Azərbaycan Cüdo Federasiyası kişi cüdoçular arasında rəqabət səviyyəsinin yüksəldilməsi, onların ustalığının və yarış təcrübəsinin artırılması məqsədilə yeni ACF Turuna start verir.
Prosport.Az xəbər verir ki, növbəti belə yarış martın 6-da baş tutacaq. Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzində keçiriləcək yarışda 40 klub və idman cəmiyyətindən olan 278 cüdoçu 7 çəki dərəcəsində medallar uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, cari ildə üç belə turnirin keçirilməsi planlaşdırılır. Bu yarışlar nəticəsində idmançıların reytinq siyahısı formalaşacaq.

