Əməkdar məşqçi Aleksandr Antipovun xatirəsinə həsr olunmuş atletika üzrə Bakı Beynəlxalq Turnirinə start verilib.
Prosport.Az xəbər verir ki, açılış mərasimində çıxış edən federasiyanın baş katibi Məhərrəm Sultanzadə Aleksandr Antipovun xidmətlərindən və yarışın əhəmiyyətindən danışıb.
Bakı Atletika Mərkəzində keçirilən memorialda yerli idmançılarla yanaşı, Qazaxıstan, Özbəkistan və Saxa Respublikasından (Rusiya) 45 atlet mübarizə aparır. 60 metr məsafəyə qaçışda kişilərdə Həmid Nəbiyev, qadınlarda paralimpiya çempionumuz Lamiyə Vəliyeva qalib olub.
Üçtəkanla tullanmada Rüstəm Məmmədov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Uzunluğa tullanmada isə Kəsgin Abbaszadə bütün rəqiblərini qabaqlayıb. Həmçinin, U-18 kateqoriyası üzrə müxtəlif növlər üzrə qaliblər müəyyənləşib. Bu gün iştirakçılar yakut tullanmaları üzrə mübarizə aparacaq.
