Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Cüdo
    "Oyananda lövhəyə olimpiya çempionu olacağımı yazdım" – Elnur Məmmədli
    13.02.2025 17:50:42

    "O gün qalib olmasaydım, özümü heç vaxt bağışlamazdım".

    Prosport.Az xəbər verir ki, bu sözləri Elnur Məmmədli Pekin-2008 Olimpiadasındakı qələbəsini xatırlayarkən deyib.

    Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti olimpiya medalının onu dəyişdiyini bildirib: "Yaxşılığa doğru dəyişdim. Küçədə, hər yerdə hamı məni tanıyır, yanlarından keçəndə baş barmaqlarını yuxarı qaldırırdılar. Həmin uğurdan sonra daha çox uşaq cüdo ilə məşğul olmağa başladı və bu idman növü daha da populyarlaşdı. Bu medal sayəsində həyatımı təmin edə bilmişəm. Həyat daha hamar və daha rahat olub, amma bunun üçün çox çalışmışam. Olimpiya Oyunlarından sonra ölkə prezidentinin təşkil etdiyi şəxsi təyyarə ilə Bakıya qayıtmışdım. Bunlar inanılmaz xatirələrdir”.

    O, qızıl medal qazanacağını yuxusunda gördüyünü deyir: “7 yaşımda məşqlərə başlayanda bəzi insanlar böyük uğur qazanacağıma bəlkə də şübhə edirdi. Amma özümün heç vaxt şübhəm olmayıb. Unudulmaz gün – 2008-ci il avqustun 11-i ərəfəsində qələbə qazanacağımı yuxumda görmüşdüm. Prezidentin mənə medal təqdim etdiyini və təbrik etdiyini görmüşdüm. Səhər oyananda təbaşir götürüb otağımdakı yazı lövhəsinə olimpiya çempionu olacağımı yazdım. Digər idmançılarla, müxtəlif idman növlərindən olan dostlarımla danışdım və onlara çempion olacağımı dedim. Hamı bu sözləri eşidəndə şoka düşdü. Dedim və etdim”.

    Məmmədli anasının sayəsində çempion olduğunu etiraf edir: “Anamın sayəsində olimpiya qızılını qazandım. O həmişə məni ruhlandırırdı. 1992-ci ildə Nazim Hüseynov Azərbaycandan ilk olimpiya çempionu oldu, amma onda o, MDB-ni təmsil edirdi. Anam dedi ki, müstəqil Azərbaycandan ilk çempion mən olacağam. Azərbaycan müstəqil ölkə kimi çıxış edəndən 2004-cü ilə kimi cüdoda olimpiya medalı yox idi. Ona görə də 2008-ci il avqustun 11-də qalib gələndə müstəqil ölkəmiz üçün 1-ci çempion mən olmuşam. Bu, xüsusi bir hadisə idi".

    Olimpiya çempionu uduzmağı ağlından belə keçirmədiyini bildirir: "Anam əsas amil idi, amma mən də uşaqlıqdan həmişə çempion olmaq istəmişəm. Cüdo getdikcə populyarlaşırdı. Bu idman növündən xoşum gəlirdi. Təkcə Olimpiya Oyunlarında deyil, kiçik və ya böyük olsun, istənilən yarışda həmişə 1-ci olmaq istəyirdim.
    Bacarığıma tam inanırdım. Olimpiadada iştirak həyatımda böyük şans idi və onu əldən qaçırmayacağımı dəqiq bilirdim. Dünyada 1 nömrə idim və 1 il əvvəl Rioda dünya çempionatında gümüş medal qazanmışdım. O vaxt Dünya Kuboku adlanan yarışlarda qalib olmuşdum. Qəti heç bir şübhəm yox idi: konsentrasiyam mükəmməl idi".

    Elnur Məmmədli cüdo ailəsinin bir parçası olmaqdan qürur duyduğunu dilə gətirib: "Həmin gün qalib olmasaydım, özümü heç vaxt bağışlamazdım. Hər bir əsgər general olmaq arzusundadır. Hər bir cüdoçu olimpiya çempionu olmaq istəyir. Hansı il qalib olmağın heç bir əhəmiyyəti yoxdur. Olimpiya çempionu oldunsa, ömürlük çempion olaraq qalırsan. Cüdo bu gün ən populyar idman növlərindən biridir. Dünyanın 200-dən çox ölkəsində bu idman növü ilə məşğul olurlar. Bu da cüdonu populyarlaşdıran və onu bütün dünyada belə peşəkar zirvələrə çatdıran IJF prezidenti Marius Vizer və onun komandası sayəsindədir. Bunun bir parçası olmaqdan qürur duyuram”.

    Cüdo

    Cüdoçularımız Asiya Açıq Turnirinə 8 medalla başladılar

    17.10.2026 20:40:29
    Digər idman növləri

    Prezident 4 idmançını təltif etdi - ADLAR

    16.10.2026 14:41:34
    Cüdo

    Cüdo millimizin Asiya Açıq Turniri üçün heyəti bilindi

    15.10.2026 16:45:28
    Cüdo

    ABŞ səfirliyi cüdo millimizi təbrik etdi

    13.10.2026 18:48:47
    Cüdo

    Marius Vizerdən Azərbaycana dünya çempionatı təşəkkürü

    13.10.2026 17:51:33
    Cüdo

    Cüdo üzrə Bakı mundialı daha bir tarixi nəticə ilə yadda qalıb

    13.10.2026 16:09:39
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Qalatasaray"ın keçmiş prezidenti Bakıya gəlir

    18.10.2026 23:17:21

    "Oyunçular hətta onlardan nə tələb etdiyimi tam anlamır" – "Sumqayıt"ın baş məşqçisi

    18.10.2026 23:03:25

    Karateçilərimiz dünya çempionatını 5 medalla başa vurdular

    18.10.2026 22:59:47

    "Müdafiədə etibarlı oynadıq" - Konstantinos Vasiliadis

    18.10.2026 22:42:10

    "O, dünyada ən ucuz və ən keyfiyyətli legionerdir" – Azər Məmmədov

    18.10.2026 21:38:45

    "Məğlub olsaydıq belə, buradan mənfi enerji ilə ayrılmayacaqdım" – Rəşad Sadıqov

    18.10.2026 21:35:23

    Gəncədə "qonşu"ların dueli sülhlə bitdi - VİDEO

    18.10.2026 20:31:10

    "Neftçi"dən rahat qələbə

    18.10.2026 20:20:39

    Naxçıvan klubunun baş məşqçisi: "Sabah"la oyun da çətin olacaq"

    18.10.2026 19:45:56

    "Toparlanmalıyıq..." - Gəncə klubunun məşqçisi

    18.10.2026 19:11:07

    "İmişli"yə gəlməzdən öncə Starkovla məsləhətləşmişdim" – Ervin Perkon

    18.10.2026 18:28:11

    "Kəpəz" - "Zirə" - HEYƏTLƏR

    18.10.2026 18:03:32

    "İmişli" layiqli qələbə qazandı" – Qurban Berdiyev

    18.10.2026 17:47:41

    "İmişli" "Turan Tovuz"u əliboş göndərdi - VİDEO

    18.10.2026 17:06:12

    Naxçıvan klubu avrokubokda çıxış edən komandanı məğlub etdi

    18.10.2026 17:05:13
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved