Milli Olimpiya Komitəsinin (MOK) İcraiyyə Komitəsinin yeni üzvləri bəlli olub.
Prosport.Az xəbər verir ki, MOK-un IX Hesabat-seçki baş məclisində Prezident İlham Əliyev, eyni zamanda, Azər Əliyev, Çingiz Hüseynzadə, Zemfira Meftahətdinova, Fərid Mansurov, Elnur Məmmədli, Faiq Qarayev, Alla Həsənova, Nazim Hüseynov və Namiq Abdullayev MOK-un İcraiyyə Komitəsinin üzvləri seçiliblər.