Azərbaycanı təmsil edən qadın badmintonçu Keyşa Fatima Zahra Polşada təşkil olunan III Avropa Oyunlarında qrup mərhələsində ardıcıl 3-cü qələbəsini qazanıb.
Prosport.Az-ın məlumatına görə, idmançı fərdi kateqoriyada qrupdakı son görüşündə Almaniya təmsilçisi Li Yvonneni üstələyib.
Rəqib ilk hissəni öndə tamamlasa da, əzmkarlıq göstərən Keyşa Fatima Zahra 2:1 hesablı (17:21, 21:18, 21:17) qələbə qazanıb.
Daha əvvəl qrupdakı ilk iki duelində də qalibiyyət sevinci yaşayan Azərbaycan badmintonçusu 1/8 final mərhələsinə yüksəlib. Növbəti raundun görüşü sabah keçiriləcək.
