Azərbaycan cüdoçusu Uşanqi Kokauri Monqolustanın paytaxtı Ulan-Batorda təşkil olunan "Böyük Dəbilqə"də yarımfinal görüşünü keçirib.
Prosport.Az-ın məlumatına görə, 100 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan idmançı neytral statusda çıxış edən rusiyalı cüdoçu İnal Tasoyevlə üz-üzə gəlib.
Rəqibinə məğlub olan Kokauri bürünc medal uğrunda monqolustanlı Tsetsentsenqel Odxuuya rəqib olub.
100 kq-dakı Zelim Kotsoyev 3-cülük qarşılaşmasında erməni əsilli rusiyalı Arman Adamyanla qarşılaşacaq.
Bu gün tatamiyə çıxan Murad Fətiyev, Elcan Hacıyev (hər ikisi 90 kq), Camal Həmzətxanov (+100 kq) əvvəlki mərhələlərdə uduzaraq medal şanslarını itirib.
Qeyd edək ki, daha əvvəl Yaşar Nəcəfov (66 kq) bürünc medala sahib çıxıb.

