Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Digər idman növləri
    Federasiyanın yeni vitse-prezidentləri: Bankir oğlu, Aparat rəhbəri, partiya koordinatoru – ARAŞDIRMA
    24.01.2025 14:56:35

    Azərbaycan Üzgüçülük Federasiyasının vitse-prezidentlərinin kimliyi məlum olub.

    Məlum olduğu kimi, yanvarın 18-də Üzgüçülük Federasiyasının prezident seçkisində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev 2012-ci ildən bu quruma rəhbərlik edən millət vəkili Xanlar Fətiyevi əvəzləyib.

    Bəs federasiyanın seçilmiş yeni vitse-prezidentləri kimdir? Prosport.Az bunu araşdırıb.

    Xaliq İldırımzadə – "Gənc Sahibkarlar Şəbəkəsi" İctimai Birliyinin sədridir. O, 2020-ci ildə bağlanmış "ƏmrahBank"da İdarə Heyətinin sədr müavini olub. Həmin bankın sahibi Yunis İldırımzadənin oğludur.

    Dəyanət Sədullayev – 2023-cü ilin 15 iyunundan "Paşa Holdinq"in Aparat Rəhbəridir. "Azərelektroterm" ASC-nin baş mühasibliyindən bu vəzifəyədək yüksəlib.

    Ümid Abuzərli – Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin Ofisinin Koordinatorudur. Əvvəl Diasporla İş üzrə Dövlət Komitəsinin Beynəlxalq Təşkilatlarla Əlaqələr şöbəsinin müdiri işləyib. Mətbuatda onun haqda gedən xəbərlərə inansaq, soyad fərqli olsa da (babasının adını soyad kimi götürüb – red.), onun Daşkəsən (2006-2011) və Salyanın (2011-2016) sabiq icra başçısı Tahir Kərimovun oğlu olduğu deyilir.

    Həmçinin, İdarə Heyətindəki şəxslərin kimliyinə də nəzər salaq:

    Şamil Əbdürrəhmanov – üzgüçülük üzrə millimizin baş məşqçisi Rəşad Əbdürrəhmanovun atasıdır. 2001-ci ildə Azərbaycan Respublikasında bədən tərbiyəsi və idmanın tədrisindəki xidmətlərinə görə "Əməkdar müəllim" fəxri adına layiq görülüb. O əvvəlki rəhbərliyin dövründə də İdarə Heyətində yer alıb. 

    Eldar Abbasov – sabiq rabitə naziri, hazırda Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutu baş direktoru olan akademik Əli Abbasovun oğludur. "Azərenerji" ASC-nin keçmiş prezidenti Etibar Pirverdiyevin kürəkənidir. Bir müddət əvvəl gömrük orqanlarından vəzifəsindən azad edilən E.Abbasov hazırda "Railways Communications & Technologies" (RCT) LLC (Dəmir Yolları, Rabitə və Texnologiyaları) şirkətinin Azərbaycandakı nümayəndəliyinin icraçı direktorudur.

    Ruslan Ələkbərov – "Paşa Həyat" sığorta şirkətində Marketinq Departamentinin rəhbəridir. O həmçinin Azərbaycan Sahibkarlar Konfederasiyasında da işləyir. Əvvəllər "Bank Respublika"da da marketinq meneceri vəzifəsində çalışıb.

    Azər Babayev – ötən ilin sentyabrınadək su polosu üzrə milli komandanın baş məşqçisi olub. O əvvəlki rəhbərliyin dövründə də İdarə Heyətində yer alıb.

    Mark Koqanov – su polosu üzrə hakimlik edib. O, Xanlar Fətiyevin 2012-ci ildə ilk dəfə prezident seçilməsindən bu yana, həmişə vitse-prezident olub. Hazırda isə o, sadəcə İdarə Heyətinin üzvüdür. 

    Digər idman növləri

    2 idmançımız zədələndi, millimiz yarımfinal görüşünə çıxa bilmədi

    19.10.2026 10:26:41
    Digər idman növləri

    Millimiz Polşada toplanış keçəcək

    18.10.2026 16:04:47
    Digər idman növləri

    Azərbaycan çempionatında mövsümə yekun vuruldu

    17.10.2026 19:11:16
    Digər idman növləri

    Bakıdakı dünya çempionatında həvəskar sumo qaydaları əsas götürüləcək

    17.10.2026 16:03:30
    Digər idman növləri

    Azərbaycanlı beynəlxalq federasiyanın vitse-prezidenti seçildi

    17.10.2026 15:25:18
    Digər idman növləri

    Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi qeyd olundu - FOTOLAR

    17.10.2026 13:09:31
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Gözləntilərimizi doğrultmayan məşqçilərlə yollarımızı ayıracağıq" - "Qarabağ"ın baş direktoru

    19.10.2026 14:35:29

    Sabiq "Qarabağ"lıdan 1 qol, 2 assist - VİDEO

    19.10.2026 14:17:00

    Asif Məmmədov son 18 mövsümün rekordunu yenilədi

    19.10.2026 13:42:22

    "Məqsədimiz təkcə futbolçu yetişdirmək deyil" - Əmrah Çəlikəl

    19.10.2026 13:19:04

    "Borussiya" Bakıya bu futbolçularla gəlir - ADLAR

    19.10.2026 12:43:08

    "Sabah"da Bundesliqanın bəzi futbolçularından daha çox qazanıram" - Coy-Lens Mikels

    19.10.2026 12:25:51

    "Turan Tovuz" 50-ci dəfə uduzdu

    19.10.2026 11:45:11

    Aleksey Kaşşuk yenidən yığma məşqçilərinin diqqət mərkəzində

    19.10.2026 11:08:30

    Premyer Liqada mövsümün tamaşaçı rekordu qeydə alındı

    19.10.2026 10:49:36

    2 idmançımız zədələndi, millimiz yarımfinal görüşünə çıxa bilmədi

    19.10.2026 10:26:41

    "Sabah”la görüşdə eyni səhvləri təkrarlamamalıyıq" - "Borussiya"nın idman direktoru

    19.10.2026 10:00:14

    "Qalatasaray"ın keçmiş prezidenti Bakıya gəlir

    18.10.2026 23:17:21

    "Oyunçular hətta onlardan nə tələb etdiyimi tam anlamır" – "Sumqayıt"ın baş məşqçisi

    18.10.2026 23:03:25

    Karateçilərimiz dünya çempionatını 5 medalla başa vurdular

    18.10.2026 22:59:47

    "Müdafiədə etibarlı oynadıq" - Konstantinos Vasiliadis

    18.10.2026 22:42:10
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved