Portuqaliyanın Odivelaş şəhərində keçirilən yeniyetmələr arasında Avropa çempionatında komanda yarışları start götürüb.
Prosport.Az xəbər verir ki, qitə çempionatında 16 ölkə medallar uğrunda mübarizə aparır. Azərbaycan komanda yarışlarında 10 idmançı ilə təmsil olunur.
Oğlanlarda 60 kq çəkidə Məhəmməd Musayev və Xanəhməd Şərifov, 81 kq çəkidə Aslan Kotsoyev və Əli Qazıməmmədov, +81 kq çəkidə Ramazan Əhmədov və Eldar Əliyev, qızlarda isə 48 kq çəkidə Vüsalə Hacıyeva və Aytac Yolçuzadə, 63 kq çəkidə Fidan Qasımova, +63 kq çəkidə Kamilla Toholiyeva güclərini sınayacaq.
D səbətində yarışan millimizin rəqibi Niderland olacaq. Komandamız qalib gələcəyi halda Polşa – Almaniya cütünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, cüdo millilərimiz fərdi yarışlarda 9 medal qazanıb. Bunların 6-sı bürünc, 3-ü bürünc medal olub.

