Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Formula-1
    "Formula 1" Azərbaycan Qran-prisindəki yeyinti ilə bağlı istintaq yekunlaşdı
    24.02.2025 16:47:23

    Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

    Prosport.Az "Report"a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkilləri məhkəməyə bir neçə vəsatət təqdim edib.

    Çingiz Mehdiyevin vəkili deyib ki, zərərçəkmiş kimi tanınan "Formula 1"in nümayəndələri məhkəmədə iştirak etmir, müəyyən sənədlər tələb edilsə də, təqdim etmirlər: "Formula 1"də işləyən vəzifəli şəxslərin hamısının ifadələri alınmayıb. Xüsusən sərəncam verən şəxslər dindirilmədir. İbtidai istintaqda hazırlanmış ittiham aktında leqallaşdırma maddəsi qoyulub. Çingiz Mehdiyevin qardaşının Gürcüstanda olan bank hesabına pul köçürülməsi leqallaşdırma hesab olunub. İlkin vəsatətimiz qeyd olunan mütəxəssis rəyi ilə bağlıdır. Ekspertizaya aid rəy mütəxəssis rəyi sayıla bilməz. Çünki gömrük bəyannaməsinin rəqəmləri ilə bağlı sadə səhvlərə yol verilib, həmin mütəxəssisin məhkəməyə dəvət olunub dindirilməsini xahiş edirik".

    Dövlət ittihamçısı vəkilin vəsatətinə münasibət bildirərək qeyd edib ki, əgər gömrük bəyannamələri əsas götürülməyibsə, bununla bağlı sübutlar da təqdim edilməməlidir. İttihamçı məhkəməyə vəsatətin təmin olunmamasını təklif edib.

    Hakim heyəti yerində müşavirə keçirərək vəsatəti təmin etməyib.

    Vəkillər digər vəsatətlərində Hesablama Palatasının Bakı Şəhər Halqası Əməliyyat Şirkətində 2015-2018-ci ildə apardığı audit yoxlamasının nəticələrinin məhkəməyə göndərilməsinin təmin edilməsini xahiş ediblər.

    Məhkəmə vəsatəti baxılmamış saxlayıb. Hakim Leyla Əsgərova-Məmmədova bildirib ki, bu vəsatət əvvəlki proseslərin birində verilib: "Təqdim edilən vəsatətlərdə təkrarçılığa yol verilməməlidir".

    Daha sonra hakim məhkəmə istintaqının yekunlaşdığını elan edib. Vəkillər məhkəmə istintaqının yekunlaşdırılması ilə razı olmayıblar. Onlar məhkəmə tərkibinə etiraz edəcəklərini deyiblər.

    Məhkəmənin növbəti iclası martın 3-ə təyin olunub.

    Qeyd edək ki, Çingiz Mehdiyev "Formula 1" oyunlarının təşkili üçün ayrılmış 400 min manata yaxın pul vəsaitini mənimsəməkdə ittiham olunur.

    Onun barəsində istintaq dövrü müddətinə həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

    Digər idman növləri

    İlham Əliyev və ailə üzvləri "Formula 1"i izləyir

    26.09.2026 16:32:49
    Formula-1

    "Formula 2" Azərbaycan Qran-prisinin qalibi bilindi

    26.09.2026 13:40:01
    Formula-1

    "Formula 1" üzrə 2027-ci il Azərbaycan Qran-prisinin vaxtı açıqlandı

    16.09.2026 13:14:50
    Formula-1

    "Formula 1"in tanınmış pilotu Bakıda cərimələnə bilər

    15.09.2026 15:12:32
    Formula-1

    "Formula 1": 10 ildə marşal proqramına 35 mindən çox müraciət olub

    8.09.2026 11:46:47
    Formula-1

    Niderland Qran-prisinin qalibi bəlli oldu

    23.08.2026 18:50:17
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Qalatasaray"ın keçmiş prezidenti Bakıya gəlir

    18.10.2026 23:17:21

    "Çox fərqli bir komanda görəcəksiniz" - "Sumqayıt"ın türkiyəli baş məşqçisi

    18.10.2026 23:03:25

    Karateçilərimiz dünya çempionatını 5 medalla başa vurdular

    18.10.2026 22:59:47

    "Müdafiədə etibarlı oynadıq" - Konstantinos Vasiliadis

    18.10.2026 22:42:10

    "Bəhanə gətirmək və ya ağlamaq fikrim yoxdur" – Azər Məmmədov

    18.10.2026 21:38:45

    "Məğlub olsaydıq belə, buradan mənfi enerji ilə ayrılmayacaqdım" – Rəşad Sadıqov

    18.10.2026 21:35:23

    Gəncədə "qonşu"ların dueli sülhlə bitdi - VİDEO

    18.10.2026 20:31:10

    "Neftçi"dən rahat qələbə

    18.10.2026 20:20:39

    Naxçıvan klubunun baş məşqçisi: "Sabah"la oyun da çətin olacaq"

    18.10.2026 19:45:56

    "Toparlanmalıyıq..." - Gəncə klubunun məşqçisi

    18.10.2026 19:11:07

    "İmişli"yə gəlməzdən öncə Starkovla məsləhətləşmişdim" – Ervin Perkon

    18.10.2026 18:28:11

    "Kəpəz" - "Zirə" - HEYƏTLƏR

    18.10.2026 18:03:32

    "İmişli" layiqli qələbə qazandı" – Qurban Berdiyev

    18.10.2026 17:47:41

    "İmişli" "Turan Tovuz"u əliboş göndərdi - VİDEO

    18.10.2026 17:06:12

    Naxçıvan klubu avrokubokda çıxış edən komandanı məğlub etdi

    18.10.2026 17:05:13
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved