Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
        Basketbol
    "Azərbaycanda toyuq dönəri və plov çox dadlıdır" – Legioner oyunçu
    10.03.2025 23:19:18

    "Abşeron" komandasının amerikalı basketbolçusu Sedrik Conson klubun mətbuat xidmətinə müsahibə verib.

    Prosport.Az həmin müsahibəni təqdim edir:

    – Necə oldu ki, Azərbaycanda oynamaq təklifimi qəbul etdin?

    – Kolleci bitirdikdən sonra bəzi komandalar məni bəyəndikləri üçün artıq təkliflər var idi.  Mən də seçim edib geri dönüş etməli idim. Bəzi komandalar Qərbi Avropadan, bəziləri isə bu regiondan idi. Fərqli mədəniyyət, liqa və yer olduğu üçün məhz Azərbaycanı seçdim.

    – Ümumiyyətlə, sizə  Azərbaycandan təklif kimin vasitəsilə gəldi? Ölkəmiz haqqında öncədən məlumatınız var idi?

    – Menecerim mənə məşqçi Ərhan Tokərin mənimlə maraqlandığını və oyunumun komandanı tamamlayacağını düşündüyünü söylədi. Mən həqiqətən ölkə haqqında heç nə bilmirdim, amma bəzi araşdırmalardan sonra bu, mənə cəlbedici gəldi.

    – Azərbaycandan təklif alanda kiminləsə məsləhətləşmisiniz?

    – Mən dərhal valideynlərimə potensial olaraq buraya gəlmək və  oynamaq  haqqında bəhs etdim. Məni nə gözlədiyini bilmirdim və bilirdim ki, onlarla danışmaq, məsləhətləşmək ən yaxşı seçimdir. Menecerim də dedi ki, bura təhlükəsiz yerdir və hər şey yaxşı olacaq.

    – Buraya necə uyğunlaşdınız? 

    – Çox şeyə uyğunlaşmaq üçün bir az vaxt lazım oldu. Yuxu ilə bağlı hələ də problem yaşayıram, amma başqa şeylər asanlaşdı. Ən yaxşı uyğunlaşma yeməklə bağlı oldu, çünki qidalar Amerika yeməklərindən daha sağlamdır. Hava isə ölkəmin havasına çox bənzəyir.

    – Basketbola keçid edək. Ölkə çempionatında, kubokunda “Abşeron"un çıxışını necə dəyərləndirirsiniz? 

    – Başa düşürəm ki, “Abşeron” gənc komandadır. Buna görə də çoxlu səhvlərimiz olur. Mənə görə bu komandanın parlaq tərəfi var və hər gün daha da yaxşılaşmağa davam edir. Hər kəs məşqçilərin dediklərini dinləyir və daim inkişaf etmək üçün çalışır.

    – Azərbaycan Basketbol Liqasında mənfi və müsbət məqamlar haqqında fikirlərinizi bilmək istərdim...

    – Mənim üçün çoxlu müsbət cəhətlər var. Başqa ölkələrdə oynamaq üçün kifayət qədər yaxşı yerli oyunçuların sayı məni təəccübləndirdi. Hər bir komandanın böyük potensialı var var və bu  hər oyunu çox rəqabətli edir. “Sabah”ın Avrokuboklarda çıxış etməsi faktı həqiqətən də Azərbaycan Basketbol Liqasını fərqləndirir. Mənim üçün çox mənfi cəhət yoxdur. Mən, sadəcə istərdim ki, hər komandanın öz idman zalı olsun və oyunlarda azarkeşlərdən daha çox dəstək gəlsin.

    – Kollektiv və baş məşqçi ilə münasibətləriniz necədir?

    – Bu komanda mənə həqiqətən müsbət təsir etdi. Komanda yoldaşlarımın hər birinə qardaş kimi baxıram və hər biri məni eyni cür görür. Məşqçi Ərhan Tokərlə də əla münasibətimiz var və o, bu mövsüm ərzində mənə çox kömək etdi. Mənə öz bacarığıma inam hissi yaradır və hər gün daha yaxşı olmağa çağırır. Mən onun məşqçilik tərzini və hər kəsi öz güclü tərəflərinə uyğun oynatmağa çalışmasını yüksək qiymətləndirirəm. O, məni daha yaxşı basketbolçu kimi formalaşdırdı və 1-ci gündən mənə etibar etdi.

    – Sosial şəbəkələrdə aktivsiniz. Xüsusilə tik-tokda bloq kimi videolar hazırlayırsınız Səhv etmirəmsə, Larri də sizin videolarınızda hərdən yer alır. Bu maraq necə yaranıb? Hamıdan çox Larri ilə yaxın olduğunuzu demək olar?

    – Ailəm, ölkəmdə çoxlu dostu var və onlar həmişə Azərbaycanda yaşamağın necə olduğunu soruşurlar. Düşündüm ki, videolar çəkmək, burada olmağın necə olduğunu öz gözlərimlə göstərmək üçün əla bir yoldur. Mənim üçün yeni olan çoxlu yer və təcrübə var. Düşündüm ki, bunu maraqlanan hər kəslə bölüşmək əla olardı! Larri mənim burada uğur qazanmağımda böyük rol oynadı. O, təkcə mənim komanda yoldaşım deyil. Larrini həm də böyük qardaşım hesab edirəm. Hər hansı bir sualım və ya problemim olanda o, komandada bizə ən yaxın və ilk kömək edən şəxs olur. Mən həmişə ondan videolarımda olmasını xahiş edirəm, çünki həmişə özü kimi olur və etdiyimiz bəzi şeylərə gülməli reaksiyalar verir.

    – Bakıda sizə xüsusilə maraqlı gələn nəsə olub? 

    – Ən maraqlısı, Xalça Muzeyinə və Azərbaycan Dövlət İncəsənət Muzeyinə getmək idi. Boş vaxtlarımda müxtəlif mədəniyyətlər haqqında yeni şeylər öyrənməkdən və sənət əsərlərinə baxmaqdan zövq alıram.

    – Bundan sonra özünüzü harada görürsünüz? Avropada hansı klubda oynamaq istərdiniz?

    – Mən özümü daha çox basketbolçu, rol modeli və kiçik uşaqlar üçün mentor kimi görürəm. Oyunumu daha yüksək səviyyəyə qaldırmaq və gənc basketbolçuların arzularının arxasınca getmələrinə kömək etmək istəyirəm. 

    - NBA klublarından hansına azarkeşlik edirsiniz? Basketbolda kumir olaraq kimi seçmisiniz?

    – “Los-Anceles Leykers”i dəstəkləyirəm. Kimirim isə Lebron Ceymsdir. Düşünürəm ki, onun oyuna yanaşma tərzi artıq uğurun bir hissəsidir. Heç vaxt bəhanə gətirmir və bütün diqqətini 100 faiz oyuna yönəldir.

    – Yenidən Bakı və sizinlə bağlı söhbətə qayıdaq. Burada ən çox hansı yeməyi sevirsiniz?

    – Sevimli yeməyim pizzadır. Bilirəm ki, bu qəribə cavab ola bilər, amma burada mənim vətənimdə olandan fərqli pizza təklif edirlər. Mən burada içdiyim bir çox meyvə şirəsinə və ümumiyyətlə meyvələrin gözəl dadına aşiq oldum. Toyuq dönəri və plov da çox dadlıdır.

    – Boş zamanınızı necə dəyərləndirirsiniz ?

    – Boş vaxtlarımın çoxunu cəmiyyəti kəşf etməyə, video oyunları oynamağa, filmlərə, TV-lərə baxmağa və Allahla münasibətimi gücləndirməyə sərf edirəm. Düşünürəm ki, vaxtınızdan ən yaxşı şəkildə istifadə edə bilmək üçün görüləcək işlər arasında balansın olması vacibdir.

    – Son sual. Azərbaycan Basketbol Liqasında amerikalı oyunçuların sayı çoxdur. Maraqlıdır, niyə NCAA-da oynamış və ya Avropa təcrübəsi olan bəzi amerikalılar niyə oynamaq üçün basketbolda yeni inkişaf yolu keçən Azərbaycanı seçirlər? Yəni, niyə siz və həmyerliləriniz burada aşağı məvaciblə oynamağa üstünlük verir?

    – Bir çox amerikalı basketbolçu üçün maaş onların basketbol oynamağa davam etməsinin səbəbi deyil. Bəzi oyunçular, sadəcə fürsət axtarır, digərləri isə öz CV-lərini yaratmağa çalışırlar. Digər oyunçular dünyanın müxtəlif yerlərini kəşf etməkdən həzz alırlar və basketbol bunu etmək üçün əlavə bonusdur. Əksər amerikalılar həqiqətən oyunu sevirlər. Onlar maaşın nə olmasından asılı olmayaraq haradasa oynayacaqlar.

    Top oyunları

    Qız basketbol millimiz Belarusu qalib, oğlanlarımız məğlub tərk edir

    7.12.2025 17:12:35
    Basketbol

    "Sabah" Şəki səfərindən qələbə ilə qayıdır

    5.12.2025 21:09:07
    Basketbol

    Millimiz Belarusu məğlub etdi

    5.12.2025 18:12:09
    Top oyunları

    "Ehtiyatda oturanların çoxununun ustalıq səviyyəsi buna imkan vermir" - Baş məşqçi

    5.12.2025 17:38:23
    Top oyunları

    "Sumqayıt" bölgə klubuna uduzdu

    5.12.2025 17:15:27
    Top oyunları

    "O, ailəvi səbəblərə görə Azərbaycandan ayrılıb" – Belaruslu baş məşqçi

    5.12.2025 00:41:46
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Kamandan oxatanlarımız Çitada 120 min pul qazandı – FOTOLAR

    7.12.2025 17:28:01

    "Ola bilsin, yanvarda rəhbərliklə bu haqda danışaq" – Füzuli Məmmədov

    7.12.2025 17:27:46

    "Meydança ağır idi, yağış üzümüzə baxdı" – "Şamaxı"nın baş məşqçisi

    7.12.2025 17:23:46

    Qız basketbol millimiz Belarusu qalib, oğlanlarımız məğlub tərk edir

    7.12.2025 17:12:35

    "Xəzər Lənkəran" qayıdır? – AFFA-nın baş katibi cənubda

    7.12.2025 16:32:15

    Misli Premyer Liqası: "Şamaxı"dan səfər qələbəsi – VİDEO

    7.12.2025 15:57:02

    "Qarabağ"ın ÇL-dəki rəqibi baş məşqçini bu əfsanə ilə əvəzləmək istəyir

    7.12.2025 14:25:24

    "Karvan-Yevlax" – "Şamaxı": HEYƏTLƏR

    7.12.2025 13:01:59

    "Yarışa psixoloji hazır deyildim" – Avropa çempionumuz

    7.12.2025 12:18:57

    Azərbaycanda sabiq nazir idman obyektinə direktor təyin olunub – EKSKLÜZİV

    7.12.2025 11:57:32

    Nazim Sadıxov UFC-də ilk dəfə məğlub oldu – VİDEO

    7.12.2025 10:44:26

    AFFA prezidenti Ravşan İrmatovla görüşdü

    6.12.2025 23:37:53

    Cüdo üzrə Azərbaycan çempionatında fərdi mübarizə yekunlaşdı – FOTOLAR

    6.12.2025 20:45:31

    Tanınmış idmançımız vitse-prezident seçildi – FOTOLAR

    6.12.2025 20:00:41

    "Hakimə yüngül təzyiq göstərirdim" – Rəşad Sadıqov

    6.12.2025 19:38:23
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved