"da baş tutmuşdu – red.).

    – Azərbaycanda bir neçə braziliyalı da oynayır. Onlardan tanıdıqlarınız var?
    – Xeyr. Şəxsən tanıdığım yalnız Felipi Santusdur. Ancaq "Qarabağ"da oynayan monteneqrolu yarımmüdafiəçi Marko Yankoviçi tanıyıram. Çünki onunla birgə "Maribor"da çıxış etmişəm (2015/2016 mövsümündə Yankoviç orada "Olimpiakos"dan icarə əsasında oynayıb – red.).

    – Onunla görüşə bildiniz?
    – Yox. Vaxt yox idi. "Neftçi"də işləyən Ayxan Hacızadə (artıq Basketbol Federasiyasında işlədiyini xatırlatdıq – red.) ilə birgə iyunda Portuqaliyanın paytaxtı Lissabonda təlim keçmişik. Onu da görmək imkanım olmadı.

    – Necə oldu ki, "Maribor"da işləmək imkanı əldə etdiniz?
    – 14 il bu klubda oynamışam. Sloveniya çempionatının bombardiri, "Maribor" tarixinin ən çox qol vuran futbolçusu olmuşam. Həmçinin, Sloveniyada ən erkən qolun müəllifiyəm. 8 saniyəyə qol vurmuşam. Avropada 23 qolum var. 13 il "Maribor"un kapitan sarğısını daşımışam. Karyeramı bitirdikdən sonra klubdan soruşdular ki, nə işlə məşğul olacağam? Dedim ki, idman direktoru olmaq istəyirəm. Mənə deyildi ki, artıq bizdə bu vəzifədə olan var. Bu səbəbdən də mən idman direktorunun köməkçisi kimi işə başladım.

    Səbuhi Musa

    Futbol

    "Sabah"ın gəncləri ilk xal axtarışında

    20.10.2026 11:16:27
    Akademiya

    U-15 dünya çempionatının ilk iştirakçısı Bakıya gəldi - FOTOLAR

    20.10.2026 10:56:39
    Akademiya

    "Gözləntilərimizi doğrultmayan məşqçilərlə yollarımızı ayıracağıq" - "Qarabağ"ın baş direktoru

    19.10.2026 14:35:29
    Futbol

    U-20 dünya çempionatının brendi Bakıda nümayiş olundu - FOTOLAR

    17.10.2026 12:41:50
    Akademiya

    AFFA nümayəndələri "Qarabağ"ın akademiyasında - FOTOLAR

    16.10.2026 16:32:59
    Futbol

    Azərbaycan və Özbəkistanın keçirəcəyi dünya çempionatının brendi təqdim olundu

    16.10.2026 16:10:49
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Neftçi"nin sabiq prezidenti Macarıstana gedir

    20.10.2026 12:52:52

    Rəşad Nəbiyev dünya çempionatında iştirak edən cüdoçularla görüşdü

    20.10.2026 12:16:58

    "Sabah"ın gəncləri ilk xal axtarışında

    20.10.2026 11:16:27

    U-15 dünya çempionatının ilk iştirakçısı Bakıya gəldi - FOTOLAR

    20.10.2026 10:56:39

    "Turan" Çempionlar Liqasında mübarizəyə başlayır

    20.10.2026 10:24:06

    Çempionlar Liqası: "Sabah" Almaniya nəhənginə qarşı

    20.10.2026 10:00:00

    Millimizin üzvü Azərbaycana qayıtmaq istəyir

    19.10.2026 23:54:18

    Toral Bayramov oynadı, "Bursaspor" liderlə xaı fərqini azaltdı

    19.10.2026 23:17:23

    Azərbaycanın 2 taekvondçusu Qətərdə döyüşəcək

    19.10.2026 22:41:13

    "Rəqib bizim səhvlərimizdən 18 xal qazandı" - Tahir Baxşıyev

    19.10.2026 22:15:29

    "2-ci hissədə yaxşı oynamadıq" - "Sabah"ın baş məşqçisi

    19.10.2026 21:40:31

    Azərbaycanı Avropa çempionatında 17 cüdoçu təmsil edəcək - ADLAR

    19.10.2026 21:12:30

    Gəncədə qaliblər müəyyənləşdi

    19.10.2026 20:51:33

    "Sabah" bu dəfə də qalib gəldi

    19.10.2026 20:47:19

    Akim Zedadka: "Oyundan zövq almaq istəyirik"

    19.10.2026 20:38:42
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved