Azərbaycan atıcıları Almaniyanın Münxen şəhərində təşkil olunan ənənəvi “2025 H&N Kuboku”na qatılıb.
Prosport.Az xəbər verir ki, yarışda Ruslan Lunyov, Ramiz Xəlilov, Nigar Nəsirova, Leyli Əliyeva, Vladislav Kalmıkov, Jalə Bayramova və Hacı Musayev mübarizə aparacaq.
İdmançılar pnevmatik tapançadan 10 metr məsafəyə atəşaçma üzrə qüvvələrini sınayacaq.
Qeyd edək ki, bu gün start götürən turnir yanvarın 26-dək davam edəcək.
