Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Bəzi tərbiyəsizliklər, söyüşlər məni hörmətdən saldı" – Elnur Allahverdiyev
    4.02.2025 11:46:13

    Azərbaycan milli komandası, “Qarabağ”, “Neftçi”, “Xəzər Lənkəran”, “Qarabağ” kimi klubların şərəfini qorumuş Elnur Allahverdiyev "Sportinfo"ya müsahibə verib.

    Prosport.Az həmin müsahibəni təqdim edir.

    – Nə işlə məşğulsunuz?
    – Bu günümüzə şükür! İşləmirəm, hələ ki, evdəyəm. Allah nəsib etsə, məşqçiliyə başlamaq istəyirəm. Görək də.

    – İşsiz necə yaşayırsınız? Nə yeyib-içirsiniz?
    – Dolanıram da. Şükür bu günümüzə.

    – Yəqin futbolçu dönəmində qazandıqlarınla yaşayırsınız...
    – Onlar qurtarıb artıq. 12 ildir futboldan kənardayam.

    – Bir neçə il əvvəl məşqçiliyə başlamaq istədiyinizi demişdiniz. Nə oldu?
    – Gedib maraqlandım, dedilər, B kateqoriyasına sahib olmaq üçün hansısa klubda olmalıyam, məşq keçməliyəm. İşsiz olduğuma görə qaldım çarəsiz vəziyyətdə. Ondan sonra elə də qaldı.

    – Soruşan, maraqlanan yoxdur?
    – Bir müddət öncə bir klub rəsmisi çağırmışdı. Oturub danışdıq. Novruz bayramından sonra dəvət etməlidirlər. Millinin keçmiş oyunçusu kimi C kateqoriyasını verirlər. B-ni almaq üçün oxumalıyam, klubda olmalıyam.

    – Mahir Şükürov açıqlamasında uşaq futbolunda işləmək istəmədiyini söyləyib, əsas komandada çalışmalı olduğunu demişdi. Siz də eyni fikirdəsiniz?
    – Yox-yox, heç vaxt elə şey ola bilməz. Özüm futbola necə gəlmişəm? Uşaq futbolundan. Həvəskarlar Liqasında “Qum adası”nda oynamışam, ordan Birinci Divizion təmsilçisi “Ədliyyə”yə keçmişəm, sonra “Şəfa”ya, oradan MOİK-ə, “Turan”a, “Neftçi”yə. Futbolçu olanda sıfırdan necə başlamışamsa, məşqçiliyə də o cür start verməliyəm. Uşaq futbolunu görməyən adam əsas komandada necə işləyə bilər?

    – Tamamilə düz deyirsiniz...
    – İndi durub deyim ki, əsas komandada işləmək istəyirəm. Bu dəqiqə məndə o savad var? Nə olsun ki, futbol oynamışam. Futbolçu olmaq başqadır, məşqçilik başqa. Məşqçi kimi sıfıram, birdən-birə gedib əsas komandada işləyim? Bunu özüm də qəbul etmərəm axı. Bu dəqiqə istəyim uşaq futbolundan başlamaqdır. 9-10, lap 12 yaşlı uşaqlarla çalışım, orada təcrübə yığa-yığa B kateqoriya kurslarına yazılım, imtahan verim. İndiyə qədər kim çağırıb ki, Elnur, işləmək istəyirsən? Ümumiyyətlə, nə edirsən, nə işlə məşğulsan? Heç kim!

    – Sizcə, niyə?
    – Bilmirəm axı. “Qarabağ”, “Neftçi”, “Xəzər Lənkəran”, “Qəbələ” kimi aparıcı komandalarda oynamışam. Kimə pislik etmişəm? Nə etmişəmsə, özüm özümə etmişəm, insanlara ziyan vurmamışam. “Qırmızı” almışam, dalaşmışam – hamısını öz ziyanıma etmişəm də. Heç kim deyə bilməz ki, Elnuru çağırdıq uşaq futboluna, gəlmədi, qudurğanlıq etdi. Belə şey olmayıb.

    – Futbolu bitirəndən sonra yoxa çıxdın, heç kimə qaynayıb-qarışmadınız. Belədə, kim sizi dəvət edəcəkdi?
    – Niyə itdim? Çünki bir müddət futboldan incik düşdüm, bəzi şeyləri qəbul edə bilmədim. Lap itmişdimsə belə, adamı axtarmaq olmazdı? Bəlkə ölmüşəm, bəlkə həbsdəyəm, bəlkə pis yoldayam. Maraqlanmaq olardı da. Mən futbol adamıyam. Əlimdən başqa iş gəlmir. Kiminsə haqqına girib harada işləyə bilərəm? Gedib jurnalist işləyim? Bacarmıram axı. Gözümü açıb futbol görmüşəm, ömrümün yarısından çoxunu futbolu həsr etmişəm.

    – Bu gün sizin üçün önəmli olan maddiyat yox, məşqçilik sənətinə sahib olmaqdır. Düzdür?
    – Əlbəttə. 10 ildir ki, futbolla qurtarmışam, bu günə qədər gedib kiməsə ağız açmışam ki? Allah o günü mənə göstərməsin. Ruzini verən Allahdır, şükür ki, verir. Mən sevdiyim peşədə işləmək istəyirəm. Yaxşı məşqçi olandan sonra ruzi özü səni tapır. Baxıram, maşallah, bir yerdə oynadığımız uşaqların demək olar hamısı işləyir. Allah yollarını açıq etsin. Kənarda qalan 1-2 nəfərdir, onları da axtaran yoxdur. Mahir Şükürov uşaq futbolunda işləmək istəmədiyini deyibsə, bu, ona aid məsələdir. Mən elə söz deməmişəm axı.

    – Bəlkə sözü üzə deməyiniz, baş-başa gəlməyiniz, davakar olmağınızdır sizə olan diqqətsizliyin səbəbi?
    – Vallah, məncə də buna görədir. Cavanlığımı göz önünə gətirməklə düşünmək düzgün deyil axı. Həyatda səhvsiz insan yoxdur. Vacib olan buraxdığın səhvləri nə vaxtsa başa düşməkdir. Bəzi səhvlərim, artıq hərəkətlərim var idi ki, onlara görə peşman olmuşam. Yenə deyirəm, nə etmişəmsə, özümə etmişəm. Çağırıb yoxlasınlar, görsələr ki, həminki adamam, heç nə dəyişməyib, desinlər, çıx get, səninlə alınmır. Hamıya şans verilir, mənə də şans vermələrini istəyirəm. Bilirəm ki, məndə alınacaq. Alınmasa, heç kimə quyruq olmaram, kiminsə qabağında quyruq bulamaram, çıxıb gedərəm.

    – Səbirsiz, davakar, məğlubiyyəti həzm edə bilməyən futbolçu Elnur Allahverdiyev bacarıqlı məşqçi ola bilər?
    – Özümdə o gücü hiss edirəm. Futbolçu vaxtı işimi necə vicdanla yerinə yetirmişəmdə, məşqçilikdə də işimi vicdanla görərəm. Futbolçu Elnurdan əsər-əlamət qalmayıb. Bu gün 42 yaşım var, üstündən görün nə qədər keçib. Elə səhvlər var ki, mən onları bir də etmərəm. Ona doğru getsəm də, etmərəm. Cavan idim, subay idim, yaxşı qazanırdım deyə, çaşdım, müəyyən səhvlərə yol verdim. Cavanlıq etmək istədik, bir az artıq oldu. Bu da oyunuma, xarakterimə təsir etdi. Bəzi tərbiyəsizliklər, bəzi söyüşlər – bunlar lazım deyildi. Bu hərəkətlərim oyunuma birbaşa təsir etdi, məni hörmətdən saldı. Oyunum qıraqda qalırdı, mənə davakar, söyüş söyən kimi baxırdılar.

    Müsahibə

    "Sabah"a vura bilməyimiz qolları "Fənərbağça"ya saxladıq" - Lukaş Provod

    14.10.2026 15:13:56
    Futbol

    "Məqsədimiz hər oyunda 3 xal qazanmaqdır" - Hayderson Hurtado

    12.10.2026 19:17:07
    Cüdo

    "Kindzerskayanın niyyəti ciddidirsə, özü ilə söhbət edərik" – Rəşad Rəsullu

    12.10.2026 17:44:31
    Müsahibə

    "Dünya Kubokunun Bakıda keçirilməsi yalnız bu il üçün nəzərdə tutulmuşdu" – Baş katib

    10.10.2026 10:46:15
    Cüdo

    "Ömər özü dünya çempionu olmaq istəyirdi" – Onun qohumu Fərhad Rəcəbli

    9.10.2026 15:42:46
    Cüdo

    "Düşünürdüm ki, atamı sevindirim" – İlk dəfə dünya 3-cüsü olan Murad Fətiyev

    8.10.2026 19:50:12
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Neftçi"nin sabiq prezidenti Macarıstana gedir

    20.10.2026 12:52:52

    Rəşad Nəbiyev dünya çempionatında iştirak edən cüdoçularla görüşdü

    20.10.2026 12:16:58

    "Sabah"ın gəncləri ilk xal axtarışında

    20.10.2026 11:16:27

    U-15 dünya çempionatının ilk iştirakçısı Bakıya gəldi - FOTOLAR

    20.10.2026 10:56:39

    "Turan" Çempionlar Liqasında mübarizəyə başlayır

    20.10.2026 10:24:06

    Çempionlar Liqası: "Sabah" Almaniya nəhənginə qarşı

    20.10.2026 10:00:00

    Millimizin üzvü Azərbaycana qayıtmaq istəyir

    19.10.2026 23:54:18

    Toral Bayramov oynadı, "Bursaspor" liderlə xaı fərqini azaltdı

    19.10.2026 23:17:23

    Azərbaycanın 2 taekvondçusu Qətərdə döyüşəcək

    19.10.2026 22:41:13

    "Rəqib bizim səhvlərimizdən 18 xal qazandı" - Tahir Baxşıyev

    19.10.2026 22:15:29

    "2-ci hissədə yaxşı oynamadıq" - "Sabah"ın baş məşqçisi

    19.10.2026 21:40:31

    Azərbaycanı Avropa çempionatında 17 cüdoçu təmsil edəcək - ADLAR

    19.10.2026 21:12:30

    Gəncədə qaliblər müəyyənləşdi

    19.10.2026 20:51:33

    "Sabah" bu dəfə də qalib gəldi

    19.10.2026 20:47:19

    Akim Zedadka: "Oyundan zövq almaq istəyirik"

    19.10.2026 20:38:42
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved