Sabah Milli Olimpiya Komitəsində (MOK) gözlənilən seçki baş tutacaq.
Prosport.Az-ın xəbərinə görə, saat 11:00-da başlayacaq MOK-un Baş Məclisinin iclasında komitənin prezidenti və vitse-prezidentləri vəzifələrinə seçki keçiriləcək.
Həmçinin, MOK İcraiyyə Komitəsinin yeni üzvləri seçiləcək.
Qeyd edək ki, Milli Olimpiya Komitəsinin indiki prezidenti ölkə başçısı İlham Əliyevdir. Bu qurumun vitse-prezidentləri Çingiz Hüseynzadə, gənclər və idman naziri Fərid Qayıbov və Atıcılıq Federasiyasının vitse-prezidenti, olimpiya çempionu Zemfira Meftəhəddinovadır. MOK-un baş katibi isə Azər Əliyevdir.