Dünyanın daha bir neçə tanınmış cüdoçusu Bakıdakı "Böyük Dəbilqə"də mübarizə aparacaq.
Prosport.Az xəbər verir ki, yarışda qadın idmançılardan isveçli Olimpiya, dünya mükafatçısı Tara Babulfat (48 kq), kosovolu Olimpiya çempionu, dünya mükafatçısı Distria Krasniqi (52 kq), niderlandlı dünya çempionu Con Van Lisxaut (63 kq) tatami üzərinə çıxacaqlar.
Kişilərdən dünya, Olimpiya mükafatçısı tacikistanlı Somon Maxmadbekov (81 kq) və rusiyalı Tamerlan Başayev (+100 kq) də medal qazanmağa çalışacaqlar.
Qeyd edək ki, "Böyük Dəbilqə" fevralın 14-16-sı aralığında keçiriləcək. Daha əvvəl Yaponiyanın Olimpiya və dünya çempionu olmuş cüdoçularının turnirdə iştirak edəcəyi açıqlanıb.

