Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Klub sayı çox olsa, legioner limitinin ləğvindən danışmaq olar" - Musa Qurbanlı
    13.01.2025 13:35:37

    “Qarabağ”ın hücumçusu Musa Qurbalı İdmanxeber.az saytına müsahibə verib.

    Prosport.Az xəbər verir ki, o, komandanın hazırlıq dönəmi barədə danışıb. Musa ötən ilin özü üçün necə keçdiyini, “Yurqorden”də və millidəki karyerası barədə də söz açıb.

    – Hazılıq prossesi necə gedir? İki yoxlama oyununda da qələbə qazanmısınız. Komandanın mövsümün ikinci yarısına tam hazır olduğunu demək olar?

    - Məşqlər yaxşı keçir, çempionata çox ciddi hazırlaşırıq. Çalışırıq formamızı tam bərpa edək. Yoxlama oyunlarında qalib gəlmişik. Düzdü, bu matçlarda nəticə önəmli deyil. Ancaq yaxşı oyun göstərmək, qollar vurmaq komanda üçün motivasiyadı. Artıq bundan sonra “Şamaxı” oyununun hazırlıqlarına başlayacağıq.

    – 2024 başa vurduq. Necə dəyərləndirirsən? Sənin üçün necə bir il oldu?

    - Hər zaman olduğu kimi, bu il də təcrübə oldu. Yaşadığımız hər an, hər olay bizim üçün təcrübədi. Ötən ilin ilk yarısında ölkəxaricində idim. Karyera cəhətdən o qədər ürəkaçan deyildi. Ancaq insan həyatında ən çətin dönəmlər ən faydalı təcrübə olur. Yıxılıb ayağa qalxmağı bacarmaq lazımdı. Daha sonra “Qarabağ”a qayıtdım. Bu klub mənim ailəmdi. Sonra zədə oldu, əməliyyat olundum. Ancaq indi yaxşıyam. Oynamağa başlamışam. 

    – Ötən mövsüm “Qarabağ” avrokuboklarda uğurlu çıxış etdi. Komanda Avropa Liqasında 1/8 final mərhələsinə vəsiqə qazanaraq tarixi nəticə qazandı. Həmin heyətin bir parçası olmaq istəyərdin?

    - Doğurdan da “Qarabağ” üçün möhtəşəm mövsüm oldu keçən il. Əla “Braqa”, “Bayer” oyunları var idi. “Qarabağ” elə komandadır ki, buradan gedən hər kəs bu klub üçün darıxır. Bura bizim üçün ailə kimidi. Belə nəticələr görəndə də orada olmaq istəyirsən. Ancaq bu futboldu. Bu gün burdasansa, sabah başqa yerdə olursan. Həyat da eynən belədi. 

    – “Yurqorden”dən ayrılandan sonra sanki bir az özünə gələ bilmədin. Elə bil üzərində legioner həyatının alınmamasının təzyiqi var idi…

    - Bəli, mənim üçün çətin oldu. Çünki uzun müddət oynamadım. Mövsümün ikinci yarısında ümumən kənarda qaldım. Çempionatın ilk görüşlərində bir az çıxış etdim, sonra problemlər oldu. Belə şeylər futbolçuya təsir edir. Gözləntilər də çox idi. Çünki böyük ümidlərlə getmişdim. Təəssüf ki, problemlər oldu, alınmadı. Psixoloji olaraq müəyyən çətinliklər oldu, bunlar da normaldı. Amma əsas təsir edən uzun müddət oynamamağım və “Qarabağa qayıtdıqdan dərhal sonra zədələnməyim oldu. 

    – “Yurqorden”dən ayrılandan sonra başqa təkliflərin var idi?

    - Bəli, variantlar vardı. Maraqlanırdılar. Ancaq belə qərara gəldik ki, “Qarabağ”a qayıdım. Çünki bu klub mənim üçün ailə kimidi. Həm də uzun müddət oynamırdım, formamdan uzaq idim. “Qarabağ”da isə məni tanıyırlar, burada 2-3 mövsüm keçirmişdim. Getməzdən əvvəl çox yaxşı mövsüm keçirmişdim. Hər şeyi götür-qoy edəndən sonra “Qarabağ”a qayıtmağa üstünlük verdim. 

    – Bu gün soyuq başla düşünəndə “Yurqorden”in səhv seçim olduğunu demək olar?

    - Avropaya getmək istəyirdim. 21 yaşım var idi. Həmin anda o qərarı vermək istədim. Futbolda da, həyatda da sonradan çox şey demək olar. Mən “Yurqorden”in doğru seçim olduğunu düşünmüşdüm. Bu gün olub keçəndən sonra nəyinsə səhv olduğunu deməyin də yeri yoxdu. Bilmirəm, bəlkə bir mövsüm də “Qarabağ”da qalmalı idim. Bir az daha oynayıb sonra getmək də olardı. Ancaq dediyim kimi, bu gün olub keçən şey haqda nəsə demək çətindi. Keçmişə baxmağın mənası yoxdu. Artıq irəliyə baxmaq lazımdı. Mən “Yurqorden”ə gedəndə komandanın vəziyyəti yaxşı deyildi. Mən də gənc futbolçu, ilk dəfə ölkəxaricinə yollanmışdım. Sadəcə, belə alındı. Ən azından gedib Avropanın futbol mədəniyyətini gördüm. Çox uğurlu alınmasa da, mən oradan çox şey öyrəndim.

    – İsveçdə uğursuz keçən karyeranın  ardından sənin barəndə müxtəlif fikirlər var idi. Hətta “Musanın səviyyəsi Azərbaycan səviyyəsindədi” deyənlər də oldu. Bu fikirlərə münasibət necədi?

    - Xeyr, mən belə deməzdim. Çünki hələ 22 yaşım var. Karyeramın başlanğıcındayam. Mən İsveçə risk edib getmişdim. Yarım uğursuz mövsümə görə belə düşünmək doğru olmaz. Ümumiyyətlə, Azərbaycan futbolunun durumunu özünüz də görürsünüz. Mən olmayıb başqası olsa da, oyunçularımız elə çox deyil. Bəli, “Qarabağ” avrokuboklarda çıxış edir, uğurlu nəticələr qazanır. Amma bizim çempionatın səviyyəsi o durumda deyil ki, Avropa səviyyəsində futbol oynayaq. Belə fikirdə olmamışdan öncə hər şeyi ümumən fikirləşmək lazımdı. Bir hadisəyə görə, qiymət vermək doğru deyil. Azərbaycanda futbolçuların sayı azdı. Mən İsveçə gedəndə 21 yaşım var idi. Orada qazandığım təcrübə də nəzərə alınmalıdır.

    – Ötən il millilərimiz üçün də uğursuz mövsüm oldu. Millətlər Liqasında C qrupundan D-yə düşdük. Sən həm də U-21 millimizin üzvüsən, orada da nəticələr yaxşı olmadı. Sanki sistemli bir uğursuzluq var. Səncə, bu qədər enişin səbəbi nədir? Səviyyəmiz budur?

    - Bəli, çox çətin oldu. ML-dəki uğursuzluq xoş olmadı. Bu durum bizim üçün də yaxşı deyil. Çünki meydanda oynayan bizik. Belə vəziyyətlər futbolçulara daha çox təsir edir. Yaxşı nəticə qazanmağı biz də istəyirik. Heç bir bəhanə axtarmadan. Ancaq Avropa komandaları ilə başa-baş oynamaq asan olmur. Çünki futbolçularımızın sayı azdı, çempionatımızın səviyyəsi yuxarı deyil. Ölkəxaricində çıxış edən oyunçuların da sayı azdı. Ona görə də çətinliklər olur. Elə U-21 millimizdə də bənzər problemlər var. Bizə rəqib olan komandaların futbolçuları Avropanın aparıcı liqalarında forma geyinir. Ehtiyatda da oturmurlar, birbaşa əsas heyətdə oynayırlar. Amma bizim gənc oyunçular Azərbaycan çempionatında ehtiyatda qalır, aşağı liqalarda çıxış edir. Buna görə də müəyyən çətinliklər olur. Hər şeyə aşağıdan baxmalıyıq. 

    – Son günlərdə Premyer Liqada legioner limitinin ləğv edilməsi müzakirə olunur. Sənin buna münasibətin necədi?

    - Ümmumi götürəndə mən o şəxs deyiləm ki, Azərbaycan futbolunun problemlərindən danışım. Bunun üçün bizdən böyüklər, mütəxəssislər var. Amma öz fikrimi deyim ki, klubların sayı çox olsa, o zaman legioner limitinin ləğvi barədə danışmaq olar. Əgər rəqabət aparmaqdan danışırıqsa. Bizim çempionatda 10 komanda var. Limit ləğv edilsə, futbolçular üçün də çətin olacaq.

    Futbol

    "Qarabağ"a transferim baş tutmadı" - Belaruslu qapıçı

    4.09.2026 12:10:32
    Güləş

    “Növbəti hədəfim dünya çempionu olmaqdır” - Camal Feyziyev

    2.09.2026 18:51:59
    Müsahibə

    "İkiqat dünya çepionu olmaq istəyirəm" – Vüsal Əliyev

    31.08.2026 19:28:46
    Futbol

    "Qol epizodlarından istifadə edə bilmirik" - "Zirə"nin futbolçusu

    31.08.2026 14:12:41
    Futbol

    "Qarabağ"a qarşı məndə daha çox əsəb və qəzəb vardı" – Aleksey İsayev

    28.08.2026 16:49:30
    Futbol

    "Hər şeyi etdik, amma alınmadı" – Kadi

    28.08.2026 12:00:41
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Avropa çempionatı: Millimiz 2 məğlubiyyətlə pley-offda

    4.09.2026 23:45:24

    "Böyükhesablı məğlubiyyət ağırdır" - Azər Məmmədov

    4.09.2026 23:07:07

    "Azərbaycan futboluna yeni adlar qazandırmaq istəyirik" - Azər Bağırov

    4.09.2026 22:47:20

    "Kəpəz" evdə "Şamaxı"ya böyük hesabla uduzdu – VİDEO

    4.09.2026 22:06:57

    Millimiz Gürcüstanla 2 oyun keçirəcək

    4.09.2026 21:53:26

    "Qəbələ" bizdən daha istəkli idi" - Fərid Namazov

    4.09.2026 21:07:05

    "Hakimin qərarına söz deyə bilmərik, tər-təmiz penalti idi" - Amil Ağacanov

    4.09.2026 20:32:23

    Superliqa klubunda yeni baş məşqçi

    4.09.2026 20:27:52

    "Qəbələ" yeni mövsümdə ilk qələbəsini qazandı – VİDEO

    4.09.2026 19:54:46

    Azərbaycan I Liqasında ilk tura yekun vuruldu

    4.09.2026 19:27:35

    "Kəpəz" - "Şamaxı": HEYƏTLƏR

    4.09.2026 19:20:22

    Azərbaycanı İsveçrədə onlar təmsil edəcəklər - ADLAR

    4.09.2026 18:43:14

    "Sabah"ın Çempionlar Liqasındakı rəqibində ayrılıq

    4.09.2026 18:12:36

    Bakı Güləş Məktəbinə 47 şagird qəbul olundu

    4.09.2026 17:45:47

    Avropa çempionatı: 2-ci gündə medal olmadı

    4.09.2026 17:13:57
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved