Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Cüdo
    "Fransadan revanşı eyni formada aldıq" – Millimizin baş məşqçisi
    26.06.2023 15:30:46

    Portuqaliyanın Odivelaş şəhərində keçirilən yeniyetmə cüdoçular (U-18) arasında Avropa çempionatında Azərbaycan idmançıları tarix yazmağı bacardılar. Fərdi yarışlarda 6 qızıl və 3 bürünc medal qazanan cüdoçularımız uğuru qarışıq komanda yarışlarında da təkrarladı. Komandamız Niderland, Almaniya və İtaliyaya qalib gəldi. Fransadan isə ötənilki dünya çempionatının finalındakı bəxtsiz məğlubiyyətin əvəzi çıxıldı.

    Prosport.Az yeniyetmə cüdoçulardan ibarət oğlanlar millimizin baş məşqçisi Rüstəm Alimlidən bu uğur barədə müsahibə götürüb.  

    – Mükəmməl nəticə ilə yadda qaldınız. İlkin olaraq sevinc təəssüratlarınızı bölüşərdiniz...
    – Biz ötən il Xorvatiyanın Poreç şəhərində keçirilmiş Avropa çempionatında da oğlanlarda medal sayında 1-ci olmuşduq. 2 qızıl və 4 bürünc medal qazanmışdıq. Qızlarda isə 1 qızıl və 1 bürünc medal olmuşdu. Biz bu yarışadək 3 güclü turnirdə iştirak etmişdik. O turnirlər vasitəsilə Avropa və dünya çempionatları üçün yığmanın tərkibini müəyyənləşdirməli idik. Həmin Avropa Kuboku turnirlərinin birində 3, birində 6, digərində isə 5 qızıl medal qazanmışdıq. Bu yol göstərirdi ki, builki Avropa çempionatı bizim üçün uğurlu olacaq. Amma səmimi deyim ki, nə qədər gözlənilən olsa da, belə nəticə gözləmirdik.

    – İlk dəfə qarışıq komanda yarışında Avropa çempionu olduq. Bu barədə nə deyə bilərsiniz?
    – Əslində bu da sürpriz olmadı. Ötən ilki Avropa çempionatının komanda yarışında 3-cü yerə çıxmışdıq. Keçən il Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilmiş dünya çempionatında isə həmin bu Fransa ilə yenə finalda qarşılaşmışdıq. Orada kor püşklə uduzduq. Belə ki, hesab bərabər olduğundan, püşk atıldı. Püşk 63 kq çəki dərəcəsində zədəli olan Avropa çempionumuz Fidan Əlizadəyə düşdüyündən, o, tatamiyə çıxa bilmədi və bizə texniki məğlubiyyət verildi. Biz isə Fransadan revanşı bu Avropa çempionatının finalında aldıq. Özü də yenə püşklə qalib müəyyənləşdi. 60 kq-da Avropa çempionumuz Məhəmməd Musayev qalib gələrək hesabı 3:3 etdi. Məhəmməd rəqibinə "Uri naqe" fəndi ilə qalib gəldi və rəqibi nokdauna düşdü. Həkimlər onu apardılar. Püşk yenə 60 kq çəki dərəcələrindəki idmançıların güləşməli olduğunu müəyyənləşdirdi. Ancaq həmin çəkidə idmançıları zədələndiyindən, müəllimləri dedi ki, mən idmançımı yarışa çıxarmayacağam. Ona görə də qələbə 4:3 hesabı ilə bizə verildi. Belə bir dramatik hal yaşandı. Komanda yarışı bizdə stabil gedir. Amma çempionluq yox idi. Bu yarışda nöqtəni qoyaraq onu da tamamladıq. Məhəmməd Musayev və Ramazan Əhmədov ikiqat Avropa çempionu oldular.

    – Qarşıda hansı yarışlara getməyi planlaşdırırsınız?
    – İrəlidə 3 rəsmi yarış var. Gələn ay Sloveniyanın Maribor şəhərində təşkil olunan Avropa Olimpiya Gənclər Festivalında çıxış edəcəyik. Avqustda Belarusda keçiriləcək II MDB Oyunlarında (cüdo yarışları Qomel şəhərində keçiriləcək – S.M.) və Xorvatiyanın paytaxtı Zaqrebdə baş tutacaq dünya çempionatında yarışacağıq.

    – Oğlanlarda 5 qızıl və 2 bürünc medal olduqca əla nəticədir. Bəlkə də "böyüklər"də nəticələrin qənaətbəxş olmaması səbəbindən bu sualı verməkdə tələsirəm. Ancaq soruşacağam. Bu uşaqlardan kimsə əsas yığmada çıxış etmək gücünə malikdir?
    – Yox, indi bunu demək fantastika olar. Amma burda bir neçə idmançı var ki, 2028-ci ildə keçiriləcək Los Anceles Olimpiadasına rahat lisenziya qazanıb, orda nəticə verə bilərlər. Bu nəsil çox güclü, perspektivli və istedadlıdır. Əgər bu idmançılar gənclərdə də dünya və ya Avropa çempionu olsalar, artıq bu onun əsas yığmaya cəlb olunması üçün siqnal olacaq.

    – Ötən ilin aprelində bu milliyə baş məşqçi təyin olundunuz. Gördüyünüz işlər göz qabağındadır. İndi zirvədə ikən, bu zirvəni qoruyub saxlamaq çətin olacaq. İdmançıların arxayınlaşmaması, ulduz xəstəliyinə tutulmaması üçün hansı tədbirlər görməyi planlaşdırırsınız?
    – İndi federasiya elə edib ki, hətta təlim-məşq toplanışları zamanı psixologiya, ingilis dili müəllimləri gəlib onlara dərs keçir. Komandada elə ab-hava var ki, nizam-intizamı zəif olan idmançı özü komandaya qatılmaq istəmir. Federasiya prezidenti Rəşad Nəbiyev mənə ötən il tapşırıq verib ki, əsas idmançıların əxlaq və intizamı ilə bağlı məsələlərə diqqət edim. Nəticə isə bundan sonra özü gələcək. Praktika göstərir ki, bir dəfə nəticə verən idmançı rejimə, nizam-intizama əməl etməyib deyə, uğurunun davamını gətirə bilməyib. Biz indidən bu uşaqların fundamentində intizam məsələlərini düzəltməliyik ki, onlar "böyüklər"ə keçdikdə bu problemlə üzləşməsinlər. İndiki halda komandada bu baxımdan hər şey yaxşıdır. Bu da nəticələrdə özünü göstərir. Biz də istəyirik ki, "böyüklər"də bir yox, bir neçə dünya çempionumuz olsun.

    Səbuhi Musa

    Cüdo

    Cüdoçularımız Asiya Açıq Turnirinə 8 medalla başladılar

    17.10.2026 20:40:29
    Digər idman növləri

    Prezident 4 idmançını təltif etdi - ADLAR

    16.10.2026 14:41:34
    Cüdo

    Cüdo millimizin Asiya Açıq Turniri üçün heyəti bilindi

    15.10.2026 16:45:28
    Cüdo

    ABŞ səfirliyi cüdo millimizi təbrik etdi

    13.10.2026 18:48:47
    Cüdo

    Marius Vizerdən Azərbaycana dünya çempionatı təşəkkürü

    13.10.2026 17:51:33
    Cüdo

    Cüdo üzrə Bakı mundialı daha bir tarixi nəticə ilə yadda qalıb

    13.10.2026 16:09:39
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Azərbaycan Paralimpiya Hərəkatının inkişafında mühüm nümunədir" - Endrü Parson

    19.10.2026 15:37:30

    Yığmamız Avropa birinciliyini 9 medalla tamamladı

    19.10.2026 15:36:35

    Mahir Emreli yenə baş məşqçisiz qaldı

    19.10.2026 15:13:27

    "Gözləntilərimizi doğrultmayan məşqçilərlə yollarımızı ayıracağıq" - "Qarabağ"ın baş direktoru

    19.10.2026 14:35:29

    Sabiq "Qarabağ"lıdan 1 qol, 2 assist - VİDEO

    19.10.2026 14:17:00

    Asif Məmmədov son 18 mövsümün rekordunu yenilədi

    19.10.2026 13:42:22

    "Məqsədimiz təkcə futbolçu yetişdirmək deyil" - Əmrah Çəlikəl

    19.10.2026 13:19:04

    "Borussiya" Bakıya bu futbolçularla gəlir - ADLAR

    19.10.2026 12:43:08

    "Sabah"da Bundesliqanın bəzi futbolçularından daha çox qazanıram" - Coy-Lens Mikels

    19.10.2026 12:25:51

    "Turan Tovuz" 50-ci dəfə uduzdu

    19.10.2026 11:45:11

    Aleksey Kaşşuk yenidən yığma məşqçilərinin diqqət mərkəzində

    19.10.2026 11:08:30

    Premyer Liqada mövsümün tamaşaçı rekordu qeydə alındı

    19.10.2026 10:49:36

    2 idmançımız zədələndi, millimiz yarımfinal görüşünə çıxa bilmədi

    19.10.2026 10:26:41

    "Sabah”la görüşdə eyni səhvləri təkrarlamamalıyıq" - "Borussiya"nın idman direktoru

    19.10.2026 10:00:14

    "Qalatasaray"ın keçmiş prezidenti Bakıya gəlir

    18.10.2026 23:17:21
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved