Azərbaycan cüdoçusu, hərbi xidmətdən yenicə qayıtmış Turan Bayramov (60 kq) Özbəkistanın paytaxtı Daşkənddə keçirilən "Böyük Dəbilqə" turnirində gümüş medal əldə edib.
Prosport.Az xəxəbər verir ki, 22 yaşlı idmançı finalda Beynəlxalq Cüdo Federasiyasını təmsil edən rusiyalı Əyyub Bliyevlə üz-üzə gəlib. Rəqibinə uduzan Bayramov 2-ci yerlə kifayətlənib.
Qeyd edək ki, "Böyük Dəbilqə" martın 2-də başa çatacaq.
12:59
Azərbaycan cüdoçusu Turan Bayramov (60 kq) Özbəkistanın paytaxtı Daşkənddə keçirilən "Böyük Dəbilqə" turnirində finala vəsiqə qazanıb.
Prosport.Az xəbər verir ki, 22 yaşlı idmançı yarımfinalda yerli cüdoçu Bəhram Boturova qalib gəlib.
Bu gün tatamiyə çıxan Balabəy Ağayev (60 kq) və Yaşar Nəcəfov (66 kq) əvvəlki raundlarda uduzaraq medal qazanmaq şanslarını itirib.
Qeyd edək ki, "Böyük Dəbilqə" martın 2-də başa çatacaq.

