Futzal üzrə FIFA referilərimiz beynəlxalq təyinat alıblar.
Prosport.Az xəbər verir ki, Hikmət Qafarlı, Knyaz Əmiraslanov və Əli Cəbrayılovdan ibarət briqada AVRO-2026-nın 3-cü qrupunun Türkiyə - Slovakiya görüşünü idarə edəcək.
Martın 12-də Erzincan şəhərində keçiriləcək matç saat 17:00-da start götürəcək. Oyunun hakim-inspektoru xorvatiyalı İvan Novak olacaq.
