Belçikalı cüdo ulduzu Bakıda keçiriləcək "Böyük Dəbilqə" turnirinin iştirakçıları siyahısından çıxıb.
Prosport.Az xəbər verir ki, söhbət 2021-ci il dünya çempionu, Olimpiya oyunlarının bürünc mükafatçısı Matias Kasdan (81 kq) gedir.
O, ilkin heyətdə yer alıb və reytinqə görə yarışın ən güclü idmançıları siyahısına başçılıq edib.
Əvvəlcə heyətə daxil edilən 7 belçikalı cüdoçunun əvəzinə Bakıya onlardan 4-ü gələcək. Həmin idmançılar arasında dünya çempionatlarının ikiqat mükafatçısı Toma Nikiforov (+100 kq) da var.
Qeyd edək ki, yarış fevralın 14-16-da Milli Gimnastika Arenasında keçiriləcək.

