Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Karate
    "Rəhbər olmaq maddi yükdən başqa bir şey deyil" – Ülvi Quliyevdən acı etiraf
    28.01.2025 19:05:22

    Azərbaycan Karate Federasiyasının (AKF) prezidenti, millət vəkili Ülvi Quliyev rəhbərlik etdiyi qurumun illik hesabatından əvvəl jurnalistlər üçün brifinq keçirib.

    Prosport.Az 58 yaşlı federasiya prezidentinin müsahibəsinin tam mətnini təqdim edir:

    – Son vaxtlar karateçilərimizdən – Rafael Ağayev, Fəridə Əliyeva narazılıq edir. Bu narazılıqlara federasiya prezidentinin münasibəti necədir?
    – Bu barədə federasiya adından mövqe bildirilmişdi. Ancaq qısa olaraq bir neçə məqama toxunmaq istəyirəm. Media nümayəndələrindən xahişim odur ki, başlıqlarla intriqa yaratmasınlar. Hər kəs bilməlidir ki, idmanın bütün növü dövlət diqqət və qayğısı ilə əhatə olunub. Bu dəstək olmadan idmanın inkişafı mümkünsüzdür. Bunun üçün dövlət idmançıları mənzil, avtomobillə təmin edib, onlara ordenlər verilib. Həmçinin, dünya və Avropa çempionatlarında yer tutan idmançılarımız federasiya tərəfindən çox böyük məbləğdə mükafatla təmin edilib. Rafael Ağayev tək Azərbaycanda yox, dünya idmanı tarixində xüsusi imzası olan karateçimizdir. Biz onu yüksək dəyərləndiririk. Çünki onun nəticəsi, demək olar ki, dünyada nadirdir. Fəxrimizdir. Baxmayaraq ki, hazırda karate ilə məşğul olmur, biz onu keçmişdə olduğu kimi, gələcəkdə də dəyərləndirəcəyik.

    Bir məqamı da qeyd edim. AKF və digər federasiyalar ictimai birlikdir. Hər ictimai birliyin büdcəsi dövlətin idman siyasətini həyata keçirən Gənclər və İdman Nazirliyinin maddi dəstəyindən və sponsordan formalaşır. Əvvəllər olsa da, hazırda AKF-in sponsoru yoxdur. Çalışırıq ki, bütün karateçilərə maddi və mənəvi dəstək verək. Karate bir ailədir. Bu dəstək olmayanda ailədən küsmək olmaz. Federasiyanın imkanları limitsiz deyil. Bəlli büdcəmiz var. Ona görə də bu məsələlər anlayışla qəbul olunmalıdır.

    – İdarə Heyətində hansısa dəyişikliklər ola bilər?
    – AKF-in hazırda rəhbəri mənəm. Sabah başqa biri ola bilər. Burada rəhbər olmaq maddi və mənəvi yükdən başqa bir şey deyil. Kim bu yükü çəkmək istəyirsə, hər zaman bu postu təhvil verməyə hazırıq. Bəzən federasiya prezidenti olmağı rahatçılıq bilirlər. Ancaq federasiya rəhbəri olmaq məsuliyyət və yükdən başqa bir şey deyil. Əvvəllər 18-ə yaxın karate federasiyası mövcud olub. İndi nazirlik tərəfindən tanınan 1 federasiya var, o da AKF-dir. "Bədən tərbiyəsi və idman haqqında" Qanunun 10.2-ci maddəsində deyilir ki, Azərbaycan Respublikasının ərazisində 1 idman növü üzrə yalnız 1 ictimai birlik respublika idman federasiyası qismində akkreditasiya oluna bilər. 10.3-cü maddəyə əsasən, Respublika idman federasiyası statusunun verilməsi üçün onların dövlət akkreditasiyası qaydası müvafiq icra hakimiyyəti orqanı, yəni Gənclər və İdman Nazirliyi tərəfindən müəyyən olunur. Ədliyyə Nazirliyində federasiyalar qeydiyyatdan keçə bilər, ancaq Gənclər və İdman Nazirliyinin Kollegiyası tərəfindən akkreditasiyası təsdiq olunmamış qurum federasiya kimi tanınmır. 36.2-ci maddədə isə "Müvafiq icra hakimiyyəti orqanı tərəfindən tanınmamış və idman növlərinin dövlət reyestrinə daxil edilməmiş idman növlərinin Azərbaycan Respublikası ərazisində təbliği və yayılması qadağandır" deyilir. Əvvəllər federasiya olmuş 18-ə yaxın ictimai birlik hazırda AKF nəzdində fəaliyyət göstərir. Ona görə də maddi və mənəvi baxımdan çətinliklərin çox olduğunu nəzərə almaq lazımdır. Ola bilər ki, işimiz vaxtı nöqsanlarımız da olub. Kənarda olan karateyə aid digər ictimai birlikləri də dəvət edirik ki, birgə fəaliyyət göstərək. Biz kimliyindən, nəticələrindən, statusundan asılı olmayaraq, onlarla əməkdaşlıq etməyə hazırıq.

    – May ayında Ermənistanın paytaxtı İrəvanda idman karatesi (WKF) üzrə Avropa çempionatı keçiriləcək. Hansı ki əvvəl Bakıda keçirilməli idi. İrina Zaretskaya ilə söhbətdən belə başa düşdük ki, hələ maddi duruma görə idmançıların hansı yarışlara gedəcəyi dəqiq deyil. Bu maliyyə problemləri necə həll olunacaq?
    – Ermənistanda olacaq Avropa çempionatı siyasi məsələdən asılıdır. Bunun üçün dövlət səviyyəsində qərar olmalıdır ki, biz orada təmsil olunaq. Bilirsiniz ki, sonuncü dəfə ağırlıqqaldırma üzrə Avropa çempionatında bayrağımıza qarşı hörmətsizlik edilmişdi. Ona görə də Ermənistanda iştirak edib-etməmək böyük sual altındadır. Amma ötən ilin sonunda 2025-ci il üçün yarış cədvəli nazirliyə təqdim olunub. Nazirliklə birgə məsləhət nəticəsində çalışacağıq ki, önəmli yarışlarda iştirak edək. Maddiyyatla bağlı şikayətlər hər zaman olub. İrina Zaretskaya da Azərbaycanı təmsil edir, hər zaman ona dəstək olmağa çalışmışıq. Ona dəstək də olacağıq.

    Taekvondo

    Azərbaycanı İsveçrədə onlar təmsil edəcəklər - ADLAR

    4.09.2026 18:43:14
    Taekvondo

    Azərbaycan idmançısı Cənubi Koreyada qızıl medal qazandı

    4.09.2026 13:26:12
    Taekvondo

    Azərbaycan idmançılarının reytinqi: Lider dəyişmədi

    1.09.2026 17:13:31
    MMA

    Fərman Həsənovun UFC-dəki növbəti rəqibi erməniəsilli idmançı olacaq

    1.09.2026 12:15:39
    Döyüş növləri

    Azərbaycan kikboksçusunda dopinq aşkarlandı

    1.09.2026 11:38:57
    Döyüş növləri

    Dənizkənarı ərazidə karate seminarı keçirilib – FOTOLAR

    29.08.2026 15:52:07
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Avropa çempionatı: Millimiz 2 məğlubiyyətlə pley-offda

    4.09.2026 23:45:24

    "Böyükhesablı məğlubiyyət ağırdır" - Azər Məmmədov

    4.09.2026 23:07:07

    "Azərbaycan futboluna yeni adlar qazandırmaq istəyirik" - Azər Bağırov

    4.09.2026 22:47:20

    "Kəpəz" evdə "Şamaxı"ya böyük hesabla uduzdu – VİDEO

    4.09.2026 22:06:57

    Millimiz Gürcüstanla 2 oyun keçirəcək

    4.09.2026 21:53:26

    "Qəbələ" bizdən daha istəkli idi" - Fərid Namazov

    4.09.2026 21:07:05

    "Hakimin qərarına söz deyə bilmərik, tər-təmiz penalti idi" - Amil Ağacanov

    4.09.2026 20:32:23

    Superliqa klubunda yeni baş məşqçi

    4.09.2026 20:27:52

    "Qəbələ" yeni mövsümdə ilk qələbəsini qazandı – VİDEO

    4.09.2026 19:54:46

    Azərbaycan I Liqasında ilk tura yekun vuruldu

    4.09.2026 19:27:35

    "Kəpəz" - "Şamaxı": HEYƏTLƏR

    4.09.2026 19:20:22

    Azərbaycanı İsveçrədə onlar təmsil edəcəklər - ADLAR

    4.09.2026 18:43:14

    "Sabah"ın Çempionlar Liqasındakı rəqibində ayrılıq

    4.09.2026 18:12:36

    Bakı Güləş Məktəbinə 47 şagird qəbul olundu

    4.09.2026 17:45:47

    Avropa çempionatı: 2-ci gündə medal olmadı

    4.09.2026 17:13:57
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved