Futzal üzrə Azərbaycan millisinin Yunanıstanla oyununun hakimləri açıqlanıb.
Prosport.Az xəbər verir ki, AVRO-2026-nın əsas mərhələsinin matçını Bolqarıstandan olan hakimlər briqadası idarə edəcək.
Afinada baş tutacaq qarşılaşmada ədaləti Trayan Ençev, Kaloyan Kirilov və İvan İvanov qoruyacaqlar. Oyunun hakim-inspektoru Sven Eiçler (Almaniya) olacaq.
Qeyd edək ki, görüş martın 11-də DAİS İdman Arenasında keçiriləcək.
