Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək cüdo üzrə "Böyük Dəbilqə" turnirində cəmi 3 idmançımız iştirak edəcək.
Prosport.Az xəbər verir ki, 28 fevral – 2 mart tarixlərində keçiriləcək yarışda 23 ölkədən 246 idmançı iştirak edəcək.
Azərbaycan milli yığma komandası yarışda kişilər arasında 2 çəki dərəsində 3 cüdoçu ilə təmsil olunacaq. Bunlar Balabəy Ağayev, Turan Bayramov (hər ikisi 60 kq) və Yaşar Nəcəfovdur (66 kq).
Qeyd edək ki, yarışda Azərbaycan Cüdo Federasiyasının “A” kateqoriyalı beynəlxalq dərəcəli hakimi Nazim Umbayev ədalət təmsilçiləri arasında yer alacaq.

