Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Cüdo
    Cüdo Federasiyası yeni layihənin nəticələrini müzakirə etdi
    21.01.2025 17:15:19

    Yanvarın 17-i bp şirkətinin nümayəndə heyəti Azərbaycan Cüdo Federasiyasında (ACF) olaraq, qurumun fəaliyyəti, həmçinin son bir ildə həyata keçirilən adaptiv cüdo layihəsinin nəticələri ilə tanış olub.

    Prosport.Az xəbər verir ki, görüşdə bp-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, ACF-in icraçı vitse-prezidenti Rəşad Rəsullu, cüdo üzrə Hartfordshire Universitetinin professoru Mayk Kallen, Avropa Cüdo Birliyinin Təhsil komitəsinin üzvü Nuno Delqado və hər iki təşkilatın digər nümayəndələri iştirak ediblər. 

    Qeyd edək ki, 2024-cü ilin may ayında bp və tərəfdaşlarının dəstəyi ilə başladılan adaptiv cüdo layihəsi, daun sindromu, autizm və xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial inteqrasiyasını təşviq etmək və fiziki aktivliklərini artırmaq məqsədi daşıyır.

    Tədbir qonaqların milli cüdo komandaları üçün Təlim Mərkəzi ilə tanışlığı ilə başlayıb. Daha sonra Adaptiv Cüdo dərsləri izlənilib, valideynlər  layihə barədə müsbət fikirlərini bölüşüblər.

    ACF-in Təhsil meneceri Orxan Oruczadə Adaptiv Cüdo layihəsi çərçivəsində görülən işlər və gələcək planlar barədə bp nümayəndələrinə təqdimat edib. O, bp və tərəfdaşlarının dəstəyi ilə cüdo məşqçilərinin bu sahədə daha çox ixtisaslaşmaq üçün Niderland, Xorvatiya və Parisdə keçirilən adaptiv cüdo üzrə məşqçi seminarlarında və turnirlərində iştirak etdiyini vurğulayıb.

    Görüş zamanı Bəxtiyar Aslanbəyli bp-nin bu təşəbbüsdə iştirakından qürur duyduğunu ifadə edərək bildirib: "İdman sadəcə fiziki fəaliyyət deyil, o, eyni zamanda intellekt, təhsil və şəxsi inkişafla sıx əlaqəlidir. Azərbaycan Cüdo Federasiyasının bu sahədə həyata keçirdiyi fəaliyyət təqdirəlayiqdir. Enerji şirkəti olmaqla yanaşı, biz təhsil, ətraf mühit və mədəniyyət kimi sahələrdə sosial təşəbbüslərə də böyük önəm veririk. Adətən fərdi federasiyaları deyil, Milli Olimpiya və Paralimpiya Komitələrini dəstəkləsək də, ACF-in adaptiv cüdo layihəsi bu baxımdan istisna oldu. Bu yenilikçi proqram yeni metodologiyalar təqdim edir, daha çox insanı təhsilə cəlb edir, daha inklüziv mühit yaradır. Buna görə də Federasiyanın komandasını və məşqçiləri bu əla iş münasibətilə təbrik edirəm."

    Rəşad Rəsullu təhsil və elmi yanaşmanın Azərbaycan Cüdo Federasiyasının əsas prioritetlərindən və strateji istiqamətlərindən biri olduğunu vurğulayıb. O qeyd edib ki, bu yanaşma adaptiv cüdo layihəsinin hazırlanmasında və inkişafında mühüm rol oynayıb. O, həmçinin bildirib ki, Federasiyanın məqsədi bu yanaşmanın tətbiqi ilə daha çox xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün  inklüziv və dəstəkləyici bir mühit yaratmaqdır. Əlavə olaraq, R. Rəsullu bu vizyonun həyata keçirilməsində bp-nin dəyərli tərəfdaşlığına və dəstəyinə görə minnətdarlığını bildirib.

    Tədbirin sonunda Rəşad Rəsullu Bəxtiyar Aslanbəyliyə layihəyə verdikləri töhfəyə görə təşəkkür plaketi təqdim edib.
    Qeyd edək ki, adaptiv cüdo layihəsi, Beynəlxalq Cüdo Federasiyası tərəfindən keçirilən 2024 Cüdo Mükafatları çərçivəsində "Uşaq Cüdosu" nominasiyasında ilk 3-lüyə daxil olub.

    Cüdo

    Cüdoçularımız Asiya Açıq Turnirinə 8 medalla başladılar

    17.10.2026 20:40:29
    Digər idman növləri

    Prezident 4 idmançını təltif etdi - ADLAR

    16.10.2026 14:41:34
    Cüdo

    Cüdo millimizin Asiya Açıq Turniri üçün heyəti bilindi

    15.10.2026 16:45:28
    Cüdo

    ABŞ səfirliyi cüdo millimizi təbrik etdi

    13.10.2026 18:48:47
    Cüdo

    Marius Vizerdən Azərbaycana dünya çempionatı təşəkkürü

    13.10.2026 17:51:33
    Cüdo

    Cüdo üzrə Bakı mundialı daha bir tarixi nəticə ilə yadda qalıb

    13.10.2026 16:09:39
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Premyer Liqada mövsümün tamaşaçı rekordu qeydə alındı

    19.10.2026 10:49:36

    2 idmançımız zədələndi, millimiz yarımfinal görüşünə çıxa bilmədi

    19.10.2026 10:26:41

    "Sabah”la görüşdə eyni səhvləri təkrarlamamalıyıq" - "Borussiya"nın idman direktoru

    19.10.2026 10:00:14

    "Qalatasaray"ın keçmiş prezidenti Bakıya gəlir

    18.10.2026 23:17:21

    "Oyunçular hətta onlardan nə tələb etdiyimi tam anlamır" – "Sumqayıt"ın baş məşqçisi

    18.10.2026 23:03:25

    Karateçilərimiz dünya çempionatını 5 medalla başa vurdular

    18.10.2026 22:59:47

    "Müdafiədə etibarlı oynadıq" - Konstantinos Vasiliadis

    18.10.2026 22:42:10

    "O, dünyada ən ucuz və ən keyfiyyətli legionerdir" – Azər Məmmədov

    18.10.2026 21:38:45

    "Məğlub olsaydıq belə, buradan mənfi enerji ilə ayrılmayacaqdım" – Rəşad Sadıqov

    18.10.2026 21:35:23

    Gəncədə "qonşu"ların dueli sülhlə bitdi - VİDEO

    18.10.2026 20:31:10

    "Neftçi"dən rahat qələbə

    18.10.2026 20:20:39

    Naxçıvan klubunun baş məşqçisi: "Sabah"la oyun da çətin olacaq"

    18.10.2026 19:45:56

    "Toparlanmalıyıq..." - Gəncə klubunun məşqçisi

    18.10.2026 19:11:07

    "İmişli"yə gəlməzdən öncə Starkovla məsləhətləşmişdim" – Ervin Perkon

    18.10.2026 18:28:11

    "Kəpəz" - "Zirə" - HEYƏTLƏR

    18.10.2026 18:03:32
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved