Azərbaycan cüdoçuları fevralın 28-də Özbəkistanın paytaxtı Daşkənddə start götürəcək “Böyük Dəbilqə” turnirinin əsas favoritləri sırasındadırlar.
Prosport.Az xəbər verir ki, heyətin kiçik olmasına baxmayaraq, hər üç idmançımız yüksək reytinqə malikdir.
60 kq-a qədər çəki dərəcəsində Turan Bayramov yalnız Ayub Bliyevdən (IJF) geri qalaraq, seçilmişlər arasında 2-ci mövqedə qərarlaşıb. Eyni çəkidə mübarizə aparan Balabəy Ağayev isə start siyahısında 4-cüdür.
Yaşar Nəcəfov (66 kq) da öz kateqoriyasında seçilmişlər arasında 4-cü olacaq. Reytinqin lideri isə Nurali Emomalidir (Tacikistan).

