Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Qarabağ"a qarşı xüsusi motivasiya ilə oynayırıq" - Ehtiram Quliyev
    27.01.2025 11:43:31

    “Turan Tovuz”un İdarə Heyətinin sədri Ehtiram Quliyev “Qarabağ”a 2:1 hesabı ilə qalib gəldikləri Premyer Liqa oyunundan sonra jurnalistlər üçün brifinq keçirib.

    Prosport.Az müsahibəni təqdim edir:

    - Dramatik sonluqla bitən matçda “Qarabağ” üzərində 2:1 hesablı qələbə qazandınız. Təəssüratlarınız necədir?

    - Ən vacibi, bizi sevindirən odur ki, gözəl oyun oldu. Qələbəyə hər zaman sevinirik. “Qarabağ” kimi komandadan alınan hər bir xal bizi xoşbəxt etməyə bilməz. Azarkeşlərimizə təşəkkür edirik. Göstərdilər ki, təkcə yaxşı deyil, həm də pis gününün dostlarıdırlar.

    - Bu mövsüm 3 oyunda “Qarabağ”dan 7 xal almısınız. “Turan Tovuz” Ağdam klubu ilə matçlara xüsusi hazırlaşır?

    - “Qarabağ” böyük komandadır. Çempionatımızdakı hər bir komanda “Qarabağ”a qarşı xüsusi motivasiya ilə oynayır. O cümlədən də biz. Xüsusi bir hazırlığımız yoxdur. Belə nəsib olur.

    - “Qarabağ” üzərində qələbələr klub rəhbəri kimi sizin özünüzün gələcəklə bağlı motivasiyanıza necə təsir edir?

    - Hər qələbədə olduğu kimi. Azərbaycan futbolunda “Qarabağ”ın rolu əvəzsizdir. Bu qələbələrimiz çempionatın maraqlı olmasına gətirib çıxarır, rəqabəti artırır. Məğlubiyyətlər isə “Qarabağ”ın özünə də faydalıdır. Rəqabət artdıqca keyfiyyət də artır.

    - “Turan Tovuz” “Kəpəz”ə uduzur, sonra “Qarabağ”a qalib gəlir. Çempionatın səviyyəsini necə dəyərləndirirsiniz?

    - Çempionatda autsayder yoxdur. Hər komanda ciddi rəqibdir. Bunu görürük. İldən-ilə çempionatımızda baxımlılıq artır. Bunun üçün təşkilatçılara, PFL-ə təşəkkür edirəm. Xüsusən də qeyd etməliyəm ki, hakimlər komitəsindəki dəyişiklik çempionatımıza müsbət təsir edib. Bizi gözəl günlər gözləyir.

    - Legioner limitinin ləğvi ilə bağlı fikirləriniz necədir? “Turan Tovuz” bu qərarın lehinədir, ya əleyhinə?

    - Konkret fikir bildirmək olmur. Çünki mən limitin ləğvini elə əsaslandıraram ki, hamı bunu dəstəkləyər. Yaxud da əksinə. Ləğv olunmamasını də eyni cür əsaslandıra bilərəm. Biz, sadəcə, müddətə etiraz edirik. Çünki uzunmüddətli konktraktlarımız var. Lakin qərar qəbul olunsa, ayaq uyduracağıq.

    - İlyarımdır AFFA “Turan Tovuz”un stadionunun ot örtüyünün dəyişdirilməsi üçün maliyyə vəsaiti ayırmır...

    - Bizim onların səmimiyyətlərinə qətiyyən şübhəmiz yoxdur. Həqiqətən də büdcədə bunun üçün vəsait yoxdur. Lakin müzakirə gedir. Biz bu məsələni ona görə gündəmdə saxlayırıq ki, sabah maliyyə olarsa, ilk bu problem həll olunsun. Çünki biz bu işə öz nöqteyi-nəzərimizdən deyil, futbolumuzun inkişafı baxımından yanaşırıq.

    - Növbəti mövsüm üçün ot örtüyünün dəyişdiriləcəyini dəqiqliklə söyləmək mümkündür?

    - Martdan tez düşünə bilmərik. Həmin vaxt klubun İdarə Heyətinin iclası olacaq və orada tarixlə bağlı qərar qəbul olunacaq.

    Futbol

    "Sabah" Finlandiya klubuna ilk oyunda qalib gəldi

    21.07.2026 21:58:40
    Futbol

    "Qarabağ"ın rəqibi Bakıda azarkeşsiz qalacaq

    21.07.2026 21:17:02
    Futbol

    "Oyundan əvvəl şanslar həmişə bərabər olur" "Dinamo"nun baş məşqçisi

    21.07.2026 20:41:10
    Futbol

    BATE yeni transferini İçərişəhərdə təqdim etdi

    21.07.2026 19:13:40
    Futbol

    "Sabah" - KuPS: HEYƏTLƏR

    21.07.2026 18:51:42
    Futbol

    Azərbaycanda bu stadionun ot örtüyü yenilənir

    21.07.2026 18:12:30
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Sabah" Finlandiya klubuna ilk oyunda qalib gəldi

    21.07.2026 21:58:40

    "Qarabağ"ın rəqibi Bakıda azarkeşsiz qalacaq

    21.07.2026 21:17:02

    "Oyundan əvvəl şanslar həmişə bərabər olur" "Dinamo"nun baş məşqçisi

    21.07.2026 20:41:10

    Ermənistan millisi Bakıya gəlir

    21.07.2026 20:22:08

    Jurnalistlər arasında ilk dəfə oxatma yarışı keçirilib - FOTOLAR

    21.07.2026 20:06:11

    "Neftçi" MPK ilə əməkdaşlığa başlayır - FOTOLAR

    21.07.2026 19:51:34

    BATE yeni transferini İçərişəhərdə təqdim etdi

    21.07.2026 19:13:40

    "Sabah" - KuPS: HEYƏTLƏR

    21.07.2026 18:51:42

    Azərbaycanda bu stadionun ot örtüyü yenilənir

    21.07.2026 18:12:30

    Azərbaycan yığmasının üzvü Tovuz klubuna keçdi

    21.07.2026 17:48:42

    Millimiz seçmə mərhələyə Çexiya səfərində start verəcək

    21.07.2026 17:12:02

    "Göztəpə"nin sabiq futbolçusu "Zirə"də

    21.07.2026 16:46:17

    "İmişli"yə əcnəbi məşqçi təyin olundu

    21.07.2026 16:23:36

    Azərbaycanlı futbolçu Xorvatiya nəhəngində baxışda olacaq - FOTO

    21.07.2026 16:00:09

    "100 faiz yeni transferlər olacaq" – Yuri Vernidub

    21.07.2026 15:42:43
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved