Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Top oyunları
    "Miladı ABŞ-də qeyd etməyib, Azərbaycana gəlmək emosional qərar idi" – Amerikalı legioner
    15.01.2025 09:53:34

    "Şəki" basketbol klubunun amerikalı ən son transferi Terens Hanter-Vitfild mətbuat xidmətinə müsahibə verib.

    Prosport.Az həmin müsahibəni təqdim edir:

    – Debüt oyununuzda Lənkəranda 25 xal və 7 ribaundla yadda qaldınız. İlk matçdaca oyununuzun belə alınacağını gözləyirdiniz?
    – Deyərdim ki, bu, idman zalında çəkdiyim zəhmətin bəhrəsidir. İş etikası və basketbola olan sevgim keçən həftə sonu özünü oyunumda göstərdi.

    – 1 ay deyil ki, komanda ilə birgəsiniz. Artıq demək olarmı ki, komandaya tam uyğunlaşmısınız?
    – Əminliklə deyə bilərəm ki, bu komandaya çox yaxşı uyğunlaşmışam. Adaptasiya prosesi yaxşı alındı. Mən "Şəki"yə gəlməmişdən əvvəl komandanın oyunlarını "YouTube"da canlı izləmişdim. Ona görə də kimin nəyə qadir olduğunu gözəl bilirdim. Komandanın oyun tərzi mənə çox uyğun gəlir.

    – Bu gün "Gəncə" ilə təxirə salınmış oyun var. Qalib gəlsək, B qrupunda lider olacağıq. İlk oyunda uduzduğumuz bu matç haqqında hansı fikirdəsiniz?
    – Deyərdim ki, hər iki komandanın çox yaxşı oyunçuları və əla məşqçi heyəti var. Bu baxımdan çoxlu emosiyalarla zəngin fiziki planda bir matç olacaq. Amma biz qətiyyən narahat deyilik. Çünki komanda olaraq sərt və birliyimizlə nəyə qadir olduğumuzu bilirik. Bu qarşılaşmada meydana çıxmaq üçün çox həyəcanlıyam.

    – İlk dəfə Avropada çıxış edirsiniz. Buradan sonra Avropanın hansısa Top komandasında oynamaq kimi hədəfiniz var?
    – Beynimdə hansısa Top komanda yoxdur. Sadəcə olaraq ən yüksək səviyyədə bir çempionatda oynamaq istərdim. Amma o pilləyə çatmaq üçün hər dəfə bir məşq və bir oyun keçirməli, meydanda və məşq zalında ən yaxşı bacardığımı etməliyəm.

    – Mövsümün əvvəlində – oktyabrın sonlarınadək İraqın "Əl-Hilla" komandasında 7 oyun keçirmisiniz. Oradan niyə ayrıldınız?
    – Orada bəzi xoşagəlməz şeylər oldu. Bu səbəbdən oradan ayrılmağı basketbol oynamaqdan daha vacib hesab etdim.

    – Forma olaraq 22 nömrəni seçməyiniz 2 fevralda doğulmanızla bağlıdır?
    – Xeyr. 22 atamın lisey basketbol komandasındakı nömrəsi olub. Həmişə onun izi ilə getmək istəmişəm. Ona görə də 22 nömrəni geyinməyimin əsl səbəbi budur. Deyərdim ki, bu rəqəm mənə uğur gətirir.

    – Bütün xristianlar Milad Bayramını evində qeyd etməyə üstünlük verdiyi halda, siz Şəkiyə gəlib, burada məşq keçməyə qərar verdiniz. İstərdim ki, bu haqda da danışasınız...
    – Milad bayramını ABŞ-də qeyd etməmək bir az emosional qərar idi. Amma bilirdim ki, Azərbaycanda bir işim var. Həmin yarımçıq işi tamamlamaq üçün Şəkiyə erkən çatmalı idim. Saat vaxtına uyğunlaşmalı, yerli sakinlərlə yanaşı baş məşqçi ilə də tanış olmalı idim. Bunun nəticəsidir ki, artıq burada özümü yad hiss etmirəm.

    – 2 müsəlman ölkəsi və yemək oxşarlığı. İraq və Azərbaycanda yeməklə bağlı problemlə üzləşmədiniz?
    – Qətiyyən. Mən açıq bir kitab kimi adamam. Hər şeyi sınamaq və ölkələrin mədəniyyəti haqqında öyrənmək istəyirəm. Deyərdim ki, İraqda yemək Avropadakı kimi daha faydalı idi.

    – Təsəvvür edək ki, sizin yaşadığınız Virciniya ştatının Çesterfild şəhərinə gedirik. Ora haqqında nəyi bilməliyik?
    – Çesterfild Roma kimi şəhərdir. Həmin şəhəri qarış-qarış bilirəm. Orada sərbəst gəzmək mümkündür. Xarici ölkədə olarkən isə bir qədər ehtiyatlı olmalısan, davranışlarına fikir verməlisən. Başqa ölkədə amerikalı kimi sənin hər davranışın yerli əhaliyə örnək olmalıdır. Təbii ki, mənim üçün doğulub boya-başa çatdığım Çesterfild şəhərində yaşamaqdan gözəl heç nə yoxdur.  

    Top oyunları

    "Turan" Çempionlar Liqasında mübarizəyə başlayır

    20.10.2026 10:24:06
    Basketbol

    "Rəqib bizim səhvlərimizdən 18 xal qazandı" - Tahir Baxşıyev

    19.10.2026 22:15:29
    Basketbol

    "2-ci hissədə yaxşı oynamadıq" - "Sabah"ın baş məşqçisi

    19.10.2026 21:40:31
    Basketbol

    "Sabah" bu dəfə də qalib gəldi

    19.10.2026 20:47:19
    Voleybol

    "Qadın voleybolu daha zərif və baxımlı görünür” - "Turan"ın prezidenti

    19.10.2026 19:23:10
    Top oyunları

    Tovuz Çempionlar Liqasına hazırdır

    19.10.2026 17:18:25
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Neftçi"nin sabiq prezidenti Macarıstana gedir

    20.10.2026 12:52:52

    Rəşad Nəbiyev dünya çempionatında iştirak edən cüdoçularla görüşdü

    20.10.2026 12:16:58

    "Sabah"ın gəncləri ilk xal axtarışında

    20.10.2026 11:16:27

    U-15 dünya çempionatının ilk iştirakçısı Bakıya gəldi - FOTOLAR

    20.10.2026 10:56:39

    "Turan" Çempionlar Liqasında mübarizəyə başlayır

    20.10.2026 10:24:06

    Çempionlar Liqası: "Sabah" Almaniya nəhənginə qarşı

    20.10.2026 10:00:00

    Millimizin üzvü Azərbaycana qayıtmaq istəyir

    19.10.2026 23:54:18

    Toral Bayramov oynadı, "Bursaspor" liderlə xaı fərqini azaltdı

    19.10.2026 23:17:23

    Azərbaycanın 2 taekvondçusu Qətərdə döyüşəcək

    19.10.2026 22:41:13

    "Rəqib bizim səhvlərimizdən 18 xal qazandı" - Tahir Baxşıyev

    19.10.2026 22:15:29

    "2-ci hissədə yaxşı oynamadıq" - "Sabah"ın baş məşqçisi

    19.10.2026 21:40:31

    Azərbaycanı Avropa çempionatında 17 cüdoçu təmsil edəcək - ADLAR

    19.10.2026 21:12:30

    Gəncədə qaliblər müəyyənləşdi

    19.10.2026 20:51:33

    "Sabah" bu dəfə də qalib gəldi

    19.10.2026 20:47:19

    Akim Zedadka: "Oyundan zövq almaq istəyirik"

    19.10.2026 20:38:42
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved