Stolüstü tennisçilər Qətərin paytaxtı Dohada daha bir mükafat qazanıb.
Prosport.Az xəbər verir ki, stolüstü tennisçilərin “WTT Youth Star Contender Doha 2025” yarışı davam edir.
Turnirin növbəti günündə seçmə komandamızın üzvləri – Mərziyyə Nurmətova ilə Aylin Əsgərova qoşa yarışların nəticəsinə görə fəxri kürsünün 3-cü pilləsində yer alıb.
Xatırladaq ki, 1 gün əvvəl təmsilçilərimiz – Onur Quluzadə ilə Yağmur Məmmədli qarışıq-qoşa mubarizəsində eyni nəticəyə imza atmışdı.
Qeyd edək ki, “WTT Youth Star Contender Doha 2025” turnirinə bu gün yekun vurulacaq.