Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Basketbol
    "Mühasib dedi ki, verdiyim pulu itirməmisən? Əlimi cibimə atdım ki, yoxdur" – Zaur Paşayev
    22.01.2025 20:28:48

    Millimizin sabiq basketbolçusu, "Quba" komandasının oynayan məşqçisi Zaur Paşayevin Prosport.Az saytına müsahibəsi

    – Son turlarda xəstəlik səbəbindən oynamırsınız. Nə baş verib?
    – Yeni virusdan tutmuşdum. Qızdırmam vardı. Halsızlıq vardı deyə, oynaya bilmirdim.

    – Çempionatda hazırda ən gözlənilməz hansı komandadır?
    – B qrupunda demək olar ki, komandaların hamısı yaxşıdır. Ancaq ən gözlənilməz komanda "Şəki"dir. Onlar çempionata çox güclü başlayıb. "Şəki" bəlkə də qrupu 1-2-ci sırada tamamladı.

    – Ötən mövsümlə müqayisədə çempionatın səviyyəsi nə dərəcədə sizi qane edir?
    – Məncə, builki daha çox maraqlıdır. A qrupunda da "qırğın" oyunlar gedir. "Sabah"ın büdcəsinin nə qədər çox olduğunu, oyunçularının hansı keyfiyyətdə olduğunu bilirsiniz. Ancaq onları da 2 dəfə məğlub ediblər...

    – Amma ötən mövsüm də "Sabah"ı məğlub edən vardı...
    – Ötən mövsüm "Sabah"ın büdcəsi də indiki kimi deyildi. Belə səviyyəli oyunçuları da yox idi axı. İndi "Naxçıvan", "Neftçi" "Sabah"ı məğlub edir. Həm A, həm də B qrupunda gedən oyunlara əsasən deyə bilərəm ki, bu mövsümkü səviyyə tamam başqadır. Çox maraqlı oyunlar gedir.

    – Bunda legioner limitinin dəyişdirilməsi də müəyyən qədər sözünü deyir?
    – Vallah, gənclərin yetişməsi baxımından da 4+1 yaxşıdır. Niyə? Həftədə 1 dəfə olan oyunla yerli uşaq artırmır ki. O, hər gün əcnəbi basketbolçularla məşq etməklə inkişaf edir. Özünü göstərəndən sonra məşqçi də onu oyunlara salır. Bir dəfə 5 dəqiqə, bir dəfə 10 dəqiqə – belə-belə artıra-artıra gedir. 4+1 limitində azərbaycanlı oyunçuların yetişməməsi fikri düzgün deyil. Hər komandada 7 legioner və 7 yerli var. Həmin yerlilər də daim bu legionerlərlə birgə oynayır. Əvvəl isə belə deyildi. O vaxt güclü yerlilərin hamısı bir komandada idi. Digər komandalarda isə zəif oyunçular yer almışdı. Ona görə də nə inkişaf olacaqdı ki?! Ancaq indiki kimi bu proses 4-5 il davam etsə, yaxşı yerli uşaqlar üzə çıxacaq. İndi 16 yaşı olanlar 2 ildən sonra 18 yaşlı olacaq. Onda limiti dəyişib 3+2 etmək olar.

    – Ötən ilin noyabrında İsveçrə ilə oyun öncəsi karyeranızı bitirdiniz. Bəs niyə 76-da dayandınız? Bunu 80-ə çatdırıb yubileydə bitirmək olmazdımı?
    – Sözün düzü, qalıb oynamağımı istəyənlər vardı. Sadəcə, yaş öz sözünü deyirdi. Həm də gənclərə yol vermək lazımdır. Oynaya bilə-bilə ayrılmaq oynaya bilməyə-bilməyə ayrılmaqdan daha yaxşıdır. İstəmədim, desinlər ki, bu da getmir, biz də oynayaq (gülür). Hörmətli şəkildə ayrılmaq yaxşıdır.

    – 41 yaşınız var. Gözləmək olarmı ki, mövsümün sonunda klub karyeranızı bitirib, sırf məşqçiliyə keçəcəksiniz?
    – Mənə elə gəlir ki, çempionatda daha bir mövsüm də oynaya bilərəm. Özünüz görürsünüz ki, 15-20 dəqiqə oynasam da, 10 xal, 8 assist, 7 ribaund kimi göstəricilərim də olur. Yenə də cari mövsümün sonunda baxıb, qərarımı verəcəyəm.

    – Ötən mövsümdən baş məşqçi Şəhriyar Əsgərovun həm də köməkçisi – oynayan məşqçi sayılırsınız. Ancaq mövsümün əvvəlində Vasili Çkareuli komandaya köməkçi kimi təyin olunsa da, onunla yollar niyəsə ayrıldı...
    – Onu komandaya mən gətirmişdim. Federasiyanın planına əsasən, Şəhriyar müəllimə kömək olmalı idi. Lakin sonra elə oldu ki, federasiya ilə onun arasında anlaşmazlıq oldu, göndərdilər.

    – Oynaya-oynaya məşqçiliyi öyrənmək olur?
    – Oyun qurucusu elə məşqçidir. Baş məşqçinin sağ əli mənəm. Onun tapşırıqları məndən gəlib keçir. Oynaya-oynaya da məşqçiliyi öyrənib, təcrübə toplayıram. Karyeramı bitirəndə də təcrübəli olacağam.

    – Rus dilini bilirsiniz. Bəs ingilis dili bilikləriniz necədir? Legionerləri olan komanda üçün məşqçinin ingiliscə bilməsi mütləqdir. Müşahidəmə əsasən, bu dildə legionerlərlə ünsiyyəti gürcü oyunçunuz Levan Qoqoladze qurur...
    – Bəli, o, köməklik edir. Gürcüstanda 9 il oynamışam. Orada hamı mənlə rus dilində danışırdı. İngiliscə danışsaydılar, çoxdan bu dili öyrənmişdim. İndi isə ingiliscə öyrənməyə çalışıram. Yəqin ki, 1 ilə bu dili də öyrənərəm.

    – Bu gün Bakı İdman Sarayında Çempionlar Liqasının "Petkimspor" (Türkiyə) və "Hapoel" (Holon, İsrail) komandaları arasında həlledici – 3-cü oyun var. Yanvarın 7-də DİN məlumat yayaraq bu komandaların ilk oyunu vaxtı 10 min manat pulun tapıldığını bildirmişdi. Bildiyimizə görə, pulu itirən insan siz olmusunuz. Bu necə oldu?
    – Bildiyiniz kimi, Basketbol Federasiyasının ofisi Bakı İdman Sarayında yerləşir. Mühasib "Quba" komandasının əməkhaqqısını vermişdi. Mən də pilləkəndən enəndə, cibimdən 10 min manat düşmüşdü. Sağ olsun ki, polis işçiləri itirən şəxsi axtardı. Mən də oyunun başlanmasını gözləyirdim. Birdən mühasib dedi ki, verdiyim pulu itirməmisən? Əlimi cibimə atdım ki, yoxdur. Dedi ki, polis artıq pulu tapıb, sənədləri gəl götür məndən, təqdim et ki, sənin pulundur. Belə oldu, pulu özümüzə qaytardılar. Allah belə polislərimizdən razı olsun (yeri gəlmişkən, federasiya rəhbərliyi həmin polisə təşəkkürnamə təqdim edəcək – red.).

    – Cəlilabad, Gəncə, Şəki basketbol keçmişi olan şəhərlərimizdir. Ancaq bu mövsüm komandanın adının "Cəlilabad"dan "Quba"ya dəyişdirilməsinə necə münasibət bəslədiniz?
    – Bizim zonada 2 komanda – həm "Lənkəran", həm də "Cəlilabad" olacaqdı. "Lənkəran" yaradıldı deyə və Quba da ötən il idman paytaxtı seçilmişdi deyə, komandanın adı dəyişdirildi. Həm də "Cəlilabad"da sponsor olmalı idi, alınmadı. "Quba"da sponsor olmalıdır. Onlar federasiya ilə əlaqə saxlayır. Əgər "Cəlilabad" üçün sponsor tapılarsa, komandanın əvvəlki adını geri qaytara bilərik. Cəlilabadda basketbola maraq həddindən çoxdur.

    Səbuhi Musa

    Top oyunları

    Azərbaycan yığmasının üzvü Tovuz klubuna keçdi

    21.07.2026 17:48:42
    Həndbol

    "Aprel ayından maaş almırıq" – Həndbolçular etiraz edir

    21.07.2026 10:21:00
    Top oyunları

    "Maddi sıxıntılar səbəbindən bəzi oyunçular idmanı 2-ci plana keçirməyə məcbur qalırlar" – "Azəryol"un məşqçisi

    21.07.2026 10:08:46
    Həndbol

    "Nə hazırlıq keçməyə, nə də məşq etməyə zalımız var" – Millinin baş məşqçisi

    21.07.2026 10:03:04
    Top oyunları

    Azərbaycan klubu tanınmış legioneri ilə müqaviləni yenilədi

    20.07.2026 12:49:52
    Basketbol

    "Neftçi" "Beşiktaş"ın sabiq oyunçusu ilə gücləndi – FOTO

    19.07.2026 20:39:14
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Qarabağ"ın rəqibi Bakıda azarkeşsiz qalacaq

    21.07.2026 21:17:02

    "Oyundan əvvəl şanslar həmişə bərabər olur" "Dinamo"nun baş məşqçisi

    21.07.2026 20:41:10

    Ermənistan millisi Bakıya gəlir

    21.07.2026 20:22:08

    Jurnalistlər arasında ilk dəfə oxatma yarışı keçirilib - FOTOLAR

    21.07.2026 20:06:11

    "Neftçi" MPK ilə əməkdaşlığa başlayır - FOTOLAR

    21.07.2026 19:51:34

    BATE yeni transferini İçərişəhərdə təqdim etdi

    21.07.2026 19:13:40

    "Sabah" - KuPS: HEYƏTLƏR

    21.07.2026 18:51:42

    Azərbaycanda bu stadionun ot örtüyü yenilənir

    21.07.2026 18:12:30

    Azərbaycan yığmasının üzvü Tovuz klubuna keçdi

    21.07.2026 17:48:42

    Millimiz seçmə mərhələyə Çexiya səfərində start verəcək

    21.07.2026 17:12:02

    "Göztəpə"nin sabiq futbolçusu "Zirə"də

    21.07.2026 16:46:17

    "İmişli"yə əcnəbi məşqçi təyin olundu

    21.07.2026 16:23:36

    Azərbaycanlı futbolçu Xorvatiya nəhəngində baxışda olacaq - FOTO

    21.07.2026 16:00:09

    "100 faiz yeni transferlər olacaq" – Yuri Vernidub

    21.07.2026 15:42:43

    "Hazırda "Braqa" və ya başqa komandanı düşünmürük" - Emin Mahmudov

    21.07.2026 15:15:07
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved