Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Cüdo
    IJF-dən Bakıdakı yarışa yüksək qiymət
    17.02.2025 10:40:53

    Beynəlxalq Cüdo Federasiyası (IJF) Bakıda keçirilmiş “Böyük Dəbilqə” turnirinin təşkilatçılığını yüksək qiymətləndirib.

    Prosport.Az xəbər verir ki, qurumun rəsmi saytında yerləşdirilən yazıda beynəlxalq idman tədbirlərinə layiq bir yarış təqdim olunduğu vurğulanıb:

    “Son üç gün xüsusilə həyəcanlı keçib və Bakıda, Milli Gimnastika Arenasında toplaşan böyük tamaşaçı kütləsinə möhtəşəm beynəlxalq idman tədbirlərinə layiq bir yarış təqdim olunub. Azərbaycan Cüdo Federasiyası və onun bütün tərəfdaşları, Dünya Cüdo Turu təqvimində bu vacib yarışın böyük uğurla keçirilməsinə görə fəxr edə bilərlər. Hər şey mükəmməl şəkildə təşkil edilib ki, bu da iştirak edən 36 ölkədən olan idmançılara öz ən yaxşı performanslarını göstərmək və dünya reytinqi üçün vacib xallar toplamaq imkanı verib. Olimpiya təsnifatları hələ uzaqda olsa da, reytinq cədvəlində yüksək mövqedə qərarlaşmaq gələcək çempionlar üçün uğurun təminatı ola bilər”.

    IJF Yaponiya və Azərbaycan yığmalarının yarışda çıxışını xüsusi qiymətləndirib: “Yaponiya komandası səhvə yol verməyib. Onlar Bakıya yüksək səviyyəli bir komanda göndərib və nəticələr bunu təsdiqləyib – millilər sıralamasında birinci yerin sahibi olublar. Azərbaycanın iki aparıcı cüdoçusu, dünya və Olimpiya çempionları Hidayət Heydərov və Zelim Kotsoyev tatamidə olmasa da, digər cüdoçular ən yüksək səviyyədə mübarizə aparıblar. Bu yüksək səviyyəli yarışda ev sahibi ölkənin qazandığı medallar onu turnirin ən güclü komandalarından birinə çevirib”.

    Dərc olunan materialda təşkilatçılıq baxımından irad tutulmalı heç bir məqam olmadığı bildirilib: "Təşkilatçılıq baxımından isə irad tutulası heç bir məqam yoxdur. Azərbaycan bu işin öhdəsindən peşəkarcasına gəlib və hər şeyi yüksək səviyyədə təşkil edib. Bütün iştirakçıların yaddaşında bu turnirdən xoş xatirələr qalacaq. Beləliklə, Bakıdea "Böyük Dəbilqə" turniri uğurla başa çatıb. Yarışın son gününün final mərhələsindən əvvəl gənc cüdoçular tataminin mərkəzinə çıxaraq dinamik və əyləncəli cüdo sessiyası keçiriblər. Bu uşaqlar xüsusi qayğıya ehtiyacı olan gənclər üçün nəzərdə tutulmuş proqramın iştirakçılarıdır. Cüdo onların cəmiyyətə inteqrasiyasına kömək edən və onları dəstəkləyən inanılmaz vasitədir. Azərbaycan Cüdo Federasiyası bir daha bütün qrupları heç bir ayrı-seçkilik olmadan cəmiyyətə inteqrasiya etmək bacarığını nümayiş etdirib. Uşaqların topladığı alqışlar və sessiya boyunca üzlərindəki xoş təbəssümlər cüdonun gücünün açıq sübutudur”.

    Qeyd edək ki, “Böyük Dəbilqə” turniri fevralın 14-16-da Milli Gimnastika Arenasında keçirilib. Azərbaycan cüdoçuları yarışı 5 medalla başa vurublar. Ölkəmiz turnirdə 32 idmançı ilə təmsil olunub.

    Cüdo

    Cüdoçularımız Asiya Açıq Turnirinə 8 medalla başladılar

    17.10.2026 20:40:29
    Digər idman növləri

    Prezident 4 idmançını təltif etdi - ADLAR

    16.10.2026 14:41:34
    Cüdo

    Cüdo millimizin Asiya Açıq Turniri üçün heyəti bilindi

    15.10.2026 16:45:28
    Cüdo

    ABŞ səfirliyi cüdo millimizi təbrik etdi

    13.10.2026 18:48:47
    Cüdo

    Marius Vizerdən Azərbaycana dünya çempionatı təşəkkürü

    13.10.2026 17:51:33
    Cüdo

    Cüdo üzrə Bakı mundialı daha bir tarixi nəticə ilə yadda qalıb

    13.10.2026 16:09:39
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Qalatasaray"ın keçmiş prezidenti Bakıya gəlir

    18.10.2026 23:17:21

    "Oyunçular hətta onlardan nə tələb etdiyimi tam anlamır" – "Sumqayıt"ın baş məşqçisi

    18.10.2026 23:03:25

    Karateçilərimiz dünya çempionatını 5 medalla başa vurdular

    18.10.2026 22:59:47

    "Müdafiədə etibarlı oynadıq" - Konstantinos Vasiliadis

    18.10.2026 22:42:10

    "O, dünyada ən ucuz və ən keyfiyyətli legionerdir" – Azər Məmmədov

    18.10.2026 21:38:45

    "Məğlub olsaydıq belə, buradan mənfi enerji ilə ayrılmayacaqdım" – Rəşad Sadıqov

    18.10.2026 21:35:23

    Gəncədə "qonşu"ların dueli sülhlə bitdi - VİDEO

    18.10.2026 20:31:10

    "Neftçi"dən rahat qələbə

    18.10.2026 20:20:39

    Naxçıvan klubunun baş məşqçisi: "Sabah"la oyun da çətin olacaq"

    18.10.2026 19:45:56

    "Toparlanmalıyıq..." - Gəncə klubunun məşqçisi

    18.10.2026 19:11:07

    "İmişli"yə gəlməzdən öncə Starkovla məsləhətləşmişdim" – Ervin Perkon

    18.10.2026 18:28:11

    "Kəpəz" - "Zirə" - HEYƏTLƏR

    18.10.2026 18:03:32

    "İmişli" layiqli qələbə qazandı" – Qurban Berdiyev

    18.10.2026 17:47:41

    "İmişli" "Turan Tovuz"u əliboş göndərdi - VİDEO

    18.10.2026 17:06:12

    Naxçıvan klubu avrokubokda çıxış edən komandanı məğlub etdi

    18.10.2026 17:05:13
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved