Fevralın 14-16-da keçiriləcək cüdo üzrə “Böyük Dəbilqə” turnirinə iştirakçı komandalardan müraciətlərin sayı artmaqda davam edir.
Prosport.Az xəbər verir ki, hazırda 17 ölkədən cüdoçuların yarışa qatılacağı məlumdur.
Milli Gimnastika Arenasında keçiriləcək turnirdə Kanada, Monqolustan, Çexiya, ABŞ, Avstraliya, Belçika, Sloveniya, Ukrayna, Bəhreyn, İsveç, Avstriya, Kosovo, İraq, Kipr, Finlandiya, Polşa və Serbiya təmsilçiləri çıxış edəcək.
Hazırda iştirakçıların reytinqinə görə 2021-ci ilin dünya çempionu belçikalı Matias Kasse siyahıya başçılıq edir.