Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "İlk gündən Mingəçevir variantına üstünlük verdik" – Rafael Bunyatov
    15.01.2025 17:03:01

    I Liqada mübarizə aparan “Mingəçevir” klubu ilə tərəfdaşlıq müqaviləsi imzalayan ASTA-nın (Azerbaijan Sport Talents Academy) prezidenti Rafael Bunyatov jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az xəbər verir ki, o, əvvəlcə yaxın və gələcək planlardan söz açıb:

    – Ən yaxın perspektivdə qarşıda hansı planlarınız var?
    – Hazırda I Liiqada sonuncu pillədəyik. Çalışırıq ki, əvvəlcə bu liqada qalaq. Gücümüzü buna sərf etmişik. Ondan sonra inkişaf üçün yeni baza yaratmaq, meydançaları bərpa etmək, əlavə 3 meydança yaratmaq fikrimiz var. Akademiyamızın olmasını istəyirik. Eləcə də İspaniyanın “Marset” Akademiyasının 9-12 yaşlılarının təlim kurslarının Mingəçevirdə keçirilməsini planlaşdırırıq. Mingəçevirdə hər il 4 və ya 6 toplanış keçirmək istəyirik. Bu toplanışlar təkcə “Mingəçevir” klubuna yox, bütün Azərbaycana aiddir. Bu bizə şərait yaradacaq ki, yeni futbolçular seçək və onları xaricə göndərək. Çünki biz hər il 15-20 nəfəri Barselonadakı “Marset” Akademiyasına göndəririk. Futbolçular 6 ay ərzində ispan dilini öyrənir və orada təhsil alırlar. Təkcə idmana fikir vermirik, bizdə təhsil və idman bir yerdə gedir. Çünki idmançı həyatı qısadır. Çalışırıq ki, onlar futbolçu karyeralarını başa vurduqdan sonra təlimçi, menecer və s. vəzifədə fəaliyyətlərini davam etdirə bilsin. Hazırda “Marset” Akademiyasında dünyanın müxtəlif ölkələrindən 2500 futbolçu var. Bizim də uşaqlarımız orada dil bilməyə məcburdur. Çünki bir otaqda 4 uşaq qalır. Azərbaycandan gedən yeniyetmənin otaq yoldaşı ingilis də ola bilər, fransız da, braziliyalı da. Bunun üçün dil öyrənmək məcburidir. Dil bilməlisən ki, ünsiyyətdə olasan, sosiallaşasan. Həmin futbolçuları İspaniyada peşəkar kimi yetişdirib Azərbaycana qaytarmaq istəyirik. Həmçinin, onların Avropada oynamaq perspektivləri də var. Bildiyiniz kimi, hazırda Eldar Tağızadə “Barselona”nın üzvüdür. Bu bizim üçün ilk müqavilə idi. Həmçinin “Seviya” 15 yaşlı futbolçularımızdan 1-2-si ilə maraqlanır. Lakin indi bütün sirləri açmaq istəmirəm. 

    – “Mingəçevir”lə müqavilə hansı müddətə imzalandı?
    – Uzun müddətə. Biz nəinki “Mingəçevir” klubunu, həm də stadionu uzunmüddətli götürdük. Çünki ilk növbədə strukturu bərpa etməliyik. Hazırda orda 1 təbii, 1 də süni meydança var. Meydançaların sayını artırmaq istəyirik. Orada həmçinin Tennis Akademiyası da açmaq istəyirik. Çünki uşaqların idmana cəlb olunmasının tərəfdarıyıq. Gənclərimiz sağlam böyüməlidir. Orada basketbol meydançası da var. Onu da qaydasına salacağıq.

    – Baş məşqçi seçimində niyə məhz Füzuli Məmmədova üstünlük verdiniz?
    – Siyahımızda bir neçə məşqçi var idi. Onlarla görüşüb danışdıq. Füzuli Məmmədovun PRO kateqoriyası və çox peşəkar olduğu üçün seçimi onun xeyrinə etdik. Füzuli müəllimə böyük ümidlərim var. Onun yanaşması, tələbləri, davranışı bizi qane edir. Onunla fikirlərimiz üst-üstə düşür. Bu komandada hamı ailə kimi olmalıdır. Başqa cür mümkün deyil. Ailə ola bilməsək, işimiz alınmaz. Füzuli müəllim də bizimlə eyni fikirdədir. 

    – Mingəçevirdə baza tikməyi planlaşdırırsınız?
    – Akademiya üçün lazımi şərait yaradılacaq. Orada fitness zalı da olacaq, hotel də. Regionlardan uşaqları cəlb edəcəyik, məhz orada məskunlaşacaqlar. Qidalanmalarına ciddi yanaşacağıq. İdmançı lazımi qaydada bəslənməlidir ki, ondan tələb etdiyimizi ala bilək. Uşaqları 24 saat nəzarət altında saxlayacağıq.

    – Qeyd olundu ki, ASTA-nın namizədləri arasında Mingəçevirlə yanaşı, digər bölgələr də var idi...
    – Digər bölgələr də olmuşdu, amma ilk gündən Mingəçevir variantına üstünlük verdik. Tural müəllimin (Futbolun İnkişaf Fondunun icraçı direktoru Tural Piriyev nəzərdə tutulur – red.) çox böyük əziyyəti var. Bzimlə birgə bütün rayonları gəzdi. Bir gündə 750-800 km məsafə qət etmişik. O, canla-başla çalışırdı. Bakılı olsam da, region mənim üçün çox vacibdir. Perspektivli uşaqlar çoxdur. Mingəçevirin genefondu da güclüdür. SSRİ vaxtından olimpiya bazası olub. Oradakı 10 və 15 saylı orta məktəblərdə də çalışacağıq. Çünki daha əvvəl dediyim kimi, təhsil də çox önəmlidir.

    – Premyer Liqaya çıxmaqla bağlı planlarınız necədir?
    – Premyer Liqaya çıxmaq üçün 2 il nəzərdə tutulub. İlk növbədə bazanı, infrastrukturu yaratmaq istəyirik. Premyer Liqaya bazamız, yataqxanamız olmadan, yaxud hansısa problemlə qalxmaq istəmirik. Həmin vaxta qədər “Marset” Akademiyasına yollanan ilk 20 futbolçumuz da geri qayıdacaq. Onlara ümidimiz böyükdür. Həmin uşaqlar çox peşəkardır. Devizimiz odur ki, hansısa işlə məşğul olursansa, 1 nömrəli olmalısan, 2-ci yox. 

    – Komandanın və ya ASTA-nın adı olduğu kimi qalacaq?
    – Bəli, klubun adı “Mingəçevir” olaraq qalır. Eləcə də ASTA-nın. ASTA-da 5 idman növü var. Çox uğurla da fəaliyyət göstərir. Bura futbolla yanaşı, karate, tennis və s. daxildir. ASTA-nı gələcəkdə cəmiyyət kimi böyütmək istəyirik. 

    – 3-5 ildən sonra həm iddia, həm də büdcə baxımından “Mingəçeviri”i “Qarabağ”, “Neftçi”yə rəqib kimi görə biləcəyik?
    – Fikrimiz rəqib olmaqdır. Amma milli kadrlarımızla. Maliyyə tərəfdən əlimizdən gələni edirik. Məqsədimiz odur ki, nə ilə məşğul olursansa, ya qalib olmalısan, ya da döyüşə getməməlisən.

    – Klubun rəhbəri kimi vəzifəniz nə olacaq?
    – Yəqin ki, İdarə Heyətinin sədri.

    – Siz həm də Kosiki Karate-do Federasiyasının prezidentisiniz. Karate isə döyüşkən idman növüdür. Biz "Mingəçevir"i də belə döyüşkən görə biləcəyik?
    – Mütləq. Biz məhz döyüşkən "Mingəçevir" olması üçün bura gəlmişik.

    – Bildirdiyiniz kimi, ASTA-da bir neçə idman növü fəaliyyət göstərir. Klubun strukturunun futbol klubundan idman klubuna çevrilməsi nəzərdə tutulub?
    – Yox. "Mingəçevir" futbol klubu olaraq qalacaq.

    – Maliyyə baxımından gözləntiləriniz nədir? Yalnız pul xərcləmək, yoxsa...?
    – Gözləntimiz çoxdur. Pul xərcləmək yox, həm də ölkəmizə pul qazandırmaq istəyirik. Məqsədimiz odur ki, yerli futbolçularımızı yetişdirək və onları Avropaya təqdim edək.

    Cüdo

    "Biz çıxandan sonra qaldığım hotelin qarşısını vurdular" – İranda işləyən azərbaycanlı məşqçi

    5.03.2026 13:57:55
    Stolüstü oyunlar

    "Mən belə qalibiyyət istəmədim, qərarımdan peşman deyiləm" – Türkan Məmmədyarova

    5.03.2026 09:37:46
    Top oyunları

    "Bu, "Sabah"la oyunda qələbə qazanmaq üçün kifayət etmədi" – Bakı klubunun legioneri

    4.03.2026 15:43:26
    Müsahibə

    "Kimliyindən asılı olmayaraq, bizim üçün intizam bir nömrəli məsələdir" – Rixard Trautmann

    3.03.2026 15:50:38
    Top oyunları

    "Sabah"ın məğlubedilməzliyi ilə bağlı yaradılmış mifi dağıtdıq" – Elnur Cəfərov

    27.02.2026 20:57:39
    Futbol

    "Kəpəz"də belə sponsorun olmasındansa, olmaması yaxşıdır" – Millət vəkilindən sərt sözlər

    26.02.2026 11:40:41
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Bakıda yenidən UFC turniri keçirilə bilər

    7.03.2026 11:10:04

    Millimiz səfərdə Macarıstanla üz-üzə

    7.03.2026 10:42:19

    Premyer Liqada XXIII tur autsayderin oyunu ilə başlayır

    7.03.2026 10:00:58

    "Heç nə alınmadı, bərbad oynadıq" – Lənkəran təmsilçisinin baş məşqçisi

    6.03.2026 23:36:02

    Bölgə təmsilçilərinin duelini Naxçıvan klubu qazandı

    6.03.2026 22:47:06

    Cüdoçumuz Avstriyada qızıl medal qazandı – VİDEO

    6.03.2026 22:29:34

    Yayda "Qarabağ"ı tərk edəcək futbolçular bilindi – ADLAR

    6.03.2026 22:21:39

    AFFA "Qarabağ" – "Sabah" oyunundakı qalmaqalla bağlı məsələyə yenidən baxacaq

    6.03.2026 21:29:56

    Millimiz Taylanda 6 boksçu ilə yollanır - ADLAR

    6.03.2026 18:48:48

    "Sabah"ın məşqçisinin "Qarabağ"a etdiyi qeyri-etik jestin VİDEOSU

    6.03.2026 18:25:50

    "Səbail" prinsipial oyunda inamlı qələbə qazandı

    6.03.2026 17:58:32

    Ötən ayın ən yaxşı qollarının müəllifləri müəyyənləşdi

    6.03.2026 17:14:07

    "Səbail"in baş məşqçisi Ümrə ziyarətinə gedib, orada ilişib qalıbmış – VİDEO

    6.03.2026 16:36:50

    "Qarabağ"ın baş məşqçisinə 4 oyunluq cəza

    6.03.2026 16:14:11

    "Qarabağ"ın futbolçusu Fransa klubunda baxışda olacaq

    6.03.2026 15:45:34
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved