Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Müsahibə
    Növbəti Paris fatehinin məşqçisi: "Onda döyüşçü ruhu var"
    3.02.2025 09:36:46

    Fransanın paytaxtı Parisdə keçirilən "Böyük Dəbilqə" turnirində Azərbaycan 3 medal qazandı. Bunların içərisində xüsusən 66 kq çəki dərəcəsində Ruslan Paşayevin qızıl medal qazanması çoxları üçün gözlənilməz oldu. 24 yaşlı idmançı Hidayət Heydərov və Zelim Kotsoyev kimi Parisdə himnimizi səsləndirməyi bacardı və Fransanın paytaxtında fateh kimi bayrağımızı dalğalandırdı.

    Prosport.Az onun "Neftçi" İK-da məşqçi-müəllimi işləyən İlham Məmmədovdan müsahibə alıb.

    – Ruslan "Böyük Dəbilqə"də heç vaxt çempion ola bilməmişdi. Bu çempionluğu gözləyirdiniz, yoxsa sizin üçün də sürpriz oldu?
    – Tam sürpriz deməzdim. Amma Parisdəki yarış ən güclü "Böyük Dəbilqə" turniri sayılır. Olimpiya 1 nömrələri burada iştirak edir. Bununla belə, 70% ondan qızıl medal gözləyirdim. Çünki o bundan öncəki "Böyük Dəbilqə" turnirlərində Avropa çempionları, dünya mükafatçılarını məğlub etmişdi. Mayda Qazaxıstandakı "Böyük Dəbilqə"nin 1/8 finalında dünya və Asiya mükafatçısı, yerli ölkənin 1 nömrəsi Qusman Qırğızbayevi yendi. Bu həmin Qusmandır ki, sonradan Olimpiadada bürünc medal qazandı. İspaniyalı Avropa çempionu David Qarsyanı məğlub etməsi, olimpiya və dünya mükafatçısı, Avropa çempionu Vaja Marqvelaşvili ilə başabaş güləşməsi bu uğurun gələcəyindən xəbər verirdi. Hətta Ruslan Olimpiya Oyunlarının bir addımlığında idi.

    – Bəs noyabrda keçirilmiş Azərbaycan çempionatında bürünc medalla kifayətlənməsi nə ilə bağlıdır?
    – Həmin yarış öncəsi soyuqlamışdı, qrip olmuşdu. Qızdırması vardı. Təbii ki, məqsəd Azərbaycan çempionu olmaq idi. Ancaq xəstəliyi səbəbindən istədiyi kimi güləşə bilmədi və yarımfinalda Elşən Əsədova uduzdu.

    – Yarımfinalda Valid Kyarı, finalda isə Daykii Bubanı məğlub etdi. Hər ikisi fransalı cüdoçu idi. Parisdə bunu etmək asan bir şey deyil...
    – Əlbəttə ki. Doğma divarlar arasında onları məğlub etmək asan deyil. Kyar olimpiya və Avropa çempionu, dünya mükafatçısıdır, təcrübəli idmançıdır. Buba da zəif idmançı deyil. Dünya çempionatında və ya hansısa "Böyük Dəbilqə"də bir dəfə Yaşar Nəcəfovu məğlub edib.

    – Bu ay Bakıda keçiriləcək "Böyük Dəbilqə"də də Ruslan yarışacaq. Paytaxtımızda artıq son dünya çempionatının Yaponiyadan olan finalçıları – Ryoma Tanaka və Takeşi Takeoka da çıxış edəcək. Bakıdakı yarışda Ruslandan hansı nəticəni gözləmək olar?
    – Ruslana inanıram. Çünki getdikcə artırır, formadadır. Özgüvəni yaranıb. Gördüyünüz kimi, Parisdə rahat güləşirdi. O mənim çempionumdur. İnanıram ki, Bakıda da yaxşı nəticə verəcək.

    – Onun uğurunun sirri nədədir?
    – O, döyüşkəndir. Son anadək vuruşur, mübarizədən qopmur. Vaza-ari ilə öndə olsa belə, yenə hücum edəcək. Kim ki, Ruslandan xal alıbsa, o sonadək rəqibindən əl çəkmir. Onda döyüşçü ruhu var. Rəqiblərindən qorxmur.

    – Ruslanda hansı fənd daha uğurlu alınır?
    – Onda "ura naqe" və "kosoto qari" daha yaxşı alınır. Ruslan "kosoto qari"ni qeyri-adi edir. Hətta onun bu fəndi qeyri-adi etməsi "YouTube"da yaponlar tərəfindən də analiz olunmuşdu. O bunu özünəməxsus tərzdə edir. "Deaşi baray"ı da pis bacarmır.

    – Millinin baş məşqçisi Riçard Trautmann bildirmişdi ki, Paris, Bakı və Daşkənddəki "Böyük Dəbilqə"lərdə eksperimental heyət yarışacaq. Builki Monteneqrodakı Avropa və Macarıstandakı dünya çempionatında Ruslanın heyətə düşmə şansı nə dərəcədədir?
    – Bəli, bu, mümkündür. Baş məşqçi və böyük məşqçilərin də Ruslana etimadı böyükdür. O, 4 yarışa yazılıb. İlk yarışında çempion olması ona stimul verəcək. Artıq 1000 xalı var. Digər 3 yarışda da mükafatçı və ya 5-ci olsa, Avropa çempionatında iştirak edə bilər. Hətta həmin yarışa 1 nömrə kimi də aparılması mümkündür.

    Səbuhi Musa

    Cüdo

    Cüdoçularımız Asiya Açıq Turnirinə 8 medalla başladılar

    17.10.2026 20:40:29
    Digər idman növləri

    Prezident 4 idmançını təltif etdi - ADLAR

    16.10.2026 14:41:34
    Cüdo

    Cüdo millimizin Asiya Açıq Turniri üçün heyəti bilindi

    15.10.2026 16:45:28
    Cüdo

    ABŞ səfirliyi cüdo millimizi təbrik etdi

    13.10.2026 18:48:47
    Cüdo

    Marius Vizerdən Azərbaycana dünya çempionatı təşəkkürü

    13.10.2026 17:51:33
    Cüdo

    Cüdo üzrə Bakı mundialı daha bir tarixi nəticə ilə yadda qalıb

    13.10.2026 16:09:39
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Qalatasaray"ın keçmiş prezidenti Bakıya gəlir

    18.10.2026 23:17:21

    "Oyunçular hətta onlardan nə tələb etdiyimi tam anlamır" – "Sumqayıt"ın baş məşqçisi

    18.10.2026 23:03:25

    Karateçilərimiz dünya çempionatını 5 medalla başa vurdular

    18.10.2026 22:59:47

    "Müdafiədə etibarlı oynadıq" - Konstantinos Vasiliadis

    18.10.2026 22:42:10

    "O, dünyada ən ucuz və ən keyfiyyətli legionerdir" – Azər Məmmədov

    18.10.2026 21:38:45

    "Məğlub olsaydıq belə, buradan mənfi enerji ilə ayrılmayacaqdım" – Rəşad Sadıqov

    18.10.2026 21:35:23

    Gəncədə "qonşu"ların dueli sülhlə bitdi - VİDEO

    18.10.2026 20:31:10

    "Neftçi"dən rahat qələbə

    18.10.2026 20:20:39

    Naxçıvan klubunun baş məşqçisi: "Sabah"la oyun da çətin olacaq"

    18.10.2026 19:45:56

    "Toparlanmalıyıq..." - Gəncə klubunun məşqçisi

    18.10.2026 19:11:07

    "İmişli"yə gəlməzdən öncə Starkovla məsləhətləşmişdim" – Ervin Perkon

    18.10.2026 18:28:11

    "Kəpəz" - "Zirə" - HEYƏTLƏR

    18.10.2026 18:03:32

    "İmişli" layiqli qələbə qazandı" – Qurban Berdiyev

    18.10.2026 17:47:41

    "İmişli" "Turan Tovuz"u əliboş göndərdi - VİDEO

    18.10.2026 17:06:12

    Naxçıvan klubu avrokubokda çıxış edən komandanı məğlub etdi

    18.10.2026 17:05:13
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved