Monqolustanın paytaxtı Ulan-Batorda keçirilən "Böyük Dəbilqə" turnirinin ilk günündə kişilər arasında 66 kq çəki dərəcəsində Yaşar Nəcəfov bürünc medal qazanıb.
Prosport.Az xəbər verir ki, Yaşar bürünc medal uğrunda görüşdə Birləşmiş Ərəb Əmirlikləri təmsilçisi, monqol əsilli Narmandax Bayanmunxa qalib gəlib.
Sabah kişilərdə 73 və 81 kq çəki dərəcələrində idmançılarımız yarışacaq.

