Azərbaycan atletləri Nazim Babayev və Yekaterina Sarıyeva beynəlxalq turnirdə iştirak edəcəklər.
Prosport.Az xəbər verir ki, onlar Almaniyanın Hemnits şəhərində təşkil olunacaq 26-cı beynəlxalq qış yarışında mübarizə aparacaqlar.
Babayev ölkəmizi uzunluğa, Sarıyeva üçtəkanla tullanmada təmsil edəcək. Turnir yanvarın 25-də keçiriləcək.
Qeyd edək ki, yarış Dünya Atletikasının Çelenc səviyyəsinə daxildir.
