Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti Səbuhi Mehdizadə istefa verib.
Prosport.Az-ın əldə etdiyi məlumata görə, o özü vəzifəsindən ayrılıb.
Qeyd edək ki, Səbuhi Mehdizadə həm də ictimai əsaslarla Stolüstü Tennis Federasiyasının da vitse-prezidenti sayılır. O bu gün Ali Məhkəmənin sədri təyin olunmuş İnam Kərimovun Kənd Təsərrüfatı Nazirliyində müşaviri vəzifəsində işləyib.
Hazırda Ağır Atletika Federasiyasında vitse-prezident vəzifəsi boşdur.
Səbuhi Musa

