Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Müsahibə
    "Tale Heydərov komandamıza hər zaman dəstək olmağa hazırdır" – İtaliyalı direktor
    3.03.2025 09:43:50

    Ötən ayın ortalarında Azərbaycan Reqbi Federasiyası "EAS Simurq" adlı komandanın yaradıldığını elan etdi. Klubun EAS-la başlayan hissəsindən bunun European Azerbaijan School (Avropa-Azərbaycan Məktəbi) olması anlaşılırdı. Bu məktəbin təsisçisi isə "Qəbələ" İdman Klubunun sabiq prezidenti Tale Heydərovdur.

    Prosport.Az olaraq əvvəlcə Məktəb Liqasında, növbəti mövsümdən isə ölkə birinciliyində çıxış etməli olan "EAS Simurq" komandasının rəhbəri və Avropa-Azərbaycan Məktəbinin direktoru Françesko Bankini ilə görüşərək müsahibə götürdük. 

    – İlk sualım idmanla bağlı olmayacaq. Bilirik ki, Avropa-Azərbaycan Cəmiyyəti Tale Heydərov tərəfindən Londonda yaradılıb. Siz isə milliyyətcə italyansınız. Avropa-Azərbaycan Məktəbi isə Bakıdadır. Bu məktəbə direktor təyinatınız necə baş tutdu?
    – Neapolda doğulmuşam. Ancaq mənim ailəm daha sonra İtaliyadan Qətərin paytaxtı Dohaya və Keniyanın paytaxtı Nayrobiyə köçüb. Onlar oradan isə İsveçrəyə gəlib. Mən İsveçrədə iş fəaliyyətimə başlamışam. Daha sonra Azərbaycana gəlmək imkanım oldu. Azərbaycan gözəl ölkədir. Mənim babamgil musiqini sevdiyindən, mənim də musiqiyə həvəsim var. Ona görə də Azərbaycan muğamına qulaq asmağı xoşlayıram. Bu ölkə məni valeh etdi. Mən bu ölkəni kəşf etmək istədim və bu məktəbdə işləyərək direktor vəzifəsinə kimi gəldim. Artıq 7 ildir ki, Azərbaycanda yaşayıram.

    – Sualımıza konkret cavab ala bilmədik. Tale Heydərovla əlaqələriniz İsveçrədə olarkən yaranmışdı?
    – Yox, onunla əvvəldən tanışlığım yox idi. Yalnız Azərbaycana gəldikdən 1 ay sonra Tale bəylə tanışlıq imkanım oldu. Onun atasını tanıyırdım. Ancaq Tale bəy haqda çox məlumata malik deyildim. Yalnız biz daha sonra tanış olduq və bu məktəbdə işə başladım.

    – İtaliya deyərkən daha çox futbol, voleybol yada düşür. Niyə məhz reqbi komandası yaratmağı düşündünüz?
    – Gənc yaşlarımda bizim şəhərdə bir reqbi komandası vardı. Onda onların futbol topu ilə yox, fərqli topla oynadıqlarının şahidi olmuşdum. Daha sonra qısa müddət özüm də reqbi oynamağa başladım. Bu oyun məni ovsunladı. Eldar müəllimə (federasiya prezidenti Eldar Kərimovu nəzərdə tutur – S.M.) dedim ki, belə bir komanda yaratmaq istəyirik. Dedi ki, niyə də yox?! Bu, tanınmış idman növüdür. Reqbidəki dostluğu futbol, basketbol və digər kontakt idman növlərində görməzsiniz. Bu idman məktəblilərdə dostluğu, bir-birinin qayğısına qalmaq xüsusiyyətini gücləndirir. Biz yeni-yeni başlayanda reqbi oynaya bilən 4 şagirdimiz vardı. İndi isə ali məktəb, orta məktəb tələbələrimiz reqbi oynaya bilir. Hətta qızlarımız da. Normalda siz qızların reqbi oynamasını görməzsiniz. Onlar Sumqayıt komandasına və "Qarabağ"a qarşı oynayırlar. Daha güclü olacaqlar.

    – Klubun fevralda yarandığı elan verilsə də, sizin sözünüzdən belə anlaşılır ki, daha öncədən bu məktəbdə reqbi ilə məşğul olunurdu...
    – İlyarım əvvəl biz komanda yaratmışıq. Bu il isə anladım ki, reqbi tələbələr və onların valideynləri üçün uğurlu idman növüdür. Bayaq dediyim kimi, bu işə 4 tələbə ilə başlamışıq. Bunlardan 3-ü oğlan, 1-i qız olub. Oğlanlardan biri mənim kiçik oğlum idi. İndi isə bizdə 3-4 heyət var. 60 tələbə reqbiyə yazılıb. Biz anladıq ki, reqbi tələbə və onların valideynlərini xoşbəxt edən idmandır. Belədə liqada çıxış edə biləcək komanda yaratmaq qərarına gəldik. 

    – Bəs niyə "Simurq" adını seçdiniz?
    – Komandanın adını qoyarkən müzakirə etdik. Adi bir ad qoymaq istəmədik. Simurq Azərbaycanın kimliyini təcəssüm etdirən bir quş sayılır. Bu, tarixi Azərbaycanın qüdrətini göstərən mifik bir quş olub. Azərbaycan dəyərlərinə önəm verdiyimiz üçün bu adı seçdik.

    – Bəs bilirsinizmi ki, vaxtı ilə bu adda Azərbaycanda – Zaqatalada futbol klubu da olub?
    – Doğrudan? Bunu bilmirdim. Ancaq yenə deyirəm ki, Azərbaycanı təmsil etmək üçün "Simurq"dan gözəl ad fikirləşmək olmazdı. Elə ad fikirləşməliydik ki, Azərbaycanın kimliyini bildirsin. "Stronq" (Güclü), "Iron" (Dəmir) adlarını qoysaydıq, bu nəyisə ifadə etməyəcəkdi. Azərbaycan beynəlmiləl ölkədir. İtaliyadan, Şotlandiyadan və başqa ölkələrdən tələbələrimiz var. Onlar artıq "Simurq" adının Azərbaycan üçün nə məna verdiyini bilir.

    – Komandada yerli, yoxsa əcnəbilər çoxluq təşkil edir?
    – Əksəriyyəti azərbaycanlılardır. Oğlum İtaliyadan, 1 tələbə Şotlandiyadan, 1-i Qazaxıstandandır. 6-7 fərqli millətdən tələbələrimiz reqbi oynayır.

    – Gələcəkdə peşəkar komanda kimi formalaşmaq üçün xaricdən, məsələn vətəniniz İtaliyadan əcnəbi oyunçu gətirməyi də düşünürsünüz?
    – Bəli. İtaliyadan da, Gürcüstandan da ola bilər. Gürcüstan Azərbaycana qonşudur, onlarda reqbi inkişaf edib. Biz gələcəkdə daha da inkişaf etmək üçün Gürcüstandan oyunçu cəlb etməyə çalışacağıq.

    – Məktəbin özünün həyətində reqbi oynamaq üçün şərait hansı vəziyyətdədir?
    – Bizim 2 fərqli qazonumuz var. Biri qapalı, biri açıq məkandadır. Orada futbol, voleybol, basketbol da oynamaq mümkündür. Ancaq bizim gələcək 1-1,5 illik strateji planlarımızda ayrıca reqbi meydançası salmaq var. Hazırda Gənclər və İdman Nazirliyi ilə birgə əməkdaşlıq da edirik. Birlikdə bu idman növünü inkişaf etdirməyə çalışırıq.

    – Növbəti mövsüm ölkə birinciliyi və Azərbaycan Kubokunda yarışacaqsınız. Daha təcrübəli "Qarabağ"ın da yarışdığı bu turnirlərdə debütant kimi məqsəd nə olacaq?
    – Uzun müddətli planlarımız güclü komandalar sırasında olmaq var. Bizim əsas hədəfimiz milli komanda yaradılarkən ora bizim şagirdlərdən də kiminsə düşməyidir. Onlar Azərbaycan millisi ilə məsələn, Gürcüstan, İtaliya və ya Yeni Zelandiya kimi komandalara qarşı oynayarlar. O zaman mən də şad olaram ki, burada mənim də zəhmətim keçib.

    – Federasiyanın I vitse-prezidenti Ernesto Ferlenqi də italyandır. Onun bu klubun yaranmasında rolu olub?
    – Biz komandanı yaratdıqdan sonra onunla cəmi 1 dəfə tədbirlərdən birində görüşmüşəm. O özünü təqdim edərək dedi ki, mən sizi tanıyıram, komanda yaratdığınızı bilirəm. Daha sonra mən onu bir oyunumuza baxmağa dəvət etdim. O da gələndə özü ilə 30 peşəkar reqbi topu gətirmişdi. Yəni, bizim tanışlığımız da ancaq reqbiyə görə olub.

    – Futboldan da soruşum. Bəs Azərbaycanda simpatiya bəslədiyiniz futbol komandası varmı?
    – Bəli, "Qarabağ".

    – Sualı boşuna verməmişdim. Bəs niyə "Qəbələ" yox?
    – (gülür) Təmiz yadımdan çıxmışdı. Onlar indi Premyer Liqada oynamır. "Qəbələ"dən kiminləsə yox, ancaq Qara Qarayev "Qarabağ"da oynayarkən onunla görüşmüşəm. Ancaq razılaşıram ki, "Qəbələ"yə azarkeşlik etməyim lazımdır...

    – Bu məktəbin direktoru və klubun rəhbəri siz sayılsanız da, Avropa-Azərbaycan Cəmiyyətinin və Məktəbinin təsisçisi Tale Heydərovdur. Onun bu klubun inkişafında rolu nə dərəcədədir?
    – Təəssüflər olsun ki, o çox zaman Azərbaycanda olmur, başqa ölkədə yaşayır. Amma müzakirələrimiz zamanı həmişə idman nəticələrimizi soruşur. O, reqbi komandamıza da hər zaman dəstək olmağa hazırdır. Tale bəy həqiqətən də istəyir ki, şagirdlər tək akademik yox, hərtərəfli inkişaf etsinlər.

    Səbuhi Musa

    Digər idman növləri

    "Mən belə qalibiyyət istəmədim, qərarımdan peşman deyiləm" – Türkan Məmmədyarova

    5.03.2026 09:37:46
    Digər idman növləri

    Bakıda keçiriləcək nüfuzlu yarışın saytı təqdim olundu

    2.03.2026 15:48:04
    Digər idman növləri

    Azərbaycanda bu olimpiya idman federasiyası ləğv olunur – EKSKLÜZİV

    28.02.2026 10:25:26
    Digər idman növləri

    Tofiq Əliyev ilin idmançısı seçilə bilər – Rəqibi arasında erməni də var

    28.02.2026 09:04:11
    Digər idman növləri

    Azərbaycanın 2 idmançısı Fransada gümüş medal qazandı

    27.02.2026 23:26:28
    Döyüş növləri

    Azərbaycanda 2 yığma birgə təlim-məşq toplanışına başladı

    26.02.2026 18:44:06
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Bizə qələbə daha çox lazım idi" - Anar Sarıyev

    5.03.2026 23:46:16

    Daha bir cüdo zalı fəaliyyətə başladı

    5.03.2026 23:29:36

    "Oyunlardan sonra yata bilmirəm" - Kaxaber Sxadadze

    5.03.2026 22:44:34

    "Sərhədçi" "Ordu"nu məğlub etdi

    5.03.2026 22:32:51

    "Hər ölkədə belə “dəli” hesablar olur, hekayələr yazılır" - Valdas Dambrauskas

    5.03.2026 21:56:23

    Qazax stadionunun güləş zalı əsaslı təmir ediləcək

    5.03.2026 21:06:41

    Qəbələdə dramatik oyun: "Sabah" penaltilərlə yarımfinalda - VİDEO

    5.03.2026 20:57:19

    "Belə çətinliyə düşəcəyimizi gözləyirdim" - "Sumqayıt"ın baş məşqçisi

    5.03.2026 20:03:03

    "Sumqayıt"dan səfərdə çətin qələbə

    5.03.2026 18:13:15

    "Mingəçevir"dən səfər qələbəsi, Zaqatalada 7 qol - VİDEO

    5.03.2026 17:55:37

    "Bu, komandanı ayıltmaq kimi bir şeydir" - Azər Bağırov

    5.03.2026 17:15:51

    "Kubokda hədəfimiz böyükdür, finala qədər getmək istəyirik" - Ruslan Abışov

    5.03.2026 17:00:17

    Azərbaycan Kuboku: "Zirə"nin yarımfinaldakı rəqibi bilindi – VİDEO

    5.03.2026 16:37:37

    Antalyada 22 cüdoçumuz mübarizə aparacaq – ADLAR

    5.03.2026 16:23:05

    Yığmamızın futbolçusu oynadı, komandası xal itirdi

    5.03.2026 15:54:43
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved