Azərbaycan Qılıncoynatma Federasiyasının (AQF) vitse-prezidenti Fərhad Qasımov 61 yaşında dünyasını dəyişib.
Prosport.Az xəbər verir ki, o ötən gün vəfat edib.
Rusiyada yaşayan Fərhad Qasımov 2017-ci ildən Azərbaycan Qılıncoynatma Federasiyasında vitse-prezident vəzifəsini icra edirdi.
Qeyd edək ki, bu federasiyanın prezidenti AFFA-nın vitse-prezidentlərindən biri olan Balakişi (Balaş) Qasımovdur.
