Azərbaycan üzgüçüsü Süleyman İsmayılzadə dünya çempionatında iştirak hüququ qazanıb.
Prosport.Az xəbər verir ki, o, bu lisenziyanı Riqada keçirilən Latviyanın açıq çempionatında əldə edib.
İdmançımız sərbəst üsulla 1500 m məsafədə 14.26,02 nəticə göstərib. Qızıl medal qazanan Süleyman mundiala 2-ci lisenziyanın sahibi olub.
Süleyman İsmayılzadə Riqada həm də Azərbaycan rekordu vurub. O, sərbəst üsulla 400 m məsafədə 3.55,67 nəticə ilə çempion olub. Üzgüçümüz FINA xallarının sayını 813-ə çatdırmaqla rekorda sahib çıxıb.
Qeyd edək ki, üzgüçülərimiz Riqada 9 qızıl, 11 bürünc və 4 bürünc medal qazanıb.
