Cüdoçu Səid Mollayi (81 kq) hazırda Azərbaycan millisinin üzvü deyil.
Prosport.Az xəbər verir ki, bu barədə report-un sorğusuna cavab olaraq Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
"Amma onun karyerasını bitirib-bitirmədiyi ilə bağlı heç nə deyə bilmərik. Məlumatımız yoxdur", – deyə qurumdan bildirilib.
Qeyd edək ki, Mollayi 2022-ci ilin mayında Azərbaycan yığmasına cəlb edilmişdi. 33 yaşlı cüdoçu 2011-2019-cu illər aralığında İranı, 2019-2022-ci illər aralığında Monqolustanı təmsil edib.
Səid Mollayi 2018-ci ildə Bakıda keçirilən dünya çempionatında qızıl medal qazanıb. O, Tokio-2020 Yay Olimpiya Oyunlarında isə gümüş mükafata sahib çıxıb. Lakin o, Azərbaycanı təmsil etdikdən sonra ciddi nəticə ilə yadda qalmayıb.

