Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Voleybol
    "Çalışıram ki, voleybolçuları döyüşçü kimi motivasiya edim" – "Azərreyl"in taekvondoçu prezidenti
    4.02.2025 16:44:06

    "Azərreyl" voleybol klubunun prezidenti, taekvondo üzrə dünya və ikiqat Avropa mükafatçısı, Bakıda keçirilmiş İslam Həmrəylik Oyunlarının qalibi Ramin Əzizovun Prosport.Az saytına müsahibəsi

    – "Azərreyl"in həm kişi, həm də qadın komandası ötən ay Şahdağda keçirilən qar voleybolu üzrə ilk Azərbaycan çempionatının qalibi oldu. Hər iki komandanız finalda "Murov Az Terminal"a 2:0 qalib gəldi. Yeni çempionat haqda nə deyə bilərsiniz?  
    – Qar voleybolu üzrə Azərbaycan çempionatı ilk dəfə keçirilsə də, buna maraq var. Düzdür, burada çimərlik voleybolunda oynayanlar da iştirak edir. Soyuq hava olsa da, adrenalin var və voleybolun xoşagələn növüdür. Maraqlı olduğu üçün gələn dəfə daha da yüksək səviyyədə keçiriləcək. Çempionat da maraqlı keçdi və finalda bərabər səviyyəli 2 komanda qarşılaşdı. Təşkilatçılıq da super səviyyədə idi. Oyunçular da hər şeydən razı qaldı. Ümidvaram ki, voleybolun bu növü daha da nailiyyətlər əldə edəcək.

    – Oktyabrda çimərlik voleybolu üzrə "Azərreyl"in hər iki komandası Fransanın Monpelye şəhərində keçirilmiş Avropa Kubokunun qalibi oldu. Eyni uğuru qar voleybolunda da təkrarlamaq üçün beynəlxalq yarışda çıxış etməyi düşünürsünüz?
    – Çimərlik voleybolundakı nəticə bütün idman camiəsi üçün çox böyük tarixi hadisə oldu. Əlbəttə, niyyətimiz həmişə qızıl medal qazanmaqdır. Artıq Avropa Kubokunda bir rekorda imza atmışıq. İndi o rekordu yeniləmək istəyirik. Mümkün variantlardan istifadə edəcəyik ki, buradakı beynəlxalq yarışlarda da iştirak edək və öz sözümüzü qar voleybolunda da deyək.

    – Gənclər və İdman Nazirliyinin keçirdiyi səsverməyə əsasən "Azərreyl"in qadın komandası ilin ən yaxşı komandası seçildi. Kişilərdə isə "Qarabağ" futbol komandasından sonra 2-ci yeri tutdunuz. Bu haqda nə deyə bilərsiniz?
    – "Azərreyl"in o sırada olması bizi sevindirməyə bilməz. Azərbaycan voleybolu inkişaf edirsə, hər bir halda, biz sevinirik.

    – Taekvondo döyüş və fərdi idman növüdür. Sabiq taekvondoçu kimi döyüş ruhunuz rəhbərlik etdiyiniz klubda necə təşəkkül tapır? Və ya fərdi idman növündə olmuş şəxsin komanda idman növünə rəhbərlik etməsi hansı çətinliklər yaradır?
    – Mən rəhbər olsam da, oyunçu seçimi ilə məşqçilər və menecerlər məşğul olur. Taekvondo döyüş və fərdi növ olsa da, voleybolçuların hər biri ayrılıqda bir fərddir. Onların birində olan ruh düşgünlüyü digərlərinə də təsir edir. Mən də çalışıram ki, onları oyunçu kimi yox, döyüşçü kimi motivasiya edim. Onlar da artıq mənim psixologiyama bələddir. Voleybolçularla çox gözəl münasibətim var. Bir-birimizi başa düşürük.

    – Kluba keçmiş taekvondoçulardan kiminsə gəlməsi də gözlənilir?
    – Xeyr, hələ planda belə bir şey yoxdur. Futbolda elə klub rəhbərləri var ki, idmanla heç bir əlaqəsi yoxdur. Fikrimcə, burda daha düzgün idarəetmə lazımdır. Əsas məsələ baş məşqçi və skautlarımızın düzgün transfer siyasətidir. Mən də onlara dəstəyimi göstərirəm.

    – "Azərreyl"in qadın komandası ötən mövsüm çempion olsa da, bu mövsümkü avrokuboklara qatılmadı. Hazırda həm qadınlarda, həm də kişilərdə komanda 3-cü sıradadır. Yekunda komanda çempion olsa, bu il avrokuboklara qatılacaqsınız?
    – Ötən mövsüm qadın komandamızın tərkibi avrokuboklar üçün yığılmışdı və daha güclü idi. Bu il deməzdim ki, "Azərreyl" zəifdir. Ancaq kim çempion olsa, avrokuboklar üçün müraciət edə bilər. Əlbəttə ki, çempion olsaq, biz də orada çıxış etmək istəyəcəyik.    

    Voleybol

    "Turan" Çempionlar Liqasında mübarizəyə başlayır

    20.10.2026 10:24:06
    Basketbol

    "Rəqib bizim səhvlərimizdən 18 xal qazandı" - Tahir Baxşıyev

    19.10.2026 22:15:29
    Top oyunları

    "2-ci hissədə yaxşı oynamadıq" - "Sabah"ın baş məşqçisi

    19.10.2026 21:40:31
    Basketbol

    "Sabah" bu dəfə də qalib gəldi

    19.10.2026 20:47:19
    Voleybol

    "Qadın voleybolu daha zərif və baxımlı görünür” - "Turan"ın prezidenti

    19.10.2026 19:23:10
    Voleybol

    Tovuz Çempionlar Liqasına hazırdır

    19.10.2026 17:18:25
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Neftçi"nin sabiq prezidenti Macarıstana gedir

    20.10.2026 12:52:52

    Rəşad Nəbiyev dünya çempionatında iştirak edən cüdoçularla görüşdü

    20.10.2026 12:16:58

    "Sabah"ın gəncləri ilk xal axtarışında

    20.10.2026 11:16:27

    U-15 dünya çempionatının ilk iştirakçısı Bakıya gəldi - FOTOLAR

    20.10.2026 10:56:39

    "Turan" Çempionlar Liqasında mübarizəyə başlayır

    20.10.2026 10:24:06

    Çempionlar Liqası: "Sabah" Almaniya nəhənginə qarşı

    20.10.2026 10:00:00

    Millimizin üzvü Azərbaycana qayıtmaq istəyir

    19.10.2026 23:54:18

    Toral Bayramov oynadı, "Bursaspor" liderlə xaı fərqini azaltdı

    19.10.2026 23:17:23

    Azərbaycanın 2 taekvondçusu Qətərdə döyüşəcək

    19.10.2026 22:41:13

    "Rəqib bizim səhvlərimizdən 18 xal qazandı" - Tahir Baxşıyev

    19.10.2026 22:15:29

    "2-ci hissədə yaxşı oynamadıq" - "Sabah"ın baş məşqçisi

    19.10.2026 21:40:31

    Azərbaycanı Avropa çempionatında 17 cüdoçu təmsil edəcək - ADLAR

    19.10.2026 21:12:30

    Gəncədə qaliblər müəyyənləşdi

    19.10.2026 20:51:33

    "Sabah" bu dəfə də qalib gəldi

    19.10.2026 20:47:19

    Akim Zedadka: "Oyundan zövq almaq istəyirik"

    19.10.2026 20:38:42
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved