Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Döyüş növləri
    "Deyirlər ki, Parisdə bilərəkdən ikinci yeri tutdum" - Olimpiya mükafatçımız
    27.01.2025 12:44:01

    “Dostlarım zarafatla deyirlər ki, mən Parisdə bilərəkdən ikinci yeri tutmuşam. Ona görə ki, növbəti Olimpiadada qızıl medal qazanım”.

     Prosport.Az xəbər verir ki, bunu Azərbaycan taekvondoçusu Həşim Məhəmmədov deyib.

    O, Rusiyanın TASS agentliyinə açıqlamasında zədələndiyi üçün finalda uduzduğu və gümüş medalla kifayətləndiyi Paris-2024 Yay Olimpiya Oyunlarını xatırlayıb: “Etiraf edim ki, Fransa paytaxtında birinci yeri tuta bilmədiyim üçün özümü bir az məyus hiss edirəm. Adətən gümüş medal qazanmaq bürünc almaqdan daha üzücü olur. Amma mənim vəziyyətimdə bu, üçqat xoşagəlməz idi. Çünki finaldakı rəqibim mənə çox tanış idi, mən bu koreyalının döyüş tərzini bilirəm və əvvəlki yarışlarda məğlub etmişəm. Finalda onunla qarşılaşmağı çox istəyirdim, əlverişli rəqib olduğunu düşünürdüm. Buna görə də dayanaq özümə inamla çıxdım, amma elə ilk dəqiqədə zədələndim”.

    58 kq çəki dərəcəsində mübarizə aparan Məhəmmədov Olimpiadanın finalında Cənubi Koreya təmsilçisi Park Tae-Cuna uduzduğu döyüşdəki zədəsinə aydınlıq gətirib: "Rəqibim təsadüfən dizi ilə məni fibulaya vurdu. Bundan sonra mübarizəni davam etdirə bilmədim. Sınıq şübhəsi də var idi. Amma sonradan həkimlər sümüklərin əzilməsi diaqnozunu qoydular. Zərbədən sonra çox istəyirdim ki, döyüşü davam edim. Amma həyatımda ilk dəfə ayağım “söndü”. Bunadək idman karyeramda heç vaxt belə durumla üzləşməmişdim”.

    İdmançımız gələcək karyerası ilə bağlı da fikirlərini bildirib: “Əlbəttə ki, idmançı karyeramı davam etdirmək niyyətindəyəm. Buna görə də məşq edirəm. İnanıram ki, olimpiya qızılı qazanılana qədər bu iş bitməyəcək. 25 yaşım var, hələ barıtım qalıb. Bunun üçün çalışacağıq. Parisdə qazandığım və deqradasiyaya uğramış gümüş medal Los-Anceles-2028-də qızıl almaq üçün əlavə stimul olacaq”.

    Həşim aşınan medala həssas yanaşdığını da vurğulayıb: “Ola bilər ki, karyera ərzində yalnız bir Olimpiya medalın olsun. Buna görə də şəxsən mən mükafata həssas yanaşıram. Medal təqdim olunan andan mümkün qədər onu maksimum qorumağa çalışdım, heç kimə vermədim, heç yerdə qoymadım. Lakin tezliklə gördüm ki, medalın qələbə ilahəsi Nikanın əks olunduğu tərəfində bir yerdə aşınma var. Həmişə belə şeylərə fikir verən insan olsam da, öncə ehtiyatsızlıqdan medalı qoruya bilmədiyimi düşündüm. Çünki hər kəs medala toxunmaq istəyirdi. Vəziyyətə əhəmiyyət verməyib, mükafatımı qorumağa davam etdim”.

    Məhəmmədov sonradan vəziyyətin dəyişdiyinə də toxunub: “Mən özüm Dağıstandanam və Azərbaycandakı təlim-məşq toplanışına hazırlaşanda medalı da özümlə götürmək qərarına gəldim. Çünki bəzi tədbirlərdə mükafatımla birlikdə iştirak etmək mənim üçün faydalı ola bilər. Medalı saxladığım qutudan çıxaranda onun mis çəhrayı rəng almağa başladığını gördüm. Buna çox üzüldüm və təəccübləndim. Axı medala çoxdan heç kim toxunmurdu. Mükafatla birlikdə olan qutuda fransız dilində yazılan və 2026-cı ilin iyuluna qədər nəzərdə tutulan zəmanət kağızı gördüm. Bundan sonra medalda nəyinsə məni qane etməyəcəyi halda dəyişmək imkanımın olduğunu başa düşdüyün üçün sevindim”.

    Onun sözlərinə görə, Bakıya gəldikdə Milli Olimpiya Komitəsindən əlaqə saxlayaraq medalın vəziyyəti ilə maraqlanıblar: "Cavab verdim ki, hələlik medalım az-çox normal görünür. Amma daha yaxşı olmasını istədiyimi qeyd etdim və ardınca mükafatın şəkillərini göndərdim. Tezliklə mənim medalım da dəyişdirilməli olan mükafatlar siyahısına salındı. Lakin vurğulayım ki, Olimpiya Oyunlarında mükafatçılar sırasına düşmək medalın özündən qat-qat vacibdir. Mükafat sadəcə gözlər üçün xoş bir aksesuardır. Parisdə əldə etdiyim ən qiymətli şeylər mənim daxilimdədir”.

    Qeyd edək ki, Azərbaycan Milli Olimpiya Komitəsi yanvarın 23-də medalların keyfiyyətinin pisləşməsi ilə bağlı Beynəlxalq Olimpiya Komitəsinə (IOC) rəsmi müraciət göndərib.

    Taekvondo

    Azərbaycanın 2 taekvondçusu Qətərdə döyüşəcək

    19.10.2026 22:41:13
    Döyüş növləri

    Yığmamız dünya çempionatını ilk "10-luq"da başa vurdu

    19.10.2026 16:53:58
    Döyüş növləri

    Karateçilərimiz dünya çempionatını 5 medalla başa vurdular

    18.10.2026 22:59:47
    MMA

    Azərbaycanlı MMA döyüşçüsü "A1 Combat"da ilk qələbəsini qazandı

    17.10.2026 11:43:33
    Döyüş növləri

    Dünya çempionatı: İki boksçumuz qələbə ilə başladı

    16.10.2026 22:45:48
    Döyüş növləri

    Azərbaycan U-15 Avropa çempionatına 21 boksçu ilə yollanır

    16.10.2026 20:16:59
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Turan" Çempionlar Liqasında mübarizəyə başlayır

    20.10.2026 10:24:06

    Çempionlar Liqası: "Sabah" Almaniya nəhənginə qarşı

    20.10.2026 10:00:00

    Millimizin üzvü Azərbaycana qayıtmaq istəyir

    19.10.2026 23:54:18

    Toral Bayramov oynadı, "Bursaspor" liderlə xaı fərqini azaltdı

    19.10.2026 23:17:23

    Azərbaycanın 2 taekvondçusu Qətərdə döyüşəcək

    19.10.2026 22:41:13

    "Rəqib bizim səhvlərimizdən 18 xal qazandı" - Tahir Baxşıyev

    19.10.2026 22:15:29

    "2-ci hissədə yaxşı oynamadıq" - "Sabah"ın baş məşqçisi

    19.10.2026 21:40:31

    Azərbaycanı Avropa çempionatında 17 cüdoçu təmsil edəcək - ADLAR

    19.10.2026 21:12:30

    Gəncədə qaliblər müəyyənləşdi

    19.10.2026 20:51:33

    "Sabah" bu dəfə də qalib gəldi

    19.10.2026 20:47:19

    Akim Zedadka: "Oyundan zövq almaq istəyirik"

    19.10.2026 20:38:42

    "Bu görüşü səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

    19.10.2026 20:25:16

    "Borusiya"nın müdafiəçisi: "Meydana qələbə üçün çıxacağıq"

    19.10.2026 20:19:40

    "Aşkar favorit sayılırıq" - Niko Kovaç

    19.10.2026 20:08:37

    Balıqçılarımız gümüş medal qazanıblar - FOTO

    19.10.2026 19:46:24
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved