Cüdo üzrə ikiqat Olimpiya çempionu Şohey Ono Bakıda keçirilən “Böyük Dəbilqə”nin fəxri qonağı olub.
Prosport.Az xəbər verir ki, paytaxtımızda komandaların məşqini də izləyən məşhur yaponiyalı yarışın ən titullularından hesab edilir.
Altıqat (3 fərdi, 3 komanda şəklində) dünya çempionu olan Şohey Ono 73 kq çəkidə mübarizə apardığı Azərbaycan cüdoçuları – olimpiya çempionu Hidayət Heydərov, gümüş mükafatçı Rüstəm Orucovla da xatirə şəkli çəkdirib.