Hindistanın paytaxtı Dehlidə qazax güləşi (Qazaq kuresi) üzrə kişilər və qadınlar arasında dünya çempionatı keçirilib.
Prosport.Az xəbər verir ki, Azərbaycan Milli İdman Növləri Assosiasiayasının kures idman növü üzrə yığma komandası 4 bürünc medal qazanıb.
Bunlar Eyvaz Baxşıyev (60 kq), Şahanə Alməmmədova (70 kq), Hacalı Qasımov (74 kq) və Abdulla Abdullayevdir (82 kq).
